Перейти к содержанию

Лидеры

Популярный контент

Показан контент с высокой репутацией 14.10.2025 во всех областях

  1. Növbə çatdı 03-ə İldən ilə eyni vəziyyət, eyni neqativ hisslər, əsəbdən başqa heç bir faydası olmayan sürücülərə qoyulan məcburiyyət. Şəhərdə minlərlə katalizatorsuz və zəhər buraxan avtomobillər var, onları görən yoxdur. Nəisə. Əvvəl qayıdaq keçən il avtomobilimə yazılanlara: Halbuki, faraları rəsmi servisdə yoxlatdırıb gəlmişdim, 1 saat keçməmişdi heç. Bu dəfə eyni vəziyyət təkrarlanacaqdısa, buna hazır idim, tam ciddi onları məhkəməyə vermək fikrim var idi. Heç bir servis Jiquli-lərə baxmaq istəmir, istəyənlər isə spravka vermir. Yenə məcbur olub getdim Xırdalandakı VAZ-a, 6-cı gün getmişdim, tıxaclar olmasın deyə, amma şəhərin çıxışında çox uzun tıxac var idi. Yeganə pozitiv o idi ki, hava günəşli idi, maşını sürməklə həzz alırdım. Faraları, əyləci yoxladıq. Bu da həmin spravka: Yoxlamaya və spravkaya 20 manat aldılar. Niyə belə ucuz? Çünki, demək olar ki, heç bir şey edilmədi, avtomobil tam saz vəziyyətdə idi, heç bir nasazlıq aşkarlanmadı ki, onu düzəltsinlər. Bu gün isə, həmin spravka ilə gəldim Maştağadaki texniki baxış mərkəzinə. Heç bir nasazlıq aşkarlanmadı: eyni avtomobil 1 il öncə nasaz idi, bu il özü özünə düzəldi ))) Spravkaya ehtiyac olmadı heç. Bu dəfə yoxlama Audi-dəki kimi 5-10 dəqiqə deyil, yarımsaat çəkdi, bəzi adamlarla sərt danışmağa məcbur oldum, uzun uzadı yazmaq istəmirəm, yenə əsəbləşirəm. Ümumiyyətlə, başa düşdüyümə görə, yeganə adamam ki, 50 ilin maşınını ordan özü və qanuni yolla keçirdən. Bu sözlərdən sonra özünüz nəticə çıxardın. Ən çox əsəbləşdiyim şey bilirsiz nədir? Dərmanlar. Ona mənasız verilən pul bir yana, axı o dərmandır, öz işini görməlidir, xəstə adamlara fayda verməlidir, camaat isə onları alıb, teatrdaki kimi texniki baxışda göstərib, sonra baqajnikdə istidə çürüdür. Axı bu israfdır, günahdır... Yod, sarğı, başağrı dərmanı, vəssalam, ancaq onlar olmalıdır, qalan şeylər ancaq və ancaq başaldatmadır. Bütün sivil ölkələrdə belədir. Yoxsa iynələr, kapsullar, bu nə absurddur, kim kimə iynə vuracaq? Camaat yol qaydalarını normal bilmir, halbuki tibbi biliyi olsun. Ora gələn adamları hər dəfə görürəm də, əlifbanı soruşsaz, ABC-dən sonra ilişib qacalaq çoxusu. Statin toz nədir, nəyin dərmanıdır, trinitrolonq, dioksid, natrium sulfasil, steril əlcək, nəbilimnə... İndiyənə kimi kimsə qəza zamanı steril əlcək geyindiyini, və ya bu dərmanları istifadə etdiyini görmüsünüz? Bir neçə gün öncə qarajın qabağında bir motosikl keçdi, səsi bütün məhəlləni aparmışdı, 15 dəqiqə onun buraxdığı qaz havada qalmışdı, il ərzində aldığım zəhər normanı həmin 15 dəqiqəyə aldım. Texniki baxışa getdiyim zaman bir avtomobilin stopları işləmirdi, başqasının heç bir işığı yanmırdı gecə vaxtı, probka işləyən Prius isə, katalizatorsuz olduğuna görə, yanımdan helə keçdi ki, qusmağım gəldi. Bu gün isə - bəs sizin Koleteks dərmanınız varmı? Buna əsəbləşməmək mümkün deyil.
    2 балла
  2. Arxası hele bil otrub biraz)
    1 балл
  3. Dərman hissəsinə tam qatılıram. Bütün o “təcili yardım komplekti” elə bil “aptekin qalıq stoklarını satmaq” üçündür. Yəni maşın yanır, adam dizini qırır, sən də “trinitrolonq” axtarırsan baqajda)) Əslində, o qədər lazımsız şey yazıblar ki, real vəziyyətdə heç kim onlardan istifadə etməyəcək elə bil teatr səhnəsi üçündür, yoxlama gəlir, sən də “həkim rolunda” çıxış edirsən. Və ən ironik tərəfi: katalizatorsuz, işıqsız, duman kimi tüstü buraxan maşınlar keflə keçir, amma siz 50 ilin avtomobilini qanuni şəkildə keçirəndə “şübhəli” sayılırsız.
    1 балл
  4. Ora getməyimin bir neçə səbəbi var İnsanların 03-dən anlayışı sıfırdır: əyri-üyrü xrom bamperli-oblisovkalı nol-alti – nol-üç deyil, başqa yüzlərlə fərqləndirən elementi var, hətta oxşar elementlərin cürbəcür fakturasi, italiya/yuqoslaviya/çexoslovakiya/polşa istehsalı olan detalların başqa materialı və keyfiyyəti, səs çıxardan elementlərin başqa səs çıxartmaqları, və s., və i. Gülməli bir şey deyəcəm - dəmir şüşəsilənin altında balaca qara plastmass olur, orijinala barmağıvı vuranda tuk-tuk eliyir, 06-ya olan bazarda satılan isə küt səs çıxardır, probka kimi ))) Bu işi tək özüm üçün etməmişəm ki, camaat da görsün ki, istək olsa, yaxşı və keyfiyyətli nəticə çıxartmaq mümkündür. Yaxınlarda bir sərgi olmuşdu, kimsə 06 gətirmişdi ora, əslində o nəvaxtsa 03 olub, dalını-qabağını kəsib dəyişdiriblər, ordan burdan tapılan rusiya-kitay zapçastları ilə yığıblar. Onu qoyaq qırağa, muzeyin özündə dayanan 03, forum iştirakçıların birinin olub, həmin maşında 03-dən bir şey qalmayıb. Və ya orda dayanan 01, qabağı 011 olan ))) Sonra Rusiyada keçirilən sərgilərə baxaq, peşəkar restavrasiya işləri... Onlara bu maşınları göstər, heç yaxın durmazlar ))) Biz onların yanında kolxozçulara, siqanlara bənzəyirik, nə gəldi basırıq maşına. Moskviç təkəri Jiquliyə? Hə e, zavod! 12 min 03 var öıkədə, fərli-başlı 10-15 maşın olar olmaz.
    1 балл
  5. Avqustun sonunda klassik avtomobillərinin sərgisi keçirilmişdi, mən də "iştirak etdim" deyəcəkdim, amma etmədim ))) Onu deyim ki, sərgilərdə artıq neçə ildir iştirak etmirəm, bir neçə dəfə etdim, bəsdir, mozol olmaq istəmirəm. Bu restavrasiya işi bitib, yenilik yoxdur və, mənim fikrimcə, eyni avtomobillə hər il sərgiyə getmək maraqlı deyil, özümə də real gözlə baxmağa çalışıram Başqa tərəfdən isə, sərgilərdə rənglənmiş parıldayan kompotları görəndə, hirslənirəm. Avtomobillərdən anlayışı olanlar bu avtomobilləri görəndə sadəcə gülür. Ona görə bu il fikirləşdim ki, sərgiyə yenə aparım 03-ü, qoy görsünlər, Jiquli restavrasiyası necə olunmalıdır. Avqustun ortalarında zəng etdim bu sərgini keçirdən Azərbaycan Avtomobil Federasiyasına, məni də iştirakçılarının sihayısına qəbul etsinlər. Avtomobildə bəzi xırda çatışmazlıqlar var idi, onları yavaş-yavaş düzəltdirdim. Öncəki postda yazdığım kimi, fortoçkaların bağlanmasının nizamlanmasını etdik, zamokları ancaq düşmüşdü. Bu şüşələr üçün nəzədə tutulmuş həmin yapışdırıcı: İndi fortoçkalar bağlananda naqruzkaya düşmür əvvəlki kimi, məncə artıq qopmayacaq. Səliqəli olsun deyə, 5-6 dəfədən sonra alındı, bu da nəticə: Bəzi yerlərini yağladım elədim, salonda hər hansı səslər olmasın deyə. Orijinal ИЯ-170 təkərləri basdım üstünə. Və Federasiyadan mənə geri zəng etdilər ki, biz sizin avtomobilinizi seçmişik, xahiş edirik səhər 09.30-da gəlin, ordan Binə Atçılıq Mərkəzinə gedəcəyik, xahiş edirik ki, özünüzlə adam götürməyin, çünki yerlər məhduddur. Fikirləşdim, yəgin təhlükəsizlik səbəbindən bunu deyirlər. Ok. Halbuki, Binəyə getmək mənim marağımda deyildi heç, əsas istəyim avtomobili nümayiş etdirmək idi, başqa həvəskarlara tanış olmaq, hansısa məsləhətlər vermək, düzgün yolu göstərmək. Nəisə, gəldik həmin gün səhər bu sərgiyə. İsti adamı öldürür, özümlə çoxlu su gətirmişdim, bilirdim ki, belə olacaq, və kimdən eşidirdim ki, su axtarır, verirdim onları. Təəssüf ki, çox tez bitdi, və bəzilərinə çatmadı 1-2 saat keçəndən sonra görürəm ki, bəzi avtomobillərə 1 nakleyka, bəzilərinə isə 2 dənə yapışdırırlar. Soruşdum, nədir o, dedilər ki, Binəyə kim gedəcəksə, onlara 2 nakleyka yapışdırılır. Baxıram, mənim avtomobilimə 1 ədəd yapışdırılıb Zəng etdim həmin nömrəyə, haradan ki, mənə zəng edib çağırmişdılar. Telefona cavab vermir. Yaxınlaşdım təşkilatçılara, soruşuram, hanı o adam. Göstərirlər uzaqda duran adamı, avtomobillərlə selfi çəkdirir. Tənbəllik etmədən yaxınlaşdım özünə, soruşuram nə məsələdir, niyə dəvət etmisiniz, indi isə ora gedən avtomobillərin siyahısında deyiləm? Əvvəl bilmir nə desin, sonra "üzr istəyirik". Başqa adam yaxınlaşır, əlində həmin siyahı, deyirəm göstər görək, hansı maşınları seçmisiniz, başa düşüm ki, professional jüri seçib iştirakçıları. Deyir – biz federasiyasının avtomobillərini, tanışların avtomobillərini və bloqqerləri seçmişik. Federasiyanın avtomobiləri - ok, bahalı avtomobillərin çoxusu onlarındı. Tanış - ??? Bloqqer - ??? Bu cavabı utanmayan deyən adama sözüm yox idi, çönub getdim avtomobilin yanına. Əslində, Auto.az barədə də deyə bilərdim, Federasiyanın əsas idarə edən nümayəndəsini də orda görmüşdüm, yaxından-uzaqdan tanışlığım var. Amma, mən niyə bunu etməliyəm ki, niyə kiməsə ağız açmalıyam, niyə kiməsə yaltaqlanmalıyam? Ömür boyu etməmişəm, indi də edən deyiləm. Onlar avtomobillərin fərqini görmürlərsə, dedikləri kimi "tanış və bloqqerləri" seçirlərsə, mənim heç bir marağım yoxdur bu sərgidə. O bir nakleykanı da gözlərinin qabağında söküb ordan çıxdım. Yəgin, məni hər hansı qara siyahıya əlavə edəcəklər, eybi yox, etsinlər, itirən mən deyiləm.
    1 балл
×
×
  • Создать...