Şirkət deyil, "broker" fason adamdı.
O nə edə bilər ki? Şəkillərdə qapılarda və şüşələrdə olan bütün yapışqanların izləri var idi, sadəcə ona heç kim fikir vermədi. Verə də bilməzdi, yazılar ancaq diqqətlə və yaxından baxanda bilinir. Yapışqanların özü yox, yerləri qalmışdı.
Təsəvvür edin, təmiz şüşə, və hansısa ləkələr. Kimdi onlara baxan, nədir o. Haradan bilsinlər ki, polisin nakleykaların yerləridi..
Qana da fikir verməmişdilər, kölqəyə bənziyirdi. Həm də Carfax təmiz idi deyə, bunları fikirləşən olmamışdı.
------
2013-ün söhbətini danışım sizə.
Dostum Amerikadan X5 gətizdirmək istəyir. Bir nəfəri tapır, ofis zad, deyirlər ki gətirə bilərik. Hansı qiymətə gətirmək istəyirsən, hansı mühərrik filan.
Deyir 3.0 istəyirəm, qiyməti də səhv etmirəmsə 30 minə kimi.
Ok, əla.
Hansısa müddət keçir. Buna avtomobili göstərirlər ki, bu gün hərracda olacaq. Ağ rəng, 3.0 motor.
Hərracda maşını udurlar.
Avtomobil 2-3 aydan sonra gəlir Potiyə. Dostum gedir Potiyə maşının dalınca.
Və...
Və sürpriz. Motor 4.8 ))))
Bunun rastamojkası da 3.0 mühərrikdən təxmini 15-20 min dollar bahadır, dəqiq yadımda qalmayıb.
Gəlir Bakıya, maşını qoyur DGK-nin dayanacağında.
Maşını hərracdan alan adama deyir ki, mən onun rastamojkasına o qədər pulu verən deyiləm, günah səndədir.
Alan adam səhvi atır hərracın üstünə, çünki orda 3.0 kimi göstərilmişdi. Amma geri qaytarmaq olmaz, burdan ora kimdi göndərən.
Maşını da rastamojka elətdirmək lazımdı, çünki dayanacaq pulsuz deyil, pul yazılır orda.
Nə isə, razılaşırlar ki, maşını başqa adama satarlar, dostuma isə pulu qaytaracaq.
Bir ay, iki ay... Heçnə çıxmır, maşın atılıb qalıb.
Axırda dostum məcbur rastamojka elətdirib maşını götürdü. Hətta min manatdan çox dayanacağa pul verməli oldu.
Halbuki həmin X5-i daha az yürüşnən Bakıda ala bilərdi, servis maşınını ))))