Salam
Restavrasiyaya əl atan 3 cür usta olur:
1 – universal ustalar, həm Vektranın forsunkalarını yuyar, həm superkleynən damı alkantara edər, həm maşınıvı restavrasiya edə bilən.
Nəticə: 1-2 ay sürüm satım, maşını itin gününə saldı, bu ustanı mənə məsləhət görənin başına daş düşəydi!
2 – "həri, mənniydi" deyən usta, amma Moskviçnən İJ-in fərqini anlamayan, və 76-nın avtomobilinə 91-ci ilin İJ-in hissəsini qoyan.
Nəticə: onsuzda heç kim başa düşmür, belə də gedər. Bezdirsə, sataram.
3 – məhz Moskviçi bilən, restavrasiyada təcrübəsi olan. Nəyisə edəndə "ala, mən bu poxun içində böyümüşəm" deyən yox, kitablara, ya heç olmasa tənbəllik eləmədən internetdə baxa bilən adam, USTA!
Nəticə: belə maşını satmazlar, xərclədiyim pulun nəticəsi var!
Onu da qeyd edim ki, bir usta hər şeyi edə bilməz.
Rəngi rəngsaz vurur, mühərriknən "motorist" məşqul olur, və s.
Hansı usta lazımdırsa, başa düşmədim.
Moskviçlərə @Avtopilot baxır