Uber-i artıq sifariş etmirəm, çünki hər sürücü eyni söhbətlə başbeynimi xarab edir – bunlar çox ucuzdur, sərf eləmir.
Deyirəm, sərf eləmirsə, işləməyin. Qiymətləri aşağıdırsa, 50-100 nəfər yığışın, gedin ofislərinə, jurnalistlərdi çağırın, axır ki bir çarəsini tapın, kliyentlərə niyə dərdivizi danışırsız hər dəfə? Bu ki heç nəyə fayda vermir...
Keçdim 189-a. Uber-ə baxanda qiymətləri bir az bahadır, servis ancaq həmin servisdi, sıfıra yaxın (5 sürücüdən biri normal çıxar cıxmaz).
Bugün taksiyə oturmuşam, kəməri taxmaq istəyəndə, deyir ki, işləmir, özüm də taxmıram, nəyə lazımdır?
– Təhlükəsizləyə görə, əlbəttə ki.
– Mən yavaş sürürəm
– Yolda tək sən deyilsən ki. Arxadan yavaşca vursalar, başın bir dəfə rula dəysə, başa düşərsən. Mütləq bir yerin əzilməlidir ki, başa düşəsən?
– Allah nə yazıbsa alnımıza, o da olacaq. Kəmərin faydası yoxdur.
– Allah səni düşüncəli edib, şuur verib. Nəyə görə? Düzdür, onu iştədməkçün.
Mənim bu sözlərim babat incitdi onu, bütün yolu əsəbi idi...
Sonra dedi ki, 28Mall-da süpürgəçi işləyib, dost-qohum-əğraba kömək etdilər, maşın aldı, indi də taksi kimi işləyir.
Nəm e...