Dilənçi stoyanşiklara pul verirsiz hələ?
Bu gün 1-2 dəqiqə danışdım biri ilə.
Deyirəm, pul kimə gedir?
– Öz aramızda qalsın, mən bu yeri arendaya götürmüşəm, hər gün Sumqayıtdan gəlirəm, bütün pullar da Azad Rasimbəyovə gedir (ola bilər adı səhv eşitdim), ASA Holding onun adınadır.
Xıyar Sumqayıtdan gəlir Bakıya ki, kimdənsə ona məxsus olmayan yeri arendaya götürüb, mənnən pul alsın, helə bil Bakı dədəsinindir.
– Ödəniş edirsiz?
– Əlbəttə ki, yox. Nə sənə, nə Azad Rasimbəyova borcum yoxdur ki
– Mən maşınıvıza baxmışam axı
– Atovun yeridi? Get özüvə halal iş tap
– Bu halal işdir də, səhərdən axşama kimi nəzarət edirəm
– Halal olduğunu kim deyibsə, yalan deyib sənə, haramdır. İstəyirsən nömrəmi verim, həmin Azada çatdırarsan
– Vergiləri ödəyirsiz bəyəm?
– Dəxli var? Ödəyirəm ya yox, sənə qalmayıb
– Sağ salamat
– S...R
Nəm ala. Belə tupoy şərəfsiz adamlar haradan sıçılıb gəlir. Kökləri də qırılmır..
5-6 aydır heç kimə pul vermirəm. Bütün bu camaatdan yığılan pullar burunlarından gəlsin.
Maşını harada saxladım, qaça-qaça gəlirlər dilənçi oğraşlar
Maraqlıdır amma, neçə dəfə televiziyadan deyiblər bu barədə, 0 reaksiya.
Ortalıqda böyük pullar var, nə polis, nə prokuratura bir şey etmir..