Перейти к публикации

Mercedess A Class


Mahammad Samadov
 Поделиться

Рекомендованные сообщения

Salam dostlar.

Ucuz olduğuna gorə Mercedes A 160 almaq istəyirəm. Xahiş edirəm munasibət bildirəsiniz. 2000-2005 almağa dəyərmi?

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam,

 

Cavab qısa və sadə (hə/yox) olmadığına görə üzr istəyirəm.

 

Avtomobil sahibləri 2 cür olur:

1  – sevib istifadə edənlər (use with love)

2 – sadəcə istifadə edənlər (just users), onlar da 2 tipə bölünür:

2a – vaxtında qulluq edənlər (zavod tərəfindən yazılan reqlamentə uyğun)

2b – hər hansı detal xarab olanda, onu təmir edənlər və etməyənlər

 

Birincilər adətən elə avtomobilin birinci sahibləri olur. Sonrakılar isə çox vaxt "just users" ("maniac"-lar xaric).

Buna görə də xaricdə avtomobil alanda, əsas suallardan biri – sizdən əvvəl neçə istifadəçisi olmasıdır.

Bizdə buna o qədər də məhəl qoyulmur.

 

Və gəlirik verdiyiniz suala.

Alacağınız avtomobilin taleyi "user-user-...-user" olubsa, nələri görübsə, mühərriki nə qədər etibarlı olsa belə, tam əminliklə yaxşı/pis maşın olmağına heç kim dəqiq deyə bilməyəcək, işlənmiş avtomobillər həmişə bir lotereyadır.

 

Mütləq şəkildə avtomobili tam müayinədən keçirtmək lazımdır:

1 – kuzanın vəziyyəti, nələr vurulub, dəyişilib, ümumi qeometriyası necədir

2 – texniki tərəf, nələr nasazdır, nələri dəyişmək lazımdır (xərclərinizi planlaşdırarsız)

3 – kompüter diaqnostikası + yürüşün orijinal olmasının yoxlanışı

 

6500-ə 2002-nin yaxşı maşınını almayıb, sevinib (qabağa düşdüm!) 5800-ə 2004-ün alıb və sonra 6 ay ərzində 1500 manat da üstünə qoymaqla təmirin sonunu görə bilməyəndə... Bəxtinizi bir daha sınayın)))

  • Yeri var! 2
  • Sağol ürəh! 1
Ссылка на комментарий
Поделиться на других сайтах

Cox sagolun Fərid bəy.

Dediklərinizlə tam raziyam. Sadəcə umumiyyətlə maşinin necə bir maşin olmasi, hissələri tapmaq olarmi, ustasi varmi ve s kimi detallar maraqlidir. 

  • Yeri var! 1
Ссылка на комментарий
Поделиться на других сайтах

1 час назад, Mahammad Samadov сказал:

Cox sagolun Fərid bəy.

Dediklərinizlə tam raziyam. Sadəcə umumiyyətlə maşinin necə bir maşin olmasi, hissələri tapmaq olarmi, ustasi varmi ve s kimi detallar maraqlidir. 

 

Avtomobil "sadə" olduğuna görə, baş ağrısı verməməlidir.

Ölkədə çoxdandır ki var, hətta ölüxanasını hardasa görmüşdüm, yanı ehtiyat hissələrində, həm yeni, həm işlək, problem olmayacaq.

Tanışım 5-6 il sürmüşdü, bu müddətdə heç bir narazılıq eşitməmişdim ondan, ancaq o avtomobili Almaniyadan özü gətizdirmişdi. Çalışın bu tip insanlardan avtomobili alasız, çoxlu əllərdən keçməmiş olsun.

  • Yeri var! 1
Ссылка на комментарий
Поделиться на других сайтах

Пожалуйста, войдите для комментирования

Вы сможете оставить комментарий после входа



Войти сейчас
 Поделиться

  • Сейчас на странице   0 пользователей

    • Нет пользователей, просматривающих эту страницу.
×
×
  • Создать...