Популярное сообщение Farid Опубликовано: 26 апреля 2017 Популярное сообщение Жалоба Поделиться Опубликовано: 26 апреля 2017 Напишу на азербайджанском, чтоб больше людей прочло. Qrammatik səhvlərə görə öncədən üzr istəyirəm. Nəvaxtsa avtomobilim kreditdə olub (bankın girovunda), bankın borcunu çoxdan bağlamışam, ancaq texniki pasportu dəyişməyə bir ehtiyac görmədiyimə görə həmin "Girov" sözü ilə saxlamışdım. Uzun sözün qısası, bu günlərdə beynimə girdi ki, dəyişməliyəm, özüdə 1 qəpik də artıq verməyəcəm. Uzatsalar, tələsdiyim yer yoxdur, məhkəməyə belə verməyə hazıram, vaxtım var. Əvvəl getdim banka, öyrənim, məktubu DYP-inə göndəriblər ya yox. Dedilər ki, yox, yaddan çıxıb ))) Məktubun (A4 kağızda) orijinal versiyasını götürüb, bu gün yollandım BŞDYP-inə (Xırdalan)... Və maraqlısı burada başlayır İkinci iyrənc belə bir yer mən tanımıram. Bazar bu yerdən min dəfə qeyrətlidi, hamı rol oynayır, birilər canavar, qalanlar toyuq, cücə, qoyun. Açıq aydın 5 qəpikli şeyi 5 manata satmaq normal bir haldı. "Hell" 1 manat 50 qəpik, illər boyu orda o alvernən məşqul olanlar eyni adamlardı. Qanuni proseduru özüm bilmirdim heç, mənim köməkçim yalnız Qanun idi. Girişdə mənə bu sualı həll etməyə görə 400 manat istədilər. Dedim bahadı, 350-yə saldılar ))) Marağa soruşmuşdum. Niyə helə baha – təzə texpasport, "afarmleni", texniki baxış və s... Həmin texpasportda "girov" yazısına görə vaxtıylə əlavə 100 manat vermişdim Anormal bir haldı, tez zamanda sənədləri almaq üçün məcbur olub vermişdim. Məntiqlə fikirləşsək, avtomobili texniki baxışdan keçirtmirəm, ona görə giririk 2-ci tunnelə. Elə onun girişində suallar başlandı – Niyə bura? Birinciyə ya üçüncüyə girməlisiniz! Dedim – Özüm bilərəm! Avtomobili yoxlayan yaxınlaşdı, soruşdu problem nədir? Dedim – ban və mühərrik nömrələrini yoxlayıb, mənə kağız versin. Soruşdu texniki baxışı, apteçkanı, yanğınsöndürəni, dedim – siz öz işivizi görün, qalanı özüm həll edəcəm. Yazdı, verdi. Maşını tunneldən çıxardıb, parkovka yerini axtarmağa başladım Yer yoxdur! O boyda Respublika DYP-in dayanacağında maşın saxlamaga yer tapılmır. Dilənçilər isə... Doluşdular, balaca uşaqlardan tutmuş... Yəgin, onların da "krışası" var orda, alverçilərdə kimi öz "xozeini". Nəyisə. Yollandım Kapital Banka, soruşdular nə məsələdi, dedim ki, texpasportu dəyişirəm sadəcə, girov sözünə görə. 17 manat 40 qəpiyı ödəyib, getdim 3-cü kabinetə, elə tunnellər olan yerdə. – Nə lazımdı, nə sualdı? – Bu sənin çekin, bu texpasport, "girov"-dan çıxardıram maşını. (özüm çeki əvvəlcədən gözünə soxdum). – Şəxsiyyət vəsiqəsi? Onu da verdim, mənə "forma 2" sənədi verdilər, dedilər ki, yanda oturan xanımın yanına yaxınlaşım ki, cərimələri filan yoxlayacaqlar. Qeyd edim ki, pulu istəmədilər, çeki görəndə hər şeyi özləri başa düşür. Və (!!!) çekin nömrəsini hansısa ayrı kağıza yazdılar. Başa düşdüyümə görə həmin kağızda bugünki "zakonniklər" qeyd olunmuşdu, və mən orda 4-cü idim... + Kapital bankda olduğum zaman mənnən başqa ancaq "maklerlar" (şustryaklar) idi, baxmayaraq ki, maşınlar da, adamlar da "qai-də" çox idilər. Cərimələri yoxladılar, forma 2-yə möhürü (peçatı) vurdular, dedilər gedim 5-ci kabinetə. Gəldim kabinetin qabağına, mənnən qabaq 1 nəfər var idi gözləyən. Həmin dediyim maklerın biri soxulmaq istiyəndə, görürəm qabağımda olan adam dillənmir, qayıtdım ki, növbə var, hamı kimi gözləmək lazımdı. Sözümü deyəndə nəsə cavab verməyə imkan olmadı onda, kabinetin qapısı açıldı, və üçümüz də girdik içəri. Həmin ssenari – ilk növbədə çeki gözlərinə soxmaq, sonra isə qalan sənədlər. Qayıdıb deyir ki – bəs sizin apteçkavız yoxdur! – "Girov" sözünü pozdurmağa apteçkanın nə əlaqəsi var? – Onlar olmadan, texniki pasportu dəyişə bilmərik. )))) – Ok, onda yazılı şəkildə mənə imtina cavabını verin. – Yazılı şəkildə niyə? Siz şifahi formada müraciət etmisiniz, mən də şifahi formada cavab verirəm! – Sizi məhkəməyə verəndə, sözlərivizi dəyişməyəsiniz! – Sən saat 9-a kimi burada gözləsən, keçirtmiyəcəm! – ))) Baxarıq! 102-dən başlayaq, sonrasına baxarıq. – Kimə istəyirsən denən! Amma necə var idisə, helə denən! – Nə mənada? Mənim nəsə yalanımı göstərə bilərsiz? – Sənin kimiləri çoxdur burda.. – Sən yox, siz! Mənim kimiləri də ola bilməz! Bu sözləri deyib, kabinetdən çıxdım. Lets start fun )))) 102-yə zəng elədim 3-cü dəfədən telefonu qaldırdılar, bir neçə dəqiqə qulaqasdılar, ev ünvanımı, avtomobilimin nömrəsini, və s., və i... Axırda da – şikayətiniz qeydə alındı! – Və? – Və nə? Və heçnə, qeydə alındı – Ok, alındı, indi mən gözləyim nəyisə, ya necə? – İstəyirsinizsə, DYP-nin qaynar xəttinə zəng edə bilərsiniz, 902. Başqa sualınız? Bir effekt vermədi Ok, getdiy dalşe 902 ən azı 20 dəfə zəng elədim, telefonu qaldırmadılar, ya səz yazısını eşidirdim "hal hazırda bütün xəttlər bla-bla-bla"... Telefondan girdim dyp.gov.az saytına, orda olan nömrəyə bir 5 dəfə zəng elədim, həmən şey, cavab verən yoxdur. Təkrar zəng elədim 102-yə, başqa nömrə götürməyə, bu nömrəni verdilər - 012 590-81-25 Zəng elədim ora: – asfhasdsgsdf – Yol polisinin növbətçi hissəsidir? otboy.... WTF??? təkrar zəng... – asdfhgkasdfhgk – Yol polisidir???? – Bəs mən nə deyirəm? – Eşitmirəm nə deyirsiz, ehtiyac olsa 3 dəfə də, 5 dəfə də cavab verməlisiz, bu sizin işinizdir! – Nə sualınız var? – BŞDYP növbətçi hissəsi lazımdır – 012 590-21-80 Orda da həmin şəkildə ümidlərim kəsildi, telefonu qaldırmadılar, 3-4 dəfə zəng eləyib bezdim. Yaxşı strategiyadır – qaynar xəttlər var, amma ora düşmək olmur ))) Yox, mən əliboş qayıtmayacam! Yollandım üzbəüzdə olan binaya, yanı bütün "rəislər" olan yerə. Elə binanın girişində maraqlandılar, niyə bura gəlmişəm? Hər şeyi anlatdım, danışdım, qayıtdılar ki "dünən təzə qanun çıxıb, texasmotr olmalıdır!". – Yaxşı, bu da sənin texniki baxışın! – Bu 20170dir axı – 2025 olmalıdır? 2016 deyil ki – May, iyun aylarında keçməlisiniz – Misalçün helədir, indi nədir bəs? Aprel – Maya paşti heçnə qalmayıb – Paştimay deyil ki? May maydır, aprel isə aprel. Nəyisə, eləmirlərsə, yazılı şəkildə yox cavabını versinlər – Nəyə lazımdır ki o? – Məhkəməyə lazım olar – Bir dəqiqə gözləryn.... Telefonu götürüb kiməsə zəng elədi, və pıçapıç dedi, başa düşmədim. – Xahiş edirəm, həmin 5-ci kabinetə qayıdasınız... – Sağ ol Qayıtdım həmin kabinetə, hansında ki mənə demişdi saat 9-a kimi buraxmayacaq. Girən kimi görürəm siqaret çəkir.. – Zəng elədilər? – Hə, əyləşin... Niyə şikayət etdiniz ki? Mən də Qanunu sevən insanam... – Bu bazara baxdıqda elə görsənir ki, çox sevirsiniz.. – Mən 50 ildi burada işləyirəm, qanunları pozmuram – Mənim buna şübhəm var. Apteçkanın "girov"-a heç bir məntiqli əlagəsi yoxdur. – Mən onu sizə görə demişdim, sabah Allah eləməsin yolda gedəndə hansısa maşın yansa, neyniyəcəksiz? – Razıyam, lazımdır, ancaq "girov"-la əlaqəsi yoxdur.. – Mən Brioni kostümunu ala bilərəm Sədərəkdən, ancaq orijinalla fərgi çoxdur – ??? Heç özü də başa düşmədi nə idi dediyi – Zalda gözləyin, çağıracaqlar... Heçnə deməmiş kabinetdən çıxıb getdim zala, və orda 15-20 dəqiqə sonra təzə texpasportumu verdilər Vəssalam, 350-400 manatın yerinə yalnız 17 manat 40 qəpik. Vaxt 1 saat 40 dəqiqə. Qanunları tələb edəndə, onlar işləyir. Başqaları 99% isə standart və sadə prosedura görə o qədər pul verirlər... Açıq pəncərədi nə zibildi, bunlar işləmir heçnə, təəssüflər olsun ki Mətni oxuduğunuza görə təşəkkür edirəm, və ümidvaram ki, bu informasiya başqalarına kömək edə bilər. Nəsə sualınız olsa, buyurun. P.S. Qayıdanda bilirdim ki Post-da saxlayacaqlar, və saxladılar. Sənədlərə baxdıqdan sonra, şüşələri də yoxladılar (zavod şüşələr tünd fasondu avtomobilimdə). Sonra isə "komandiri 200-300 metr qabağa apara bilərsən?" ))) 23 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Самир М Опубликовано: 26 апреля 2017 Жалоба Поделиться Опубликовано: 26 апреля 2017 @Farid красава!bashga sozum yoxdur 4 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Farid Опубликовано: 26 апреля 2017 Автор Жалоба Поделиться Опубликовано: 26 апреля 2017 6 минут назад, Самир М сказал: @Farid красава!bashga sozum yoxdur Sətağa hamsını oxudun? Qocaldım e yazana kimi Специально на азербайджанском писал, чтоб быть максимально полезным, чтоб никто не переплачивал 4 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Самир М Опубликовано: 26 апреля 2017 Жалоба Поделиться Опубликовано: 26 апреля 2017 7 минут назад, Farid сказал: Sətağa hamsını oxudun? Qocaldım e yazana kimi Специально на азербайджанском писал, чтоб быть максимально полезным, чтоб никто не переплачивал Конечно.молодец что написал.400 манат э.yox bir 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Zaur626 Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 farid coxtan girmirem bura amma oxudum cox lezet eledi ve cox gozel informacsiyadi. sagolsu Samir o gunu komeklik etdi hemen ishi hell etdik 1 час назад, Самир М сказал: @Farid красава!bashga sozum yoxdur 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Фарид923 Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 oxudum hamsini)) halaldi) 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Fakhrigv Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 Интересно было почитать))) спасибо) А что такое girov? Не совсем это понял Да и я как понял, вы просто поменяли тех паспорт? Можно ли так же сменить цвет авто , и сменить тех паспорт этим же способом?))) не давая большую сумму за просто так... 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Фарид923 Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 37 минут назад, Fakhrigv сказал: Интересно было почитать))) спасибо) А что такое girov? Не совсем это понял Да и я как понял, вы просто поменяли тех паспорт? Можно ли так же сменить цвет авто , и сменить тех паспорт этим же способом?))) не давая большую сумму за просто так... avotmobil kreditdə olanda girov yazılır texpasportda. rəng dəyişmək olar həmən qiymətdi. kraskaltdıqın yerdən arayış almaq mütləkdi 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
AVTOMANYAK Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 @Farid Axira kimi oxuyana qeder stres keçirtdim. Очень полезная информация, прочитал с большим интересом. 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
MagerramoFF Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 12 часа назад, Farid сказал: Напишу на азербайджанском, чтоб больше людей прочло. Heçnə deməmiş kabinetdən çıxıb getdim zala, və orda 15-20 dəqiqə sonra təzə texpasportumu verdilər Vəssalam, 350-400 manatın yerinə yalnız 17 manat 40 qəpik. Vaxt 1 saat 40 dəqiqə. Qanunları tələb edəndə, onlar işləyir. Başqaları 99% isə standart və sadə prosedura görə o qədər pul verirlər... Açıq pəncərədi nə zibildi, bunlar işləmir heçnə, təəssüflər olsun ki Fərid mənnən cəmi 100 manat istəmişdilər 2016da, o da cərimə çıxdı deyə eləmədim.. 300 400 nə deməkdi ki? Sənədlər qaydasında olannan sonra heç kim sənə heç bir söz deyə bilməz. Düz elədin, biz onlara pul verdikcə onlar bunu belə olmalıdı deyə qəbul eliyirlər. 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Lowenhart Опубликовано: 27 апреля 2017 Жалоба Поделиться Опубликовано: 27 апреля 2017 Forumun faydali movzularinnan biri Choxsulari bu prosesse - nipastijimi kimi baxir 2 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Кекс Опубликовано: 28 апреля 2017 Жалоба Поделиться Опубликовано: 28 апреля 2017 можно сделать бесплатно,порезать паспорт они впишут от руки Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
mad Опубликовано: 2 мая 2017 Жалоба Поделиться Опубликовано: 2 мая 2017 Уже как 2-ой год закрыл кредит и никак время не находилось поехать и вытащить с банка. Но, в связи с тем что понадобилось справка о том, что машина на моё имя, решил поехать всё таки и поменять тех паспорт. Заранее попросил товарища узнать послали ли справку в ГАИ. Отправили, но решил взять на всякий случай копию. Утром поехал в ГАИ, 1, 3 боксы - битком машины, все суются без очереди. Заехал во 2-ой бокс, проверили всё норм, написал что - то на жёлтой бумажке. Пошёл в капитал банк, женщина попросила Эризя. Говорю нету, взяла 17.4 и говорит иди дальше ) Пошёл в 3ий кабинет, проверили всё норм, начали проверять штрафы, нашёл какие - то штрафы с 2012 года, на отца имя (у него когда - то была доверенность). Говорю что не может быть, я проверял, всё чисто. Послали вниз, в 104 комнату. Очередь каждый пихается как хочет. В конце пихнулся и Я ) Проверил говорит 2 штрафа ММХ, один - 50 манат, 2-ой 80 манат, или же, оформляй документ чтоб удалили штраф, мы проверим и удалим. Говорю 50 манат и удаляй всё, сразу согласился (надо было предлагать меньше ) Пошёл в 5- кабинет, взял документы спросил не изменился ли адрес и говорит подожди в зале 5 мин. Спустя 10 мин, дали новый тех паспорт и я убежал оттуда. P.S такого мерзкого мягко говоря места я в Баку ещё не встречал ) 7 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
XOSS Опубликовано: 2 мая 2017 Жалоба Поделиться Опубликовано: 2 мая 2017 @mad а зачем платить было 50 за ммх 2012 года ? 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
mad Опубликовано: 2 мая 2017 Жалоба Поделиться Опубликовано: 2 мая 2017 4 минуты назад, XOSS сказал: @mad а зачем платить было 50 за ммх 2012 года ? Эти ММХ есть в их системе, которые почему - то не показывает асанпей.аз. Вроде бы они должны были удалиться через год, он говорит что да, но почему - то не удалились. Обратись с официальным письмом, мы проверим и удалим если что. Но мне не охота было, ехать туда заново и тратить время, чтоб разбираться с ними. 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
XOSS Опубликовано: 2 мая 2017 Жалоба Поделиться Опубликовано: 2 мая 2017 Только что, mad сказал: Эти ММХ есть в их системе, которые почему - то не показывает асанпей.аз. Вроде бы они должны были удалиться через год, он говорит что да, но почему - то не удалились. Обратись с официальным письмом, мы проверим и удалим если что. Но мне не охота было, ехать туда заново и тратить время, чтоб разбираться с ними. Я онлайн еризе написал и через месяц у меня удалили два таких ммх ! Они твари пользуются этим самым и сдирают бабло 2 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
mad Опубликовано: 2 мая 2017 Жалоба Поделиться Опубликовано: 2 мая 2017 3 минуты назад, XOSS сказал: Я онлайн еризе написал и через месяц у меня удалили два таких ммх ! Они твари пользуются этим самым и сдирают бабло К сожалению, не мог ждать месяц А то бы с удовольствием подождал, лиж бы не платить им . 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Рекомендованные сообщения
Пожалуйста, войдите для комментирования
Вы сможете оставить комментарий после входа
Войти сейчас