Перейти к содержанию

2103 «МЕЧТА»


Farid

Рекомендуемые сообщения

Опубликовано:
4 часа назад, 093 сказал:

Arxa prujin oturub hele bil bir az

 

Kölgəyə görə helə görsənir, dəyişiklik yoxdur

 

106.thumb.JPG.ab0fce2af1a9108cfe17ad00a7db9eea.JPG

  • 8 месяцев спустя...
Опубликовано:

В прошлом году при прохождении техосмотра выявили 2 проблемы – фары и выхлопы.

Фары – всё верно, я их менял, но регулировку не делал.

Выхлоп – не исключаю, что тоже верно, т.к. карбюратор Вебер, а он не экономичный, в отличии от поздних ДААЗ-ов. Плюс, настройка от Пярвиза с богатой смесью...

 

Если фары светят неправильно, или глушитель воняет – эти проблемы не могут оставаться и дальше, их нужно решить, независимо от того, прохожу я техосмотр, или нет.

 

И поехали мы в старый сервис ВАЗ-а в Хырдалане. В черте города не смог найти сервис, где их отрегулируют и дадут справку. Большие сервисы Жигулями не занимаются, а мелкие – работают без разрешения, не имея регистрации в налоговой.

 

Заранее нашёл номер телефона человека, который этим занимается в ВАЗ-е, узнал, даст ли справку. Сказал, что даст.

Фары – 10 манат, +5 за справку.

Выхлоп - 15 манат, дополнительно за справку платить не нужно.

Вот номер телефона, вдруг кому понадобится –  050 383 38 38, Рамин.

 

Погода выдалась офигенная, нолючь хавасы )))

Из Хырдалана в Баку была пробка, из Баку в Хырдалан пробки не было, поэтому прокатился с ветерком, кайф.

 

Начали с фар

 

IMG_8677.thumb.JPG.4e3c7bd58dba5cb0f457247e6dd87a40.JPG

 

Оказалось, что правые фары светят вверх и вниз, с левыми всё было нормально. Ок, отрегулировали.

Позже сделали выхлоп, чуток уменьшили подачу топлива. Для информации скажу, по закону кол-во выхлопных газов не должно быть выше 350 (проверяется на холостых оборотах), у меня 71, в 5 раз меньше.

Дополнительно попросил мастера пройтись по подкапотке, продуть воздушный фильтр, заменить бензофильтр. Сам фильтр 2 маната, купил там же в магазине, за доп.работу ещё 10 манат.

 

Давненько не был в этом сервисе, в отличии от современных городских тут советская атмосфера ))

Ответил на вопросы огромного количества людей, каждый из которых рассказывал истории из своей молодости.

В общем, весело )))

 

IMG_8675.thumb.JPG.38bad86efdd613d874690b0a98f0f35e.JPG

 

Поблагодарив мастера, выехал, и решил поехать на техосмотр, в этот раз не в Маштаги, а в Локбатан.

О чем отпишу сейчас в соотв.теме.

 

В пробку позже я всё-таки попал, возвращаясь с техосмотра поехал не через ГурдГапысы обратно, а через Азнефть, которая еле двигалась.

 

IMG_8683.thumb.JPG.0ee5ebc2b2f45a11e24f3e522ab17613.JPG

Опубликовано:

Perviz hansı Perviz ata bala?)  Mende vaz-a gedende nese geribe hiss yaşaylram,bekemde oranın temiri köhne olmagı o vaxtları yada salır bekemde ustalarln 30-35 il orda işdemeyi 

Опубликовано:
10 часов назад, 093 сказал:

Perviz hansı Perviz ata bala?)  Mende vaz-a gedende nese geribe hiss yaşaylram,bekemde oranın temiri köhne olmagı o vaxtları yada salır bekemde ustalarln 30-35 il orda işdemeyi 

 

He, Perviz Elxanin oglu, onlarin yanina 06lari aparirdim o vaxt )))

  • 4 недели спустя...
Опубликовано:

bf14d14ff1e68150c3ee80a7a21aef10b.jpg

 

Shekil chekirdim burada, polis gelib deyir: arxada olan nomreye gore sene zaderjaniya verib aparacaqlar.

Sovetin qara olan nomresini deyir, hansi ki 50 ildir yoxdur.

Sorushuram ki, bele nomre var beyem?

"Bax da, ozun bilersen" deyib getdi 🙂

  • 2 недели спустя...
Опубликовано:
18.11.2024 в 23:38, 093 сказал:

Fərid sir deyilsə bu maşın gəlib necyə cıxıb sənə? )

 

Sirr deyil, bu haqqda yazmishdim 5-6 il evvel, o vaxta, sehv etmiremse, 24 min dollar olmushdu (2015den 2020ye kimi). Birinci gunden butun xerclerin siyahisini apariram, her xerclenilen manat qeyde alinib. Yani, gostere bilerem ki, shishirdirilmeyib. Ancaq o vaxtdan bu ishi daha etmirem, chunki xerclerim de, demek olar, yoxdur artiq. Yagi, texniki baxishi ve sigortani saymiram. Ancaq qarajin kirayesine 10 ile 20 min vermishem, onu da saymiram 😞

Rusiyada yashasaydim, 24 min yox, 18-20 min olardi, 5-6 min ancaq pocht gonderishlerine ve zapchastlarin dashinmasinda olub (50den chox, belke daha da chox, yaddashdan silinib artiq). Rusiyada olan kolleksionerler uchun bu mebleg normaldir, yani bizdeki kimi "oyda, bu qeder pul vermisen" teeccuble qebul olunmur, chunki 06 ile ve ya 03-den ancaq adi qalmish mashinlarla hech kim muqayise etmir. Elbette ki, bashi chixmayanlar edir, amma bizde onlar 99.99 faizdirse, onlarda 50 faiz.

Min dollara yaxin ancaq moshennikler atib, ya hechne gondermeyib, ya tezenin yerine kohne zibil gonderib.

Bir terefden chox gele biler. O biri terefden ise, hansisa inomarkanin disklari bunnan bahadir.

Teze bashlayanda bu qeder meblegi bilmirdim, max 10-15 min dushunmushdum, ancaq ruslarin keyfiyyetini gorub, fikirleshdim ki, onlar menden niye yaxshidilar ki? Men de edim. Onlar "bu gun 03-un iline uygun shaybani tapmisham", men de "qaqa, vasmoydan 2 manata aldim" deye bilmedim.

Pul esas deyil, esas xerclenilen vaxtdir. Minlerle saatim gedib, onlari hech kim dushunmur )))

  • 7 месяцев спустя...
Опубликовано:

Çoxdandır heçnə yazmırdım, maşın sürməyə vaxt olmur, çox nadir hallarda sürülürdü, amma son zamanlar, istilər gəlməmişdən öncə, Mərdəkana 5-6 dəfə gedib gəldim, kayf 🙂

 

Son bir neçə ayda görülən işlər:

 

1) Mühərrik yağını dəyişdirdim, bu dəfə bir az bahalı Castrol-dan istifadə etdim.

 

2) Mostun salnikindən yağ sızılmışdı, normal haldır, 10 il keçib artıq, yağını normaya qədər əlavə etdik.

 

Ümumi hardasa 100 manat, +/- 20 manat, dəqiq yadımda deyil, nə qədər verdim.

 

3) Peredokunda rezinlər qurumuşdu, "пыльник"-lər filan, ... Dediyim kimi, 10 il keçib, rasxodniklər dəyişilməlidir.

 

4) "Тяга"-lar da dəyişildi, üstündəkilər 2015-də Çapayevdə aldığım idi, sonra təzə sovetinki gətizdirdim, amma qoymadım, bu günü gözləyirdim, nəhayət öz yerini tutdu, mən də onları mağazadan almaqdan qənaət etdim 😄

 

5) "Полуось" dəyişildi, üstündəki avtomobilin doğma elementi idi, amma vaxtı gəlmişdi, 85 manat da buna.

 

Ümumi ehtiyat hissələrinə 200 manata yaxın, usta pulu səhv etmirəmsə 170 manat.

Ehtiyat hissələrinin, hətta xırda rezinlərin, qiyməti qalxıb. Bəziləri məndə olanlarını (sovet malı) istifadə olundu.

 

6) Spidometrin trosu qırıldı, dedilər ki yüksək sürətə görə oldu )))

Özü hardasa 7 manat, qoyulmağı 20 manat.

 

7) 100 dollara aldığım və Rusiyadan gətirdiyim sovetin susdurucusu (глушитель) zay çıxdı, içalatında nəsə problem var.

İndi maşının altında olan susdurucu keyfiyyətlidir, amma sovetin deyil, 10-15 ilin malıdır. Qaytardım yerinə, vizual olaraq heç bir fərqi yoxdur.

100 dollar özü + gətirmək pulu, + 20 manat burda yoxlamaq filan getdi havaya )))

 

8 ) Axır ki, ayaqaltıları sifariş etdim.

Sovet vaxtı onlar rezindən idi, heç vaxt xoşum gəlməyib, həm də mən kirli ayaqqabı ilə maşında oturmuram.

Bazarda satılanlar nazik və keyfiyyətsiz zibildir, + onlar yaramır, çünki birinci illər buraxılan 03-lərdə qaz pedalı sallanan olmur, yerdən çıxır, yani ayaqaltıda onun yeri olmalıdır. Eva filan, əlbəttə, bizə yaramır, ne solidno.

Ayaqaltılar üçün kovrolin materialları araşdırıb tapdıq, nəticədə belə bir şey alındı:

 

112.thumb.jpg.fee2ad60aafd53b3e67971825fa4bf2b.jpg 113.thumb.jpg.3f3f3b2c02f744e65668d4f69544776d.jpg 114.thumb.jpg.f176d89e7077dd14bf3aa46b3559a181.jpg

 

Xalçanın özü çox nadir tapılan tünd qırmızı (bordo) rəngindədir, ayaqaltılar qara olsaydı həm xalçanın rəngini öldürüb daha tünd edərdi, həm də qara rəng sadə seçimdir.

Qırmızı rəng ciddi görsənmir, ona görə qırmızı/qara variantından istifadə etdik.

Məncə yaxşıdır 🙂

Materiallar + usta pulu 200 manat

 

9) Qazın pedalı qırıldı 😞

 

IMG_0129.thumb.JPG.c1e0e47b5acb841ec497abc2bc23918a.JPG

 

Alt hissəsi xəşil oldu, bilmirəm niyə. Pedalın üst hissəsinə baxdıqda, görünür ki, təzədir, çox istifadə olunmayıb.

Bu pedalı İtaliyadan maşını yığdıranda almışdım 2015-ci ildə, Fiat-ındır, qiyməti deyəsən 35 avro idi, göndərilməsi yadımda deyil.

Öncəki səhifədə yazmışdım, 2022-də təzə sovetin pedalını almışdım (100$), bəxtim gətirdi ki, zapasda var idi, bizdə təzəsini tapmaq mümkün deyil.

 

10) Fortoçkaların nizamlanması – 2015-də maşını yığdıranda üstünə bazarda aldığım ağ şüşələri qoydurdum, sonra isə (2018-19) Rusiyadan təzə БОР şüşələri gətizdirdim (76-cı il), və həmin vaxt fortoçkaları üstünə yaxşı qoymamışdılar, rezinləri bir az qızdırmaq lazım idi, nəticədə həmin fortoçkalar çətinliklə bağlanırdı, zamoklar isə bir müddət sonra şüşədən qırılmışdı (zavodda 30 dollar ancaq onlara vermişdim).

Həmin bu fortoçkaları düzəltdirdim, indi rahat bağlanır, qalıb bircə zamokları yerinə yapışdırmaq, Rusiyadan yaxşı yapışdırıcı hədiyyə ediblər bunun üçün, vaxt olan kimi edəcəm.

 

Pedalın dəyişilməsinə və fortoçkaları yenidən otuzdurmağa - 42 manat (2 manat rezinlər idi).

 

11) Çim-çim (AvtoSpa-ya burdan təşəkkürlər), təkərlərinin ağ kantlarını ağartdılar

 

116.thumb.JPG.485a884dfe3353bbd11ad32386671444.JPG

 

Və qaraja getməmişdən öncə bir neçə yeni şəkil 😊

Rəngə gəl eee 😎

 

117.thumb.JPG.fcb746dae2a9c585c0c84acfc0af6a89.JPG 118.thumb.JPG.dba94f21d3cb410997e5d09620476906.JPG 119.thumb.JPG.b6703d9a32a98ef3d2ea5c681647c5ac.JPG 120.thumb.JPG.d00cb430feb5fbf29fe324c8fdc02a8a.JPG 121.thumb.JPG.1370fdfb66d79211e88162d9f369e303.JPG

 

Cəmi: ~1000 manat getdi, amma ayaqaltıdan başqa bir şey dəyişmədi 😄

Опубликовано:

Cox ləzət edir sənin maşına garşı yanaşmagın halal olsun) zarafat zarafat 10 il kecdi)) hələ bil dünən idi…

  • 2 месяца спустя...
Опубликовано:

Avqustun sonunda klassik avtomobillərinin sərgisi keçirilmişdi, mən də "iştirak etdim" deyəcəkdim, amma etmədim )))

 

Onu deyim ki, sərgilərdə artıq neçə ildir iştirak etmirəm, bir neçə dəfə etdim, bəsdir, mozol olmaq istəmirəm.

Bu restavrasiya işi bitib, yenilik yoxdur və, mənim fikrimcə, eyni avtomobillə hər il sərgiyə getmək maraqlı deyil, özümə də real gözlə baxmağa çalışıram 🙂

Başqa tərəfdən isə, sərgilərdə rənglənmiş parıldayan kompotları görəndə, hirslənirəm. Avtomobillərdən anlayışı olanlar bu avtomobilləri görəndə sadəcə gülür.

Ona görə bu il fikirləşdim ki, sərgiyə yenə aparım 03-ü, qoy görsünlər, Jiquli restavrasiyası necə olunmalıdır.

 

Avqustun ortalarında zəng etdim bu sərgini keçirdən Azərbaycan Avtomobil Federasiyasına, məni də iştirakçılarının sihayısına qəbul etsinlər.

 

Avtomobildə bəzi xırda çatışmazlıqlar var idi, onları yavaş-yavaş düzəltdirdim.

Öncəki postda yazdığım kimi, fortoçkaların bağlanmasının nizamlanmasını etdik, zamokları ancaq düşmüşdü.

 

17.07.2025 в 22:51, Farid сказал:

Həmin bu fortoçkaları düzəltdirdim, indi rahat bağlanır, qalıb bircə zamokları yerinə yapışdırmaq, Rusiyadan yaxşı yapışdırıcı hədiyyə ediblər bunun üçün, vaxt olan kimi edəcəm.

 

Bu şüşələr üçün nəzədə tutulmuş həmin yapışdırıcı:

 

IMG_0398.thumb.JPG.fed40fdc52eaec2e10ce78dffd296144.JPG

 

İndi fortoçkalar bağlananda naqruzkaya düşmür əvvəlki kimi, məncə artıq qopmayacaq.

Səliqəli olsun deyə, 5-6 dəfədən sonra alındı, bu da nəticə:

 

IMG_0399.thumb.JPG.fba42bfcd993e945b8c63687dcbedfde.JPG

 

Bəzi yerlərini yağladım elədim, salonda hər hansı səslər olmasın deyə.

Orijinal ИЯ-170 təkərləri basdım üstünə.

 

Və Federasiyadan mənə geri zəng etdilər ki, biz sizin avtomobilinizi seçmişik, xahiş edirik səhər 09.30-da gəlin, ordan Binə Atçılıq Mərkəzinə gedəcəyik, xahiş edirik ki, özünüzlə adam götürməyin, çünki yerlər məhduddur.

Fikirləşdim, yəgin təhlükəsizlik səbəbindən bunu deyirlər.

Ok.

 

Halbuki, Binəyə getmək mənim marağımda deyildi heç, əsas istəyim avtomobili nümayiş etdirmək idi, başqa həvəskarlara tanış olmaq, hansısa məsləhətlər vermək, düzgün yolu göstərmək.

 

Nəisə, gəldik həmin gün səhər bu sərgiyə.

 

124.thumb.JPG.590b29b203288810d7aca95e22b79259.JPG 125.thumb.JPG.adb70056d1b5c234462ce3095073e534.JPG 126.thumb.JPG.f8262004502852652bae0d757693e21c.JPG

 

İsti adamı öldürür, özümlə çoxlu su gətirmişdim, bilirdim ki, belə olacaq, və kimdən eşidirdim ki, su axtarır, verirdim onları.

Təəssüf ki, çox tez bitdi, və bəzilərinə çatmadı 😞

 

1-2 saat keçəndən sonra görürəm ki, bəzi avtomobillərə 1 nakleyka, bəzilərinə isə 2 dənə yapışdırırlar.

Soruşdum, nədir o, dedilər ki, Binəyə kim gedəcəksə, onlara 2 nakleyka yapışdırılır.

Baxıram, mənim avtomobilimə 1 ədəd yapışdırılıb 🙂

 

Zəng etdim həmin nömrəyə, haradan ki, mənə zəng edib çağırmişdılar.

Telefona cavab vermir.

 

Yaxınlaşdım təşkilatçılara, soruşuram, hanı o adam. Göstərirlər uzaqda duran adamı, avtomobillərlə selfi çəkdirir.

Tənbəllik etmədən yaxınlaşdım özünə, soruşuram nə məsələdir, niyə dəvət etmisiniz, indi isə ora gedən avtomobillərin siyahısında deyiləm?

Əvvəl bilmir nə desin, sonra "üzr istəyirik".

Başqa adam yaxınlaşır, əlində həmin siyahı, deyirəm göstər görək, hansı maşınları seçmisiniz, başa düşüm ki, professional jüri seçib iştirakçıları.

Deyir – biz federasiyasının avtomobillərini, tanışların avtomobillərini və bloqqerləri seçmişik.

 

Federasiyanın avtomobiləri - ok, bahalı avtomobillərin çoxusu onlarındı.

Tanış - ???

Bloqqer - ???

 

Bu cavabı utanmayan deyən adama sözüm yox idi, çönub getdim avtomobilin yanına.

Əslində, Auto.az barədə də deyə bilərdim, Federasiyanın əsas idarə edən nümayəndəsini də orda görmüşdüm, yaxından-uzaqdan tanışlığım var.

Amma, mən niyə bunu etməliyəm ki, niyə kiməsə ağız açmalıyam, niyə kiməsə yaltaqlanmalıyam? Ömür boyu etməmişəm, indi də edən deyiləm.

Onlar avtomobillərin fərqini görmürlərsə, dedikləri kimi "tanış və bloqqerləri" seçirlərsə, mənim heç bir marağım yoxdur bu sərgidə.

 

O bir nakleykanı da gözlərinin qabağında söküb ordan çıxdım.

Yəgin, məni hər hansı qara siyahıya əlavə edəcəklər, eybi yox, etsinlər, itirən mən deyiləm.

Опубликовано:

Eksine men senin yerive olsaydım hec ora gatılmazdım,İlk növbede sergiya  gelen adamlar maşını  ** elleyirler •• en sevmediyim bir şeydir,hemde coxlug bir az tehlükelidir biri sürte biler itag olsun dahada böyü bir şey ola biler,Hemde melum meseledi ki,düzgün secim edmiyacekler.. 

Опубликовано:
7 часов назад, 093 сказал:

Eksine men senin yerive olsaydım hec ora gatılmazdım,İlk növbede sergiya  gelen adamlar maşını  ** elleyirler •• en sevmediyim bir şeydir,hemde coxlug bir az tehlükelidir biri sürte biler itag olsun dahada böyü bir şey ola biler,Hemde melum meseledi ki,düzgün secim edmiyacekler.. 

 

Ora getməyimin bir neçə səbəbi var 🙂

 

İnsanların 03-dən anlayışı sıfırdır: əyri-üyrü xrom bamperli-oblisovkalı nol-alti – nol-üç deyil, başqa yüzlərlə fərqləndirən elementi var, hətta oxşar elementlərin cürbəcür fakturasi, italiya/yuqoslaviya/çexoslovakiya/polşa istehsalı olan detalların başqa materialı və keyfiyyəti, səs çıxardan elementlərin başqa səs çıxartmaqları, və s., və i.

Gülməli bir şey deyəcəm - dəmir şüşəsilənin altında balaca qara plastmass olur, orijinala barmağıvı vuranda tuk-tuk eliyir, 06-ya olan bazarda satılan isə küt səs çıxardır, probka kimi )))

Bu işi tək özüm üçün etməmişəm ki, camaat da görsün ki, istək olsa, yaxşı və keyfiyyətli nəticə çıxartmaq mümkündür.

 

Yaxınlarda bir sərgi olmuşdu, kimsə 06 gətirmişdi ora, əslində o nəvaxtsa 03 olub, dalını-qabağını kəsib dəyişdiriblər, ordan burdan tapılan rusiya-kitay zapçastları ilə yığıblar.

Onu qoyaq qırağa, muzeyin özündə dayanan 03, forum iştirakçıların birinin olub, həmin maşında 03-dən bir şey qalmayıb.

Və ya orda dayanan 01, qabağı 011 olan )))

Sonra Rusiyada keçirilən sərgilərə baxaq, peşəkar restavrasiya işləri... Onlara bu maşınları göstər, heç yaxın durmazlar )))

Biz onların yanında kolxozçulara, siqanlara bənzəyirik, nə gəldi basırıq maşına. Moskviç təkəri Jiquliyə? Hə e, zavod!

12 min 03 var öıkədə, fərli-başlı 10-15 maşın olar olmaz.

Опубликовано:
2 часа назад, 093 сказал:

Arxası hele bil otrub biraz)

 

Cüzi 😊

  • 2 недели спустя...
Опубликовано: (изменено)

Sergiye qalanda , en düz hereket fikrimce ele Sizde olub. Amma orda olardi Siz tek yox, forumun 3-4 gözdağı retro avtomobilleri... Ve eyni hereket amma 3-4 mashin birden terk edir sergini...Peh , o olardi emelli smertelniy udar ))) 

Изменено пользователем qarabala815
Опубликовано:
1 час назад, qarabala815 сказал:

Sergiye qalanda , en düz hereket fikrimce ele Sizde olub. Amma orda olardi Siz tek yox, forumun 3-4 gözdağı retro avtomobilleri... Ve eyni hereket amma 3-4 mashin birden terk edir sergini...Peh , o olardi emelli smertelniy udar ))) 

 

Qetiyyen heyifslenmirem, her sheyde pozitivi gormek lazimdir

Eslinde daha da motivasiya edir bele sheyler 🙂

Присоединяйтесь к обсуждению

Вы можете написать сейчас и зарегистрироваться позже. Если у вас есть аккаунт, авторизуйтесь, чтобы опубликовать от имени своего аккаунта.

Гость
Ответить в этой теме...

×   Вставлено с форматированием.   Восстановить форматирование

  Разрешено использовать не более 75 эмодзи.

×   Ваша ссылка была автоматически встроена.   Отображать как обычную ссылку

×   Ваш предыдущий контент был восстановлен.   Очистить редактор

×   Вы не можете вставлять изображения напрямую. Загружайте или вставляйте изображения по ссылке.

  • Последние посетители   0 пользователей онлайн

    • Ни одного зарегистрированного пользователя не просматривает данную страницу
×
×
  • Создать...