Перейти к содержанию

Добрый волшебник ELF

Яся

Рекомендуемые сообщения

Опубликовано:

Предлагают поменять мою Кэмри 40 на БМВ 318 Е90. Я бы не поменял, но БМВ в отличном состоянии, Кэмри с проблемами. Конкретных проблем нет, но машина наезженная и неухоженная. Стоит махнуть? :(

Опубликовано: (изменено)

Məncə dəyiş. Sənə saz maşın olsun, fərqi nədir BMW oldu, ya Toyota? İş maşınıdır da. Səni incitməsin, vəssəlam. Sən də yaxşı baxarsan maşına, vəssəlam. :) Bu mənim fikirimdir.

Бездельник я :)

Руфик, я вчера столько пил, что уже всерьез думаю завязать. Уже чувствую, что после выпивки у меня действия и речь становятся не четкими, заикаюсь :( Раньше такого не было :(

Первые признаки алкоголизма :(

:( Sabir, səni bir böyük kimi çox istəyirəm və bu səbəbdən şərh bildirirəm. Yekəbaşlıq kimi qəbul etmə, xahiş edirəm. Uzaq ol spirtli içkidən. Məncə özündən asılıdır, istəsən, içməyə bilərsən.

Изменено пользователем Avtomaniya
Опубликовано:

Məncə dəyiş. Sənə saz maşın olsun, fərqi nədir BMW oldu, ya Toyota? İş maşınıdır da. Səni incitməsin, vəssəlam. Sən də yaxşı baxarsan maşına, vəssəlam. :) Bu mənim fikirimdir.

Mənim BMV-yə qarşı prinsipial mövqeyimi bilirsən. İstəməməyimin əsas səbəbi odur. Əslində bura təzə gələndə mənə Kemri və eyni 318-dən təklif etdilər. Düzdür o 318 o qədər də yaxşı vəziyyətdə deyildi. Amma Kemri də qara gündə idi. Onda Kemrini götürüb üstünə dörd minə yaxın xərc qoydum. Amma indi bir az bezmişəm ona baxmaqdan, bu BMV isə saz vəziyyətdədir. Tərəddüdümün digər səbəbi də Kemrinin çox yumşaq, geniş və rahat olmasıdır. E90 çox narahatdır. Əvvəllər bir il sürmüşəm ondan.

Əsaslandırman tutarlıdır. Ancaq bax da, Camry-i dəhşət incitmirsə, dəyişmə. O biri tərəfdən də BMW saz vəziyyətdədir deyirsən.

Maşınla uzaq yola gedirsənmi? Gündə neçə km sürürsən?

Опубликовано:

:( Sabir, səni bir böyük kimi çox istəyirəm və bu səbəbdən şərh bildirirəm. Yekəbaşlıq kimi qəbul etmə, xahiş edirəm. Uzaq ol spirtli içkidən. Məncə özündən asılıdır, istəsən, içməyə bilərsən.

Yekəbaşlıq niyə olur ki :)

Elə təsəvvür yaranır ki, mən hər gün içirəm :) Yox, həftədə bir belə "güclü" məclis olur. Amma qədərimi bilmirəm. Yarım qədəh içə bimirəm. Düzdür, heç vaxt nəzarəti itirmirəm, işimi nəzərə alaraq buna haqqım da yoxdur, amma fiziki özümü pis hiss etdiyim olur. Əslində işimə görə içməyə də bilmirəm, xüsusən belə ölkədə. Amma son vaxtlar bundan heç ləzzət almıram :(

Bir müddət Bakıda yaşayanda (2010-nun qışı) hiss edirdim ki, beynim çox doludur və ardsız beynimdə müxtəlif fraqmentlər sürətlə fırlanır. Elə bilirdim dəli oluram. O vaxt hiss etdim ki, bunun qarşısını ya içməklə, ya idmanla ala bilirəm. Elə o vaxt Teymurun hovuzuna dadandım və hər gün qaçmağa başladım. İndi beynim elə gərgin deyil, amma tədbirlər tez-tez olur. Təcili idmanı bərpa etmək lazımdır :)

Əsaslandırman tutarlıdır. Ancaq bax da, Camry-i dəhşət incitmirsə, dəyişmə. O biri tərəfdən də BMW saz vəziyyətdədir deyirsən.

Maşınla uzaq yola gedirsənmi? Gündə neçə km sürürsən?

Camry dəhşət incitmir, amma mənimçün maşın qüsursuz olmalıdır. Yağ yeməyi, bir neçə yerdə əhəmiyyətsiz tıqqıltısı olması, bir də tormozlar qızanda əsməsi zəhləmi tökür.

Sürməyim isə baxır da. Elə olur iki gün sürmürəm, evə piyada gedirəm. Elə olur bir günə 100-200 km sürürəm. Elə də olur bir günə 500-600 km-lik yola gedirəm.

Qaraqanın- Elxanın yaradıcılığını bəyənirsiz, deyəsən :)

Qaraqan və H.O.S.T-u uzun müddətdir dinləyirəm. Son zamanlar xüsusən Qaraqanı. Repi ümumiyyətlə sevirəm, ancaq anlamadığım repə qukaq asmıram. Rep (və kefim kök olan vaxtı meyxananı) sevməyim həm emosionallığım və üsyançı təbiətim, həm də hər sətirdə yeni fikir olmasıdır.

Son zamanlar Qaraqanın yazısına da maraq göstərirəm. "Исповедь одного извращенцы" kitabını çox maraqla birnəfəsə oxumuşdum. Hətta bu barədə forumda müzakirə də açmışdım. "Xalq düşməni" olmağıma az qalmışdı :) Bakıdan "A" və "Mələk" kitablarını sifariş etmişəm, sabah gələcək. Bir də "Şeytanın kitabı"nı oxumaq istəyərdim, amma o çap olunmadı - deyəsən, qadağan olundu. Əlyazmasını oxumaq üçün özünə müraciət etmişəm, göndərsə yaxşı olardı.

  • Yeri var! 1
Опубликовано:

Yekəbaşlıq niyə olur ki :)

Elə təsəvvür yaranır ki, mən hər gün içirəm :) Yox, həftədə bir belə "güclü" məclis olur. Amma qədərimi bilmirəm. Yarım qədəh içə bimirəm. Düzdür, heç vaxt nəzarəti itirmirəm, işimi nəzərə alaraq buna haqqım da yoxdur, amma fiziki özümü pis hiss etdiyim olur. Əslində işimə görə içməyə də bilmirəm, xüsusən belə ölkədə. Amma son vaxtlar bundan heç ləzzət almıram :(

Bir müddət Bakıda yaşayanda (2010-nun qışı) hiss edirdim ki, beynim çox doludur və ardsız beynimdə müxtəlif fraqmentlər sürətlə fırlanır. Elə bilirdim dəli oluram. O vaxt hiss etdim ki, bunun qarşısını ya içməklə, ya idmanla ala bilirəm. Elə o vaxt Teymurun hovuzuna dadandım və hər gün qaçmağa başladım. İndi beynim elə gərgin deyil, amma tədbirlər tez-tez olur. Təcili idmanı bərpa etmək lazımdır :)

Camry dəhşət incitmir, amma mənimçün maşın qüsursuz olmalıdır. Yağ yeməyi, bir neçə yerdə əhəmiyyətsiz tıqqıltısı olması, bir də tormozlar qızanda əsməsi zəhləmi tökür.

Sürməyim isə baxır da. Elə olur iki gün sürmürəm, evə piyada gedirəm. Elə olur bir günə 100-200 km sürürəm. Elə də olur bir günə 500-600 km-lik yola gedirəm.

Deməli elə 2-3 qədəh bəsdir. Görünür çox içəndə orqanizmin qəbul etmir. :)

Yenə idmana dadansan, əla olacaq. Mən də bütün günü otururam. Arada ipdən atlayıram evdə. Balaca qardaşım idmanla məşğul olduğuna, deyir 10 dəqiqə ipdən atlamaq, 30 dəqiqə qaçmağa bərabərdir. :) Hələ ki, 100-150-dən çox atlaya bilmirəm. O da cəmi bir neçə dəqiqə edir, heç 5 dəqiqəyə çatmır. :(

Uzaq yola rahat maşın olmalıdır, ona görə soruşdum. Bir özün də düşün. Bu halda mən də qaldım ki, nə deyim görəsən?!

İpdən atlanmaq nədir ay Rauf?

Опубликовано:

Qaraqan və H.O.S.T-u uzun müddətdir dinləyirəm. Son zamanlar xüsusən Qaraqanı. Repi ümumiyyətlə sevirəm, ancaq anlamadığım repə qukaq asmıram. Rep (və kefim kök olan vaxtı meyxananı) sevməyim həm emosionallığım və üsyançı təbiətim, həm də hər sətirdə yeni fikir olmasıdır.

Son zamanlar Qaraqanın yazısına da maraq göstərirəm. "Исповедь одного извращенцы" kitabını çox maraqla birnəfəsə oxumuşdum. Hətta bu barədə forumda müzakirə də açmışdım. "Xalq düşməni" olmağıma az qalmışdı :) Bakıdan "A" və "Mələk" kitablarını sifariş etmişəm, sabah gələcək. Bir də "Şeytanın kitabı"nı oxumaq istəyərdim, amma o çap olunmadı - deyəsən, qadağan olundu. Əlyazmasını oxumaq üçün özünə müraciət etmişəm, göndərsə yaxşı olardı.

"A" kitabını mən də bir nəfəsə oxumuşdum, "Mələk" çox təəssüflər olsun ki, evdə qalıb( mamama demişəm gələndə yanıma gətirəcək. Elxan qələmi güclü yazarlardandır. Rahat oxunur kitabları və yazıları. Əgər sizə göndərsə, zəhmət olmazsa əgər mənə də göndərərsiz? :blush:

HOSTu ilk yarandığı vaxtlardan dinləyirəm. Lakın son vaxtlar nəsə daha az dinləyirəm. bəlkə dağıldı qrup ona görə bilmirəm. Aid məndən bir kurs yuxarı oxuyurdu, Elxan və Orxan(AİD) imzalı diskim var :))

Göndərsə ötürərəm :)

Deməzim ki, qələmi itidir. Təcrübəsi azdır və yazı savadı çox da yüksək deyil. Amma fikirlərini xoşlayıram. "Исповедь одного извращенца" kitabında psixoloji problemli birinin dili ilə cəmiyyətin problemlərini üzə çıxarır. Hərdən mənə elə gəlir ki, elə mən özüm də psixoloji problemi olan biriyəm, onda görə oxuduğum xoşuma gəlir :)

HOST-da çox dinlədiklərimdən biri də Aiddir. Mete, Dərviş və Qarğanın tək ifaları azdır.

Bizimkilərdən Uranın tərzini bəyənirəm.

Пригылка. :)

Həəə, anladım :) Ona ürək lazımdır e. Əslində qaçmaq da o qədər yaxşı deyil. Ən gözəli sürətli gəzməkdir.

Deməli elə 2-3 qədəh bəsdir. Görünür çox içəndə orqanizmin qəbul etmir. :)

Yenə idmana dadansan, əla olacaq. Mən də bütün günü otururam. Arada ipdən atlayıram evdə. Balaca qardaşım idmanla məşğul olduğuna, deyir 10 dəqiqə ipdən atlamaq, 30 dəqiqə qaçmağa bərabərdir. :) Hələ ki, 100-150-dən çox atlaya bilmirəm. O da cəmi bir neçə dəqiqə edir, heç 5 dəqiqəyə çatmır. :(

Uzaq yola rahat maşın olmalıdır, ona görə soruşdum. Bir özün də düşün. Bu halda mən də qaldım ki, nə deyim görəsən?!

Baxaq da. Bu yaxınlarda bir maşın da aldım. Amma müəyyən səbəblərdən tez də satası oldum, daha doğrusu bir az aşağı qiymətə geri qaytardım. Saz maşın istəyirəm. Amma xidməti maşın ola-ola ikinci maşını nə edəcəyimi bilmirəm, tutarlı əsas tapa bilmirəm :) Elə yerdən almaq istəyirəm ki, maraqlı yol getmiş olum. Litva ya Polşadan.

Изменено пользователем ELF
Опубликовано: (изменено)

Maraqlı addır - ipatdı :)

Изменено пользователем ELF
  • Yeri var! 1
Опубликовано:

Həəə, anladım :) Ona ürək lazımdır e. Əslində qaçmaq da o qədər yaxşı deyil. Ən gözəli sürətli gəzməkdir.

:) Yox, öyrənəndən sonra çətin deyil. Bəli, qaçmağı məsləhət görmürlər ki, bədənin ağırlığı oynaqlara düşür və bu gələcəkdə problemlər yarada bilər. O səbəbdən sadəcə gəzməyi məsləhət görürlər.

İpatdı)))

Bilmirdim. Çox sağ olun. :)

  • Yeri var! 1
Опубликовано: (изменено)

Evdə turnikim var. O otağa keçəndə sallanıram, bir az meymunluq edirəm, bədənim açılır :)

Изменено пользователем ELF
  • Yeri var! 1
Опубликовано:

Maraqlı addır - ipatdı :)

Uşaqlıqda ən xoşladığım oyun idi))) Elə indi də həvəsim olanda bağda olanda uşaqlığımı yadıma salıram)

Cəhd edin siz də ) amma sayın) vaxt keçdikcə sayı artacaq))

Vərdişdir. Mən əvvəl jim (отжиматься) edə bilmirdim, 10 dəfədən sonra əldən düşürdüm. Amma öyrəşəndən sonra indi bir dəfəyə 60-dan artıq alınır. Amma turnikdə dartına bilmirəm. Əvvəl bir dəfə dartınırdım, indi neçə ay keçib, hələ üç dəfəyə qalxıb :( İplə atlanmaq da yəqin onun kimi, öyrəşmək lazımdır.

Гость
Эта тема закрыта для публикации ответов.
  • Последние посетители   0 пользователей онлайн

    • Ни одного зарегистрированного пользователя не просматривает данную страницу
×
×
  • Создать...