Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai 1000-güclü Genesis Coupe nümayiş etdirəcək

Noyabrın 5-dən 8-ə qədər Las-Veqasda keçiriləcək eksklüziv və tüninqləşdirilmiş avtomobil sərgisi SEMA 2013-də “Hyundai” şirkəti “Genesis Coupe” bazasında “Bisimoto Engineering” şirkətinin mütəxəssislərinin iştirakı ilə yığılmış konseptual superkar təqdim edəcək. Qeyri-adi güclü avtomobil demək olar ki, yenidən yığılıb və məhz bu layihə üçün hazırlanmış çoxlu sayda yeni detallar alıb. Avtomobilin istehsalçılarının dediklərinə əsasən o maksimal 1000 at gücünə malikdir və hiperkar “Bugatti Veyron”-la rəqabət apara bilər.

Güclü sportkar “Hyundai Genesis Coupe” ilə tanışlığa əlbəttə ki, onun təkmilləşdirilmiş 3.8-litrlik V6 mühərriki ilə başlamaq lazımdır. O ilk növbədə ikiqat turbo yükləyici – “Turbonetics BTX6462” alıb. Güc aqreqatı həmçinin polad şatunlar, döyülmüş “Arias” porşnlər, ARP silindrlər bloku başlığı, buraxma sistemində yeni döşəkcə, “Magnafuel 750” yanacaq nasosu, yüksək məhsuldarlı forsunkalar, yeni bölüşdürücü, “Godzilla” blou-off qapağı, vestqeyt “RG45”, “Spearco” interkuler, “Griffin” radiatoru, xüsusi hazırlanmış yandırma sistemi çarxı, iridiumlu NGK şamları və “Kinsler” hava filtri alıb. Sonda mühərriki paslanmayan idman qaz buraxma sistemi “Burns” və elektron idarəetmə blokunda yeni proqramla, sürət qutusunu isə “Action Ironman” muftası ilə təchiz ediblər.

Yeni ötürücü val quraşdırmaqla, mühəndislər komandası avtomobilin əyləc sistemini gücləndirdilər və onun asmasını koyloverlərlə və daha sərt köndələn dayanıqlı sabitləşdiricilərlə təchiz etdilər. Sportkarın yerdən bərk yapışmasını “Toyo Tires R888 R-Compound” şinləri təmin edir və onlar müxtəlif enliyi olan 20-düymlük disklərə keçirilib. Mavi ban “Electric Blue” yeni bamper, karbon ARK kapot, karbon dam və üzərində spoyler yerləşdirilmiş karbon baqaj alıb. “Hyundai Genesis Coupe”-nin salonunda “Bisimoto” təhlükəsizlik karkası, çox nöqtəli təhlükəsizlik kəmərləri olan “Buddy Club” idman oturacaqları, “Racepack IQ3” rəqəmsal cihazlar lövhəsi, “Rywire” elektrik şəbəkəsi və “Odyssey” akkumulyatoru alıb.

AUTO.AZ



Şərhlər


AD