AUTO.AZ saytından istifadə qaydaları

AUTO.AZ saytında elan yerləşdirilməsi bu İstifadəçi razılaşması (bundan sonra – Razılaşma) ilə tənzimlənir. Saytda təsbit edilmiş Qaydaların pozulması və ya reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın və eyni zamanda onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. Nəzərdə saxlayın ki, bütün elanlar əlavə xidmətlərin (Premium, VİP, İrəli çək və digər) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər. Ticarət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl AUTO.AZ-ın qaydaları ilə tanış olub riayət etməlidir.

1. Elanların yerləşdirilməsi


1.1. Elandakı məlumatın düzgünlüyünə görə elanı yerləşdirən istifadəçi məsuliyyət daşıyır.

1.2. 30 gün ərzində istifadəçi məhdud sayda pulsuz elan yerləşdirə bilər. Bütün sonrakı elan yerləşdirmələri ödənişlidir – qiymət elan yerləşdirilən kateqoriyadan asılıdır. Elanın müddəti 30 gündür. Bu müddət başa çatdıqda elanın dərc olunması avtomatik olaraq dayandırılır və o, “Arxiv” bölməsinə düşür. Elanı növbəti 30 günlük dərc olunması üçün, elanın yeni yerləşdirilməsi ödənilməlidir, və ya ödənişli xidmət tətbiq etməklə, xidmətin müddətinə bərabər müddət üçün bərpa oluna bilər.

1.3. 90 gün ərzində istifadəçi bir nəqliyyat vasitəsi (bundan sonra – NV) üçün ancaq bir pulsuz elan yerləşdirə bilər. 90 gün ərzində təkrar və ya oxşar (marka/model, rəng) elan yerləşdirmək ödənişlidir. “Təkrar elan” xidmətinin qiyməti elan yerləşdirilən kateqoriyadan asılıdır. Təkrar elanın dərc olunmasından sonra əvvəlki elan silinir.

1.4. Saytda olan elanda NV haqqında məlumatları və şəkilləri başqa NV-ə aid məlumatlara və şəkillərə dəyişmək qadağandır.

1.5. Saytda eyni zamanda eyni NV ayrı-ayrı elanlarda aşkar olunarsa, hər iki elan silinir. İki elandan birini bərpa etmək və ya yeni elanı yerləşdirmək üçün ödənişli yerləşdirmənin tam qiyməti ödənilməlidir.

1.6. İstənilən elanın bərpası ödənişlidir. Xidmətin qiyməti elan yerləşdirilən kateqoriyadan asılıdır.

1.7. Hər hansı bir ödənişli xidmət elanı xidmətin tətbiq olunma müddətinə bərpa edir və elanın müddətini uzadır.

2. Şəkillər


Elanlardakı şəkillər haqqında məlumat

2.1. Elanda şəkillərin maksimal sayı 24-dür. NV üçün elanda ən azı 5 şəkil olmalıdır: NV-nin ön hissəsi, arxa hissəsi, sol və sağ tərəflər, və salonunun tam ön hissəsi.

2.2. Şəkillərin minimal ölçüsü 1024×768 pikseldir.

2.3. Şəkillər keyfiyyətli olmalıdır.

2.4. Qaranlıqda çəkilmiş şəkillər ancaq NV süni şəkildə kifayət qədər işıqlandırıldıqda qəbul edilir.

2.5. "Skrinşot" şəkilləri dərc olunmur. Çərçivədə olan, və ya ağ/qara xətlərlə olan şəkillər dərc olunmur.

2.6. Nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisində çəkilməlidir.

2.7. Şəkillərdə AUTO.AZ loqotipi və ya hər hansı başqa bir loqotip olmamalıdır.

2.8. Şəkillərdəki üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə tam paralel olmalıdır.

2.9. Şəkillərdə NV-nin dövlət nömrə nişanını və insanları gizlətmək üçün stikerlərin və smaylların istifadəsi qadağandır.

2.10. Şəkillərdə reklam xarakteri daşıyan məlumat olmamalıdır.

2.11. Şəkillərdə əlaqə vasitələri göstərilməməlidir.

2.12. Avtosalonda çəkilmiş şəkillər ancaq həmin avtosalonun adından yerləşdirilə bilər.

2.13. Yad şəxslərin NV şəkillərinin və ya internetdən götürülən şəkillərin yerləşdirilməsi qadağandır!

2.14. Şəkildə avtomobilin rəngi aydın görünməlidir.

2.15. Şəkillərdə avtomobil hazırki vəziyyətində olduğu kimi göstərilməlidir.

2.16. Süni intellekt vasitəsilə yaradılmış və ya redaktə olunmuş şəkillərin istifadəsi qadağandır (o cümlədən generasiya, retuş, fon və detalların dəyişdirilməsi). Şəkillər real vəziyyəti düzgün əks etdirməlidir.

3. Qiymət


3.1. NV-nin tam qiyməti qeyd olunmalıdır. Əgər NV kreditdədirsə, kredit şərtləri elanın təsvirində qeyd olunmalıdır. ilkin ödəniş məbləğini “Qiymət” xanasında qeyd etmək qadağandır.

4. Təsvir


4.1. Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat olmamalıdır.

4.2. Mobil nömrə və ya digər əlaqə məlumatını daxil etmək qadağandır.

4.3. Təsvirdə yazılan məlumat xanada qeyd olunan məlumata uyğun olmalıdır.

4.4. BÖYÜK HƏRFLƏRLƏ və ya a r a l ı y a z ı l a n elanlar qəbul olunmur.

5. Əlaqə vasitələri


5.1. Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi.

5.2. Elan dərc olunduqdan sonra telefon nömrəsi ilə bağlı heç bir dəyişiklik həyata keçirilmir.

5.3. İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

6. Elanın düzəliş edilməsi


6.1. Elanda düzəliş etmək üçün elana daxil olun və “Düzəliş et” düyməsini basın. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.

6.2. Bir gün ərzində yalnız iki dəfə dəyişiklik etmək mümkündür.

6.3. Elanlarda qiyməti, təsviri və şəkilləri dəyişmək mümkündür. Bütün digər məlumatlarda dəyişikliklər edilə bilməz.

6.4. Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, düzəliş qəbul olunmur.

6.5. Düzəlişdən sonra elan bir saat ərzində yoxlamadan keçir.

7. Qara siyahı


7.1. Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o, AUTO.AZ saytında elan yerləşdirə bilməz!

7.2. Elanda qiyməti fərqli qeyd edib sonradan isə telefonda digər qiymət söyləyən, başqa NV-nin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi qara siyahıya düşür və AUTO.AZ saytında daha elan yerləşdirə bilməz!

7.3. “Təkrar elan” xidmətinin qaydalarını pozduğu halda istifadəçiyə birinci dəfə xəbərdarlıq edilir, yenidən qaydaları pozarsa, qara siyahıya düşür.

7.4. Özəl şəxs (adi istifadəçi) tərəfindən yerləşdirilmiş nəqliyyat vasitəsi elanlarının avtosalon tərəfindən satılması halları aşkar olunduqda, elan silinəcək və istifadəçinin əlaqə vasitələri qara siyahıya əlavə olunacaq. Bu halda ödənilən pul geri qaytarılmır.

7.5. Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.

7.6. Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə əlaqə vasitələri qara siyahıya düşür.

8. Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər


8.1. Əgər istifadəçinin ticarət fəaliyyəti ilə məşğul olduğu aşkarlanarsa, onun şəxsi hesabı ticarət fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş hesaba keçiriləcək.

8.2. Bütün yuxarıda qeyd olunan qaydalar avtosalonlara və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslərə də aiddir.

8.3. Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər üçün hər elanın qiyməti elan yerləşdirilən kateqoriyadan asılıdır.

8.4. Elanın bərpası ödənişlidir. Xidmətin qiyməti elan yerləşdirilən kateqoriyadan asılıdır.

8.5. Avtosalon adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır. Hər paketin müəyyən elan sayı (limiti) mövcuddur. Paket 30 gün ərzində aktivdir. Paketdə nəzərdə tutulmuş elan limiti bitdikdə, yeni elanların yerləşdirilməsi ödənişli şəkildə həyata keçirilir.

8.6. Rəsmi nümayəndələr AUTO.AZ-da multibrend səhifə yarada bilməzlər. Təmsil etdikləri hər bir nəqliyyat vasitəsinin markası üçün ayrı səhifə əldə olunmalıdır. Rəsmi nümayəndə olmayan avtosalonlara bu qayda şamil olunmur.

8.7. Rəsmi nümayəndə (bundan sonra – diler/distribütor) — bir və ya bir neçə avtomobil markasının dileri və ya distribütoru rəsmi statusuna sahib olan avtosalondur. Bu avtosalonların əsas istehsalçılardan və ya distribütorlardan avtomobil satışını həyata keçirməyə imkan verən rəsmi icazəsi var.

AUTO.AZ saytında rəsmi nümayəndələrin olması potensial alıcılara birbaşa istehsalçıdan satılan avtomobilləri almaq imkanı verir. Rəsmi nümayəndələrdən avtomobil alarkən alıcı əlavə zəmanət və servis xidməti əldə edir. AUTO.AZ-da rəsmi nümayəndə statusu almaq üçün avtosalon aşağıdakı kriteriyalara cavab verməlidir:

1. Markanın rəsmi saytında nümayəndəlik barədə məlumat.

2. Avtosalonun müvafiq istehsalçı və ya distribütordan avtomobil satmaq üçün rəsmi icazəsi olmalıdır.

3. İstehsalçı və ya distribütordan bu avtosalonun rəsmi nümayəndə olması barədə təsdiq.

Qeyri-rəsmi nümayəndələrə əqli mülkiyyət hüququ sahiblərinin icazəsi olmadan loqotiplərində simvolikadan istifadə etmək qadağandır. Qeyri-rəsmi avtosalonlar adlarında və ya avtosalon barədə məlumatda “diler”, “rəsmi diler” və “distribütor” ifadələrini istifadə edə bilməzlər.

Loqotip (emblem) — kommersiya subyektini fərqləndirməyə imkan verən simvol kombinasiyası (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.).

Simvolika — müxtəlif kommersiya subyektləri və ya digər subyektlər tərəfindən fərqlənmək üçün istifadə edilən simvollar toplusu (hərflər, sözlər, qrafik elementlər və s.).

8.8. Avtosalon adından yerləşdirilmiş elanın bərpası üçün ödənişli elanların balansından istifadə olunması mümkündür. Ödənişli elanların balansı bitdikdə, bərpa qiyməti elanın kateqoriyasından asılı olacaq.

8.9. AUTO.AZ saytının administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.

9. Dəstək xidməti


9.1. Dəstək xidmətinin telefonları həftədə 7 gün saat 09:00-dan 18:00-a qədər işləyir.

9.2. Dəstək xidmətinə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron poçt ünvanınıza göndərilir.

Qayda pozuntularına yol verilibsə, hətta haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.

Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.

Əgər elan Yerləşdirmə qaydalarını pozursa, həmin elan qəbul olunmayacaq, və qəbul olunmamağın səbəbi elanı yerləşdirərkən qeyd olunan elektron poçt ünvanına göndərilən bildirişdə göstəriləcək.
Həmçinin, Şəxsi kabinetinizə daxil olaraq, elanın qəbul olunmamağın səbəbini öyrənə bilərsiniz.

AUTO.AZ saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən məlumat vermədən (xəbərdarlıq etmədən) dəyişdirilməsi hüququnu özündə saxlayır.

AUTO.AZ-da dərc olunan bütün məlumatlar, elanlar və şəkillər bu resursun mülkiyyətidir. Hər hansı bir məlumatı, materialı və fotoşəkli administrasiyanın yazılı icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.

Nəşr tarixi: 2 avqust 2024-cü il.
Qüvvəyə minmə tarixi: 2 avqust 2024-cü il.