Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-dən təkmilləşdirilmiş C-Class

Mercedes-Benz şirkəti 2019-cu model ilinə məxsus təkmilləşdirilmiş sedan və universal C-Class təqdim edib. Yeni modellərin dünya üzrə təqdimatı Cenevrə 2018 avtosalonunda keçiriləcək.

Güman edildiyi kimi, yeni Mercedes-Benz C-Class-ın eksteryerinin dizaynı bir qədər dəyişib. Məsələn, sedan və universal yeni qabar və arxa bamperlər, bir qədər dəyişilmiş radiator barmaqlığı, o cümlədən dəqiq cizgiləri olan modernləşdirilmiş işıq texnikası alıb.

Təkmilləşdirilmiş sedan və universal Mercedes-Benz C-Class-ın interyeri müəyyən qədər sələfinə bənzəyir. Bu, flaqman modeli S-Class-dan mənimsənilib. Məsələn, kompakt modelin arsenalında rəqəmsal cihazlar paneli, 1920x720 piksellik 12,3-düymlük displey olacaq. Bundan əlavə, sensorlu idarəetmə elementləri olan sükan, təkmilləşdirilmiş kontroller alıblar.

Yeni modellər sürücünü dəstəkləyən qabaqcıl sistemlərlə lovğalana bilərlər. Ona görə də bəzi hallarda onlar yarıavtomat idarə ediləcəklər. Bu məqsədlərə nail olmaq üçün avtomobil təkmilləşdirilmiş kameralar, radiolokasiya sistemləri ilə təchiz edilib ki, bunlar avtomobilə vəziyyəti 500 metr əvvəlcədən görməyə imkan yaradır.

Təəssüf ki, hazırda alman şirkəti yeni modellər barədə ətraflı məlumat verməyib. Yalnız o məlumdur ki, yeni sedan və universal Avropa bazarında həm benzin, həm də dizel mühərrikləri, o cümlədən hibrid güc qurğusu ilə təklif ediləcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class 18.02.2018

Şərhlər


AD