Mercedes-Benz şirkəti yeni nəsil kupe E-Class-ın sirrini açıb. Modelin debütü yanvarın 17-də Detroytdə keçiriləcək avtosalonda olacaq. Avtomobil Avropa bazarlarında 2017-ci ilin yayında peyda olacaq. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
Modelin dizaynı kupe C- və S-Class-ı xatırladır. Avtomobil nazik fənərlər, aşağı baqaj qapısı və arxa hissədə xarakterik ştamplama alıb. Avtomobilin salonunda rəqəmsal cihazlar paneli, böyük ekranlı informasiya-əyləncə sistemi və Burmester audiosistemi quraşdırılıb.
Avtomobili 4 versiyada əldə etmək olar. E220d modifikasiyası 2,0-litrlik 190 a.g. olan dizel mühərriki alıb. Müştərilərə, həmçinin 2,0-litrlik benzin mühərrikli E200 versiyası təklif ediləcək. Bu mühərrik 184 a.g.-ə malikdir. E300 modifikasiyası 245 a.g. olan 2,0-litrlik mühərrik alıb.
Ən yüksək modifikasiya olan E400 4Matic isə3,0-litrlik V6 mühərriki alıb (333 a.g.). Bütün mühərriklər 9-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Model bir qədər sonra E50 adlı idman modifikasiyası da alacaq. O, 3,0-litrlik 408 a.g.-ə malik olan benzin mühərriklə təchiz ediləcək. Həmçinin E63 AMG-nin də meydana çıxması gözlənilir (V8, 560 a.g.).
teqlər: | Mercedes-Benz, Mercedes-Benz E-Class, E-Class Coupe | 17.12.2016 |