Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan GT-R Nismo-versiya alıb

“Nismo” bölməsi “Nissan GT-R”-in əslində necə görünməli olduğu barədə fikirlərini bölüşüb. Model bu yaxınlarda yenilənmişdi. İndi superka daha güclü olub, lakin idarəetmə sistemi daha da təkmilləşdirilib.

“Nismo”-dan olan “GT-R”-i diffuzoru, karbon splitteri, yeni bamperləri və qırmızı əlavələri olan yeni xarici görünüşü ilə tanımaq olar. Genişləndirilmiş radiator barmaqlığı superkara yeni görünüş verməklə yanaşı, onun mühərrikini də yaxşı soyudur.

“GT-R Nismo”-nun interyerində idman sükanı, fərqli cihazlar paneli, “Recaro” oturacaqları, 8-düymlük monitoru olan multimedia sistemi və alkantara peyda olub. Mərkəzi konsoldakı düymələrin də yeri bir qədər dəyişib: ideya müəllifləri bildirirlər ki, indi superkarın bəzi funksiyalarını idarə etmək daha asan olub.

Asmada yeni “Bilstein” amortizatorları, daha sərt yaylar və gücləndirilmiş stabilizatorlar peyda olub və ban orta hesabla 4 faiz yüngülləşib. “Nissan”-ın hesablamalarına görə, dəyişikliklər sayəsində superkarın idarəetməsi təqribən 2 faiz yaxşılaşıb.

Mühərrik əvvəlki kimi qalıb: 3,8-litrlik, 600 a.g. və 652 Nm fırlanma anı verən turbolaşdırılmış V6. Bu, superkara 100 km/saata 2,5 saniyəyə sürətlənmə imkanı verir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R, Nismo 04.06.2016

Şərhlər


AD