Перейти к содержанию

Tarixdən Günümüzə: Siyasət və Cəmiyyət


GAARA

Рекомендуемые сообщения

Опубликовано:

Son vaxtlar dünyada baş verən hadisələr başımızı qatır. Müharibələr, iqtisadi böhranlar, iqlim dəyişikliyi, siyasi çevrilişlər... Hər gün xəbərlərdə yeni bir hadisə ilə qarşılaşırıq.

Bir az bu mövzularda fikirlərimizi bölüşək? 

Çox əsəbləşmək olmaz 😜

Опубликовано:

Dost, qəliz məsələlərə toxunursan, gül kimi sakit oturmuşuq da )))

 

Zarafat bir yana, bilmirəm, tək məndə belədir ya yox, ətraf-mühit çox stresslidir, həm bizdə, həm dünyada.

Uşaqlıqda çox maraqlı idi, Hitleri antixrist kimi təqdim edirdilər, məni də fikir aparmışdı – bəs onun ətrafında olanlar, bəs o boyda nemes ordusu, nəyə lazım idi, o qədər adamı öldürdülər, özləri də öldü. Sonra fikir gəldi ki, o vaxt internet olsaydı, yəgin belə olmazdı...

Ümumiyyətlə, internetlə, sərhədlərin açıq olduğu vaxtda, ayfon, tesla, nəbilimnə, yox e, bugünkü gündə müharibələr mümkün deyil...

İndi də ruslara baxıram, başları qaçıb. Heç kimi heç vaxt onların işğal etdiyi torpaqları Rusiya ərazisi kimi tanımayacaq, yenə də durmurlar, zombi kimi.

Tupin vızqırdıb gedəcək, yüz il kompensasiya verəcəklər, yüz il öz tərəfindən həlak olmuş və yaralanmış insanlara pensiya verəcəklər, onillər keçməlidir ki, şirkətlər geri qayıtsın, investiyasiyalar gəlsin, ekonomik cəhətdən özləri özlərini dala salıblar, bunu anlamaq da istəmirlər...

 

Müharibə başlayanda (3 il əvvəl) bir dənə tanış adam (rus) nəsə yazmışdı ukraynalılar barədə, soruşdum "sən də zombiləşmisən?", belə bir dialoqumuz oldu:

– Qoy biz Ukrayna ilə işimizi bitirək, sonra mən çox istəyirəm ki, Azərbaycanı da qaytaraq.

– Hara qaytarırsınız? Səni burada gözləyən var? G.oğlu g., sən qaytaracaqsan? Evdə oturub, klaviaturanı basmağa nə var ki..

– Qayıtmasanız, raketlərlə sizi məhv edərik!

 

Heçnə demədim, bircə xahiş etdim ki, həmin söhbəti pozmasın, bir neçə gün sonra pozdu.

 

Bir tərəfdən fikirləşirsən ki, şovinistdir, ağlı qaçıb. O biri tərəfdən isə, 2016-cı il yadıma düşür, yadımdadır ki, kimsə təklif etmişdir ki, gəlin Xankəndini ermənilərlə bombalayaq, sonra təzədən tikərik. Mən də layk qoymuşdum həmin paylaşımda, heç də pis ideya kimi qəbul etməmişdim ))))

Nə şovinistəm, nə nasist. Adamın psixologiyasını çox asan manipulyasiya etmək olur.

 

İnternetdə (feysbuk, tiktok, ig) cürbəcür əsl gicbəsər və mənasız videoları görürəm, million layk, million şərh...

Hər dəfə təəccüblənirəm, bu qədər tupoy insan haradan çıxıb... Və hara gedir 😞

Опубликовано:

Bikarçılıq olanda, bir dənə kommentı poçitayte :facepalm:

https://dzen.ru/a/Z3e4YCbj0llJuCuN

 

Tupoylardan söz düşmüşkən )))

 

Komedixana adlı proekt var milli televiziyaların birində.

İzləyicisi deyiləm, xəbərim yoxdur, kim kimdir orda, və populyar olduqları. Bilmirdim ki, yutubda yüzminlərlə baxışları var.

 

Haradasa hansısa rolik çıxır qabağıma, və, açığı, pis də deyildi, yadımda deyil nədən idi.

Sonra özüm axtarıb tapdım, və gördüklərim:

- fahişələrin söhbətləri

- avtobus şoferi avtobusdakıları fikirləşmir, avtobusa minən qıza baxır, avtobusu sürdükcə həmin qızı "bişirir"

- avtobusdaki oxşar məsələ təyyarədə, + oğlan başqa qızla antalyaya uçur, təyyarəyə yanıq qaynatası da minir

- tanışlıq verilişi, yenə yanıqlar

- motel söhbətləri

- axmağ əttökən söhbətlər, və aktyorların "oyunu"

və s, və i, açıq görünməyən biabır və biədəb söhbətlər və səhnələr, hətta hərdən açıq belə olan

 

Bizimkilər, həmişəki kimi, xaricilərə baxıb zayını çıxardırlar.

Ok, mən izləyicisi deyiləm. Eyni səviyyədə olan insanlar baxsınlar, ancaq ona da qarşıyam.

Məni şoka salan başqadır.

Studiyada oturub gülən uşaqlar (onları da göstərirlər verilişdə), 10-15 yaşlı qızlar. Başı bağlı xanımlar da. Hamı ürəkdən gülür 😐

 

Ya mən nəyisə başa düşmürəm, ya millət kördu, bunların yedirdiklərini görmür.

Aktyorlar da heç, 5-10 manat pul qazanırlar deyə, özlərini hər yola atmağa hazırdılar.

Hər şeyin sərhədi olmalıdır, bu sərhədləri çəkdikcə, yaxşı tərəfə getmirik

Опубликовано:

Tam razıyam. Ətraf-mühit sıxıcı və yorucudur. Ümumiyyətlə maksimal dərəcədə çalışıram özümü sözün əsl mənasında hərşeydən uzaq saxlayım, əks halda həm fiziki həm də mental olaraq yoruluram. İnsan ölümü çox ucuzlaşıb... Əslində dərinə gedəndə deyəsən həmişə belə olub. Elə birinci dünya müharibəsində təxminən 20 milyon insan ölüb. İndi də hara baxsan kim kimə qoydudur, Kim də kimə istəsə qoyur, qoşulub ruslara. Deyir təcrübə yığmaq üçün fürsətdir, əldən vermiyim, adamlarımı göndərim iştirak etsinlər. Adam demək olarsa.

 

Rusların peşəsidir də özlərini belə aparmaq. Nə varsa bunlarındır. Beyinlərini elə yuyublar ki, elə bil bütün dünyanın bunlara borcu var. Mənim də rus tanışlarım var, söhbət əsnasında başa düşürəm ki, beyin gedib. TVlərində KİVlərində kütləvi şəkildə verbovka gedir, sosial şəbəkələr çox əla işləyir bu məqsədlər üçün. Baxırsan ki, oxumuş, savadlı, mıdəni insandır amma gij.....x. Ona görə də bu instaqramdı, tiktokdur nədir bağlanmalıdır bəzi ölkələrdə, birincisi elə bizdə. Bu nədi e, hər ağzı olan danışır, məsləhət verir. Hamı hıyat kouçu olub, paneldə duranlar da psixoloq. Baxırsan ki, başı çatmır, mental problemi var amma ki, psixoloqdur. Özü də klinik psixologiya sahəsində eee fəaliyyət görsədir. Özüm şəxsən maraq üçün neçəsinə yazmışam ki,qəbulunuza yazılmaq istəyirəm. Aldığım cavab olub ya 100 azn ya da 150 azn . Sual vermişəm  təhsillərini, ixisaslarını dəqiqləşdirim, cavab verməyiblər.  Bir söznən soxa-soxdur. Hərə bir podkast açıb səfey-səfey danışır, kütləyə məsləhətlər verir. Baxırsan manısın ya da savadsız avaranın biri oturur kütləyə din, fəlsəfə, sosial problemlər mövzusunda ağıl verir. Valideyn-övlad münasibətləri necə olmalıdır, travmaların səbəbi nədir və s. mövzüları fakt kimi qələmə verərək izah edir. Alimlər heç belə rahat çıxış etmirlər, 20 il araşdırma edib yekunda o qədər ehtiyyatla bir fikir bildirirlər, görürsən ki, mövzu hələ də açıqdır.  Bizimki gedir hardasa serialdan, kinodan kiminsə sözlərini götürür, dalını qabağınl bəziyir sonra da kütləyə deyir ki, uşağa 5 yaşda bunu etmək olmaz, ya da nə bilim bu yaşda evlənmək lazımdır ya da lazım deyil, yemək yeyəndə su içmək olmaz, kofe ziyandır ..... siyahı bitir ki 🤦‍♂️

Опубликовано:

Bunların arasında dəli olmamaq çətindir, hamı da bacarmır 😞

Bacarmayan da başa düşmür ki, bacarmayıb, manipulyasiya olunub, beyni yuyulub.

 

Qorxuludur əslində, çox.

Misalçün, keçən əsrin 30-cu illərdə çox sayda savadlı azərbaycanlı güllələndi. Onları Stalin özü güllələmirdi ki, hamısını elə özümüzkülər edirdi.

Sonda "Allah Azərbaycanı qorusun" deyib ancaq dualara güvənmək bəs etmir, bir birimizə dəstək olmalıyıq. Olmasaq, ya rus, ya İran tərəfindən zəbt olunacağıq.

 

Haradan haraya gəldim e, hər şeyi qatdım bir birinə ))))

Опубликовано: (изменено)
6 часов назад, Farid сказал:

Bikarçılıq olanda, bir dənə kommentı poçitayte :facepalm:

https://dzen.ru/a/Z3e4YCbj0llJuCuN

 

 

mən yolda camaatın itinə dəyib edəndə 10 dəfə üzrxahlıq edirəm. bunlar sərnişin dolu təyyarəni vurublar və üzr istəməyi özlərinə sığışdırmırlar. xəstə olasan day bu dərəcədə yox da.

Изменено пользователем GAARA
Опубликовано:
5 минут назад, GAARA сказал:

 

mən yolda camaatın itinə dəyib edəndə 10 dəfə üzrxahlıq edirəm. bunlar sərnişin dolu təyyarəni vurublar və üzr istəməyi özlərinə sığışdırmırlar. xəstə olasan day bu dərəcədə yox da.

 

Qul psixologiyasıdır, Tupin nə etsə də, deyəcəklər – Çar sağ olsun!

+ şovinizm, + onların propaqandası.

 

Əks məqam da var.

Onların çoxusu (orada yazanların) dünyadan xəbərləri yoxdur, Azərbaycanı da ancaq bazarda gördükləri azərbaycanlılardan və kriminal xəbərlərdən tanıyırlar.

Gördükləri adamları da mən də görmüşəm, səmimi deyim ki, çoxusu bir qəpiklik adam deyillər, savadsız, axmaq, fırıldaqçı, yalan deyən adamlardı.

Gördüklərimi deyirəm, mən onların yerinə utanırdım, yediyi/tualetə getdiyi yer eynidir, iy basıb, rus dilində odin-dva-tri-dən başqa heçnə bilmir, istəyi də ancaq rusu atıb, pul qazanmaqdır. Mən də ancaq belə tiplərnən rastlaşsaydım, yəgin, mən də şovinist olardım

Опубликовано: (изменено)
6 часов назад, Farid сказал:

Tupoylardan söz düşmüşkən )))

 

Komedixana adlı proekt var milli televiziyaların birində.

İzləyicisi deyiləm, xəbərim yoxdur, kim kimdir orda, və populyar olduqları. Bilmirdim ki, yutubda yüzminlərlə baxışları var.

 

Haradasa hansısa rolik çıxır qabağıma, və, açığı, pis də deyildi, yadımda deyil nədən idi.

Sonra özüm axtarıb tapdım, və gördüklərim:

- fahişələrin söhbətləri

- avtobus şoferi avtobusdakıları fikirləşmir, avtobusa minən qıza baxır, avtobusu sürdükcə həmin qızı "bişirir"

- avtobusdaki oxşar məsələ təyyarədə, + oğlan başqa qızla antalyaya uçur, təyyarəyə yanıq qaynatası da minir

- tanışlıq verilişi, yenə yanıqlar

- motel söhbətləri

- axmağ əttökən söhbətlər, və aktyorların "oyunu"

və s, və i, açıq görünməyən biabır və biədəb söhbətlər və səhnələr, hətta hərdən açıq belə olan

 

Bizimkilər, həmişəki kimi, xaricilərə baxıb zayını çıxardırlar.

Ok, mən izləyicisi deyiləm. Eyni səviyyədə olan insanlar baxsınlar, ancaq ona da qarşıyam.

Məni şoka salan başqadır.

Studiyada oturub gülən uşaqlar (onları da göstərirlər verilişdə), 10-15 yaşlı qızlar. Başı bağlı xanımlar da. Hamı ürəkdən gülür 😐

 

Ya mən nəyisə başa düşmürəm, ya millət kördu, bunların yedirdiklərini görmür.

Aktyorlar da heç, 5-10 manat pul qazanırlar deyə, özlərini hər yola atmağa hazırdılar.

Hər şeyin sərhədi olmalıdır, bu sərhədləri çəkdikcə, yaxşı tərəfə getmirik

 

baxmışam onların videolarına. belə yumor olar. hələ bir dənə də olsun intellekt tələb edən zarafat görməmişəm bizim tvdə. şit-şit söhbətlər. ümumiyyətlə milli yumorumuz çürük bir vəziyyətdədir. özüm uşaqlıqdan rusların kvn-i, ingilislərin yumorları və s. ilə böyümüşəm. kvn iştirakçıları savadlı, oxumuş uşaqlar idi...zarafatları da intelektə bağlı idi. ümumiyyətlə savadlı, oxumuş, görmüş insanın yumoru tam başqa müstəvidə olur. rusların xoşuma gələn cəhətlərindən biri də kitaba bağlılıqlarıdır.  bizimki çıxır bütün zarafatını gətirib cinsi orqanlarla əlaqələndirir. küt beyinin işləyən mexanizmi ancaq odur axı. 

biri var arxası yerə dəyir, lüt çıxır səhnəyə və ətrafında uşaqlar , kişi, qadın əl çalıb oppanır.   ölkədə hər bir məsələ gəlib seksə çıxır. hara baxsan gündəm budur.

19 минут назад, Farid сказал:

 

Qul psixologiyasıdır, Tupin nə etsə də, deyəcəklər – Çar sağ olsun!

+ şovinizm, + onların propaqandası.

 

Əks məqam da var.

Onların çoxusu (orada yazanların) dünyadan xəbərləri yoxdur, Azərbaycanı da ancaq bazarda gördükləri azərbaycanlılardan və kriminal xəbərlərdən tanıyırlar.

Gördükləri adamları da mən də görmüşəm, səmimi deyim ki, çoxusu bir qəpiklik adam deyillər, savadsız, axmaq, fırıldaqçı, yalan deyən adamlardı.

Gördüklərimi deyirəm, mən onların yerinə utanırdım, yediyi/tualetə getdiyi yer eynidir, iy basıb, rus dilində odin-dva-tri-dən başqa heçnə bilmir, istəyi də ancaq rusu atıb, pul qazanmaqdır. Mən də ancaq belə tiplərnən rastlaşsaydım, yəgin, mən də şovinist olardım

 

əslində elədir. bilmirəm niyə amma hamımız olmasaq da bir çoxu kənara çıxanda milli reputasiyamız prinsipini evdə qoyub gedir. onlar da elə bilirki olan elə budur. əslində biz də bizim ölkəyə gəlib özünü apara bilməyən xalqın nümayəndəsini görəndə və bu davamlı olanda aqressiv fikirlər bildiririk. 

Изменено пользователем GAARA
Опубликовано:
49 минут назад, Farid сказал:

Bunların arasında dəli olmamaq çətindir, hamı da bacarmır 😞

Bacarmayan da başa düşmür ki, bacarmayıb, manipulyasiya olunub, beyni yuyulub.

 

Qorxuludur əslində, çox.

Misalçün, keçən əsrin 30-cu illərdə çox sayda savadlı azərbaycanlı güllələndi. Onları Stalin özü güllələmirdi ki, hamısını elə özümüzkülər edirdi.

Sonda "Allah Azərbaycanı qorusun" deyib ancaq dualara güvənmək bəs etmir, bir birimizə dəstək olmalıyıq. Olmasaq, ya rus, ya İran tərəfindən zəbt olunacağıq.

 

Haradan haraya gəldim e, hər şeyi qatdım bir birinə ))))

 

İrana gələndə... deməli bizim xarici işlər nazirliyinin səhfəsində Türkmənçay müqaviıəsinin pdf tərcüməsi var. 

https://mfa.gov.az/files/shares/Treaty of Turkmenchay.pdf


ARTICLE I
His Majesty the Russian Emperor and His Majesty the King of Iran have agreed to eternal peace, friendship and full agreement between them, their heirs to the throne, their states and citizens

 

Bizim yaramazlar oxumadan, anlamadan ingilis dilində yükləyiblər. Bir nəfər demi ki, müqavilədə İran sözü istifadə oluna bilməz. Çünki müqavilə Qacarlarla Rusların arasında olub və İran adında nə söz nə də dövlət yox idi. Əslində King of İran ifadəsinə bizimkilərin laqeyd yanaşması ölkənin öz tarixi sual altına qoyur. Stalinin vaxtında belələrini aparırdılar.

  • 2 недели спустя...
Опубликовано:

Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin bələdçisi Hökumə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

 

Allah qorusun yolda gedəndə 10 km/s sürətlə yüngülvari birinin ombasından dəyirsən 20-30 min xərc çıxır, bayramı, meyvəsi, ipotekası boynundadı. Təyyarəni göydə vururlar, bütün həyatın gözünün qarşısından keçir, sürətlə gəlib yerə çırpılırsan 1 ay hamı show eliyir sonra çıxarıb 20 min verirlər ki əsas can sağlığıdır. 

Опубликовано:

Əsl kompensasiyanı günahkar tərəf verməlidir, o qabaqdadır.

Bİz verdiyimiz isə, düşünürəm, sadəcə dəstək forması idi.

Присоединяйтесь к обсуждению

Вы можете написать сейчас и зарегистрироваться позже. Если у вас есть аккаунт, авторизуйтесь, чтобы опубликовать от имени своего аккаунта.

Гость
Ответить в этой теме...

×   Вставлено с форматированием.   Восстановить форматирование

  Разрешено использовать не более 75 эмодзи.

×   Ваша ссылка была автоматически встроена.   Отображать как обычную ссылку

×   Ваш предыдущий контент был восстановлен.   Очистить редактор

×   Вы не можете вставлять изображения напрямую. Загружайте или вставляйте изображения по ссылке.

  • Последние посетители   0 пользователей онлайн

    • Ни одного зарегистрированного пользователя не просматривает данную страницу
×
×
  • Создать...