D2K Опубликовано: 31 мая 2013 Опубликовано: 31 мая 2013 (изменено) Son zamanlar internetlə sifariş barədə tez-tez suallar eşidirəm: Dəyərmi? Satıcını necə düzgün təyin edim? Sifariş zamanı hansı risklər var? Zərərin əvəzi ödəniləcəkmi? Neçəyə başa gələcək? Bəs gömrük ilişməzki?Alıcının məsuliyyəti: Alıcı olaraq Siz ilk növbəti malın vəziyyəti, Sizin tələblərə uyğunluğu, Çəkisi, Ünvana çatdırılması və zərərin ödənilməsi və s barədə məlumatları dolğun şəkildə nəzərdən keçirməlisiniz. Qeyd etdiyim məlumatlar adətən malın əsas alış səhifəsində qeyd olunur. Bu suallara dolğun cavab verməyən Satıcıdan mal almağınızı məsləhət görməzdim. Əgər əlavə sualınız varsa Satıcıya yazmaqdan çəkinməyin. Satıcıya gəldikdə: Satıcı haqqında məlumatı nəzərdən keçirməyi unutmayın. Misal üçün Ebay-da satıcların Rating sistemi tədbiq olunur. Və hər bir Satıcı bu rating-ı yüksək səviyyədə saxlamaqda maraqlıdır. Buna görə dəfələrlə Sizlə əlaqə saxlayıb hər hansı problem aşkara çıxdığı təqdirdə saytın rəhbərliyinə şikayət etməkdən öncə ona müraciət etməyi Sizdən xahiş edir. Buna görə malı almaqdan öncə Satıcının ana səhifəsini nəzərdən keçirdin. Ona yazılan kommentlər və şərhləri oxuyun. Bu günə qədər bir sıra alıcılardan müxtəlif mallar sifariş etmişəm və problemlər də həllin tapıb (Amazon, Ebay, ECStuning, SuperSprint, Maniacs və s) Zərərin ödənilməsinə gəldikdə yuxarıda təsvir etdiyim ciddi Satıcı ilə heç bir problem yaranmayacaq. Misal üçün Ebay vasitəsi stolüstü saat sifariş etmişdim. Saatın daşınması zamanı içindəki siferblat (əqrəb hissəsi) istifadəyə yararsız hala gəlmişdir. Bu barədə Satıcıya yazandan sonra o məndən zədələnmiş malın panoram şəkilini tələb etmişdir. Bundan əlavə mən malın gətirildiyi qutunu da çəkərək onun bağlanması zamanı buraxılan səhvləri qeyd edərək e-mail vasitəsi ilə ona göndərdim. 2 (iki) həftədən sonra yeni saat mənim masamın üzərində idi. Fors-Major: İstənilən ciddi satıcının da axmaq əməkdaşı ola bilər. Misal üçün təxminən 45 gün əvvəl özümə yeni disklər sifariş etmişdim. Satıcı ilə malın BİRBAŞA Azərbaycana çatdırılması haqqında danışdıq. Mən Azərbaycana daşınması üçün əlavə ödəniş də etdim. Dəfələrlə qeyd etdim ki PayPal-da Amerikan ünvanı qeyd olunur. Onu nəzərə almadan malı İngiltərədən birbaşa Bakıya göndərin. Lakin bir müddət keçəndən sonra nə maldan xəbər var idi nə də ki Satıcıdan. Məktublarım və zənglərim cavabsız qalırdı. Axırki saytın rəhbərliyinə yazdığım 2 km-lik məktubdan sonra İngilis "qardaşlarım" mənimlə əlaqədə saxladı. Deməli bunlar mənim mesajlarımım nəzərə almadan malı mənim ABŞ ünvanıma göndəriblər. Nəticədə mən ƏLAVƏ 600 ABŞ dolları ödəməklə Malı Bakıya çatdırmalıyam. Uzun danışıqlardan və hüquqi hədə qorxulardan sonra mənə 2 variant verdilər. 1) Zərərin ödənilməsi 2) Bu qiymət çərçivəsində yeni malın təqdim olunması. Mən 1-ni seçdim. Gömrük: Əgər sifarişiniz hər hansı daşınma şirkəti vasitəsi gətirilməyibsə o zaman işiniz çətinləşir. Mal Bakıya çatandan sonra problemlər yekunlaşmır Bizim hörmətli Gömrük İdarəsinin işçiləri Sİzi o ki var qaçdıracaqlar. Ekspeditordan rəisə, rəisdən ekspeditora və s. 4 ədəd 19" diskləri "raztamojka" etmək üçün tam 2 gün sərf etdim. Bu günlərin 70%-ni müvafiq icarçıları tapmağa qalan 25%-ni isə mənasız söhbətlərə (hansı maşına gedir bunlar? Bu yollarda nətər sürəşsən? Zordu aaaa) sərf olundu. Yekun: Əsəblərinizi cilovlayaraq səbrli olmaq lazımdır. Öncə Malı tədqiq etmək sonra isə Satıcının etibarlı olub olmamasını. Daşınma zamanı Satıcı rahat qoymayın. İzləmə nömrələrini (tracking number), yoxdursa Malın təqdribi çatdırılma gününü tələb edin. Gömrük məsələlərindən boyun qaçırıb səbrinizə qənaet etmək üçün yerli çatdırılma şirkətlərindən istifadə etməyinizi məsləhət görərdim. Изменено 31 мая 2013 пользователем D2K 7 Цитата
Android788 Опубликовано: 31 мая 2013 Опубликовано: 31 мая 2013 Cox yaxshi infodur coxlari uchun, 1-2 nuansda men qeyd edim. Internet odemeleri zamani paypal dan istifade etmek meslehet gorulur, chunki onlar deqiq ve duzgun ishleyirler, Eger paypal ile odediyin herhansi bir mal sen chatmayibsa, paypal vasitesile 45 gunden gec olmayaraq qutunu yeni pasilkaninachmaq lazimdir ki , siz shikayetinizi bildiresiz, bunza,am saticiya mektub yazirsiznpaypalin sehifesinde, size cavab verilse danishacaqsiz, verilmese paypal pulu size qaytarir. Eger 45 gunden gec etseniz vsyo artiq hershey kechmishdir heckime shikayet ede bilmeyeceksiz. Menim bashima gelmishdi navicok olanda. 45 gunden sonra qutunu acmaq istedim alinmadi, paypala yazdim, sayta yazdim alinmirdi. Axirda saticinin ozunu tapdim ve onla yazishdim, yaziq oz cibinden 26$ verdi ve pulu mene westerunion ile qaytardi. Insan adamlar ishleyir. Bizimkiler olsaydi deyecekdi o orda men burda meni hardan tapacaq ve kecerdi pulun arxasina. Amma internetde gozel insanlar oturur. Gomruk barede deyim! Bizde bilirsiz gomrukun ipin buraxiblar, qanuna esasen gomruk qiymetleri var onlarda kosmikdir elbetde, 36% az gosterici deyil, ve siz biznes veya satmaq uchun getireceyiniz mallara rusum dushe biler, amma shexsi istofade uchunnise gomruk rusumundan azaddir. Bizde onu nezere alan yoxdur. Gelib mal rusumnu ver, rusumda mashaAllah 500$ mala 180$ rusum verirsen. Hetta bezen bele hal olurki, siz ishlenmish notebook almisiz, onlar onu nezere almirlar ve mali qiymetlendirme uchun merkezi gomruk idaresine gonderirler ve onlar sizin meselen 400$ aldiginiz ishlenmish mala yenisinin qiymeti ile meselen 1000$ ile hesablayirlar. Nezere almirlar ki bu ishlenmishdir ya yox, bele hallarada diqqet yetirin. 2 Цитата
IsI606 Опубликовано: 31 мая 2013 Опубликовано: 31 мая 2013 Cox gozel izah etmisiniz mende bu ishin icinde olduguma gore bezi tipler vere bilerem Ceyhun cox duz dedi ki paypaldan istifade etmek lazimdi cunki o zaman mal size gelmese pulunuzu rahatliqla qaytara bilersiniz.Amma bezi saticilar olurki western union ile yada bank transfer vasitesi ile isteyirler onlari netde "Frauder" adlandirirlar misalcun bir vaxt kitayda bir promo variydi iphone 5-i 200$-a verirdiler bele fikirleshirem o onlar ucun cox yaxshi qazanc oldu men bir nefer taniyiram kimki bu yolla onu alib ve pulu odedikden sonra mail,skype baglanib ve ona catmaq olmayib shikayet etmeye gelendede indi ozunuz fikirleshinde o boyda kitayda bir neferi axtarasan yeni calishin eBay,Amazon,Aliexpress ve.s trusted saytlardan alasiz mallarinizi Цитата
Рекомендуемые сообщения
Присоединяйтесь к обсуждению
Вы можете написать сейчас и зарегистрироваться позже. Если у вас есть аккаунт, авторизуйтесь, чтобы опубликовать от имени своего аккаунта.