Wa1do Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 (изменено) Bizim də stilimiz var! Bildiyimiz kimi dünyada avtomobil üçün məşhur stillər var. Bu stillər yarandıqları ölkələrin adı ilə adlandırılırlar. Məsələn, Yaponiyada məşhur olan VIP stili, Birləşmiş Ştatlarda Low-Rider, Donk style və sairə. Qafqaz bölgəsində də müəyyən stillər mövcuddur. Bu yaxınlarda vkontakte.ru sosial şəbəkəsində bir rusun ön hissəsi qalxmış VAZ 2106-nı “Ara stili” adlandırması məni çox qıcıqlandırdı və həmin istifadəçiyə bu stilin Azərbaycana məxsus olduğunu izah etdim. Ondan qabaq çox hörmət etdiyim bir böyüyüm və avtomobil həvəskarı mənə öz stilimiz haqda məqalə yazmağı təklif etmişdi. Bəli, düz oxudunuz, öz stilimiz, Bakı stili. Polislərin VAZ avtomobillərinin ön hissəsinə əlavə avadanlıq qoyulmasının əleyhinə olduğunu bilirik. Dəfələrlə Bakı dövlət yol polisinin ön hissəsi qalxmış avtomobillərə qarşı keçirdiyi reydləri hamımız yaxşı bilirik. Bəziləri avtomobilin ön hissəsini görünüş üçün qaldırır, bəziləri el arasında “iki təkər” adlanan hərəkəti etmək üçün. Artıq bizim stilimiz Qafqaz ölkələrində tanınır. Russiyanın avtomobil saytlarında “Baku style”, “Бакинский стиль” kimi ifadələrə rast gəlmək olar. Misal üçün VAZ 2107 avtomobilinin arxa fənərlərinin aşağı hissəsi tam ağ olanını Russiyada “Баку стайл стопы” adlandırırlar. Avtomobilin ön hissəsini əlavə avadanlıqlarla qaldırmaq artıq rusların da arasında yayılıb, hətta, bizim stilimizi bəyənənlər də var. Azərbaycanın ilk avtomobil klubu olan efir klubun forumunun istifadəçilərinin arasında Russiya vətəndaşları da var. Belə rus vətəndaşlarından biri VAZ 2107 markalı avtomobili aldıqdan sonra bizim forumumuza daxil oldu və avtomobilin ön hissəsini qaldırmaq üçün nələr etməli olduğunu maraqlandı. Sonda maşınını Bakı stilində yığdı. Russiyada yaşayan azərbaycanlılar da Bakı stilində avtomobillərinin ön hissəsini qaldırırlar və bu səbəbdən artıq Russiyada, Qazaxıstanda, Ukraynada və başqa MDB ölkələrində Bakı stili məşhurlaşıb. Ancaq, ermənilər yenə də dinc durmayıb, avtomobil aləmindəki stilimizi də oğurlamağa cəht ediblər, lakin buna nail ola bilməyiblər. Bir az stilimizin tarixi haqda məlumat vermək istəyirəm. Bu stilin dəqiq hansı illərdə yarandığı məlum deyil. Müxtəlif fərziyələr mövcuddur. Misal üçün 20-ci əsrin 60-cı illərində QAZ 21 markalı avtomobillərin ön hissəsini bir az qaldırırmışlar ki, gözəl görünüşü olsun. El arasında belə görünüşə “ceyran” duruşu deyirdilər. Sonra eyni məqsədlə VAZ avtomobillərinin də ön hissəsini bir az qaldırırmışlar. El arasında belə deyim var idi: “Xoruz kimi duruşu var maşının”. Ötən əsrin 90-cı illərində bu stil gənclər arasında məşhurlaşmağa başladı. Avtomobilin ön hissəsini əlavə avadanlıqlarla qaldıraraq, ona əlavə bəzək əşyaları qoymağa başladılar. Bu bəzək əşyalarının arasında çarx diskləri də var idi. O illərin məşhur diskləri 13 düyümlük CMS, Melber kimi disklər idi. Bu diskləri 185/ 60/ R13 ölçülü şinlərə geydirib, avtomobillərinə qoyardılar. Həmçinin, qəhvəyi rəngli şüşələr, Fiat Tempra markalı avtomobilin sükanı, musiqili, çoxsəsli siqnallar da bu bəzək əşyalarının arasında idi. O illərdə avtomobili iki təkər üstünə qaldıran sürücülər elə də çox deyildi. Təxminən 90-cı illərin sonuna yaxın 13 düyümlük disklər üçün 215/ 50/ R13 ölçülü şinlər peydah oldu. Bu şinləri VAZ avtomobillərinin zavod disklərinə taxıb, avtomobilə qoyanda çox gözəl görünüş əldə edir. Bu şinlərin arasında ən məşhuru Bridgestone SF 330-eager şinləri idi. Həm protektoru gözəl idi, həm də şinin kənarında ağ rəngdə şinin modeli yazılırdı. Sonra zamanla başqa firmaların – Kumho, Yokohama, Toyo, Sumitomo kimi firmaların da eyniölçülü şinləri peydah oldu. Bizim stilin bəzək əşyalarının arasında böyük diametrli – 17-18 düyümlük disklər qoymaq da dəbə gəldi. 2000-ci illərin əvvəllərində gənclərin arasında VAZ avtomobillərini bəzəmək dəbi daha da yayılmağa başladı. Melber disklər yenidən qayıtdı, amma, bu səfər artıq 215/ 50/ R13 ölçülü şinlərə geydirildi, avtomobilə idman üslublu çıxış sisteminin sonuncu qazanı qoyuldu, avtomobillərin önü yenə də əlavə avadanlıqlarla qaldırıldı, şüşələr tündləşdirildi (və ya 30 % tündlüyü olan xameleon şüşələr qoyuldu), hətta, ön şüşələr belə, audio-sistem yığıldı, idman üslublu sükanlar qoyuldu və s. Bütün dünyada olduğu kimi Azərbaycanda da internet şəbəkəsi yayılırdı və internet səhifələr açılırdı. Belə internet səhifələrindən biri də 2004-cü açılan efir.ws saytı oldu və bu saytın açılışı ilə Azərbaycanın ilk avtoklubunun əsası qoyuldu. Bu saytda Bakı stilində olan avtomobillərin şəkilləri, avtomobili iki təkər üstünə qaldıranların videoları görüntüləndi. Burdan da gənclərin dilinə “efir” sözü düşdü və hər gözəl bir şeyi, sözlə ifadə oluna bilməyəcək gözəlliyi gənclər, yeniyetmələr “efir” adlandırmağa başladılar. İnternet şəbəkəsi bütün dünyada yayılmağa başladı və beləliklə bizim stilimiz də bu saytın hesabına yavaş-yavaş ölkə xaricində də məşhurlaşmaq üçün ilk addımlarını atdı. İnternet şəbəkəsi vasitəsilə hamı baxdı, gördü, tanıdı. Sonra həmyerlilərimiz fərqlənmək üçün Bakı stilini keçmiş SSR-i ölkələrində də davam etdirdilər və günümüzdə də bunu etməyə davam edirlər. Beləliklə, günümüzdə artıq “Bizim də stilimiz var” deyə bilirik, hətta bizim stili tanıyırlar da. Bizim stilin digər stillərdən fərqi orasındadır ki, avtomobilin sadəcə ön hissəsini qaldırmaqla gözəl görüntü əldə etmək olur. Sonradan istəkdən asılı olaraq 215/ 50/ R13 ölçülü şinləri zavod disklərə və ya başqa yüngüllehimli müvafiq ölçülü disklərə geydirmək, 17-18 düyümlük diskləri qoymaq da olar. Stilimizdə bəzi incəliklər də var. Məsələn radiator torunun şaquli xətlərinin ləğvedilməsi (adətən qara plastik raditor torunu bu səbəbdən qoyurlar), şüşələrin kənarlarındakı qamışların qara rəngdə olması, palçıq qoruyucusunun içəri hissəsinin avtomobilin rəngi ilə eyni rəngdə olması, orijinal optikanın qorunub saxlanılması, VAZ 2106 markalı avtomobillərə “Angel eyes” (BMW avtomobillərində olduğu kimi) qoyulması, VAZ 2107 markalı avtomobillərin ön optikasının Çex istehsalı olan kristal şüşəli optikaya dəyişdirilməsi (ilk çıxan VAZ 2107 markalı avtomobillərdə olduğu kimi) və bunun kimi daha bir çox xüsusi standartlar var. Ümidvaram artıq Bakı stili haqda daha çox məlumatınız var və stilimizin başqa ölkələrdə məşhurlaşmağı sizləri çox sevindirdi və qürurlandırdı. Yazdı: Səfərli Rauf Изменено 28 октября 2010 пользователем Avtomaniya 14 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
ilkin333 Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Halaldi qaqaw. Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Phobia Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 В Вики Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Назим Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Qurban olaram stilimize Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Rauf, sag ol. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
097 Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 (изменено) halaldir,чем- то схожая тема с передок фан Изменено 28 октября 2010 пользователем 97 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Faik 443 Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 брательник Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Anti_DYP Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 halaldi qaqaw temanin yeri var inwallah bizimde stilimiz taninar Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Wa1do Опубликовано: 28 октября 2010 Автор Жалоба Поделиться Опубликовано: 28 октября 2010 halaldi qaqaw temanin yeri var inwallah bizimde stilimiz taninar Deyəsən yaxşı oxumamısan. Artıq MDB ölkələrində tanınır. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
007 Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Bunu auto.az da gerey heftenin heberi kimi 1 hefte saxlasinnar, Rauf halalldi Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Wa1do Опубликовано: 28 октября 2010 Автор Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Bunu auto.az da gerey heftenin heberi kimi 1 hefte saxlasinnar, Rauf halalldi Fəridə göstərdim, düzü mən də sayt üçün nəzərdə tutmuşdum, Fərid məsləhət görmədi, dedi forumda pitstop bölməsində daha yaxşı olar. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
10 GT 005 Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Lezzet eledi. Halaldi! Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
RA1000 Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 biz azerbaycanlilar takiy va yekiy va bizim stilimiz takti va yekti Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
SWIMMER Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Rauf mehle ushagi halaldi krasavcik ...Я рад за наш стиль ,что его теперь знают многие .... Чисто от себя хочу добавить ,мне кажется какую бу я иномарку мягкую в всякими новоротами не водил,такого кайфа и адреналина чем как ехать на чётком Vaze с бешанным передком больше кайфа,удовлетворения, получить невозможно,я иногда засматриваюсь на ребят которых в Баку стало очень мало на таких машинах и облизываюсь и оборачиваюсь в след или же смотрю в зеркало заднего ввида и смотрю с кайфом,вспоминая себя когда-то таким же,и мыслями что догурдан да кто бы ,чтобы не говорил ери вар ери вар и ещё раз ери вар ! 1 Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
FuadiK Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 vaaaaaaaaay qochum... soz verirem, sevecem seni..!! zordu senik...!! Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Wa1do Опубликовано: 28 октября 2010 Автор Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Rauf mehle ushagi halaldi krasavcik ...Я рад за наш стиль ,что его теперь знают многие ....Чисто от себя хочу добавить ,мне кажется какую бу я иномарку мягкую в всякими новоротами не водил,такого кайфа и адреналина чем как ехать на чётком Vaze с бешанным передком больше кайфа,удовлетворения, получить невозможно,я иногда засматриваюсь на ребят которых в Баку стало очень мало на таких машинах и облизываюсь и оборачиваюсь в след или же смотрю в зеркало заднего ввида и смотрю с кайфом,вспоминая себя когда-то таким же,и мыслями что догурдан да кто бы ,чтобы не говорил ери вар ери вар и ещё раз ери вар ! Mən özüm 06 həvəskarıyam. İnşallah birini yığmaq fikirim var. Təbii ki, özüm pul qazanandan sonra. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
V-zeer Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Красава, Рауф! Содержимое этого сообщения скрыто.Чтобы увидеть его, вам следует войти на форум, или пройти регистрацию, если её у вас нет. Про машины "сюрян стайл" тоже надо написать + пару фоток машин в шпаклёвке. Чех фары разве не на экспортных вариантах 2105 шли? Про срезание задних пружин написал? Забыл ещё про компас, старлюкс, ложки, соски... Что вспомню ещё, напишу. Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Apollon Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Салам Рауф! хотел поддержать тебя именно здесь! на счет какой получилась статья,об этом уже "молвит"народ очень понравилась владение языком,особенно корректный подход к словам и конечно же нельзя было не подчеркнуть особый патриотизм,который стоит за всем этим очень надеюсь на более расширенный "мануал" об нашем стиле,с рисунками и артифактами,но только на русск.англ.языках что бы довести об этом на весь мир,на уровне популярных поисковиках и энциклопедиях кстати,Википедия за инфу,кот.нет у них в базе данных,дает хорошее вознаграждение,нагды ики дяня нол алтынын пулуну))) так что вот тебе и стимул на будущее в этом направлении))конечно же в твоем лице прошу всех,кто может содействовать в этом) Еще раз молодец,и удачи! Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
V-zeer Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 Годжа стайл... 205 колеса... Про это тоже написать надо... Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
The Power Of Dreams Опубликовано: 28 октября 2010 Жалоба Поделиться Опубликовано: 28 октября 2010 (изменено) Diger olkeler Brabusu,Hammani,ARTi,AMG-si HKS-i,Greddy-si ve s. meshhurdu,amma biz VAZ-larin on hissesini qaldirib,surmede tehluke yaradan bir sheyi nese yeni birshey kimi sayir bezi insanlar.Yaxshi ishlerle meshgul olaq ki qabaga gedek. Duzdu,deye bilersiz ki bunlar stil deyil no yenede de Изменено 28 октября 2010 пользователем The Power Of Dreams Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Wa1do Опубликовано: 28 октября 2010 Автор Жалоба Поделиться Опубликовано: 28 октября 2010 (изменено) Diger olkeler Brabusu,Hammani,ARTi,AMG-si HKS-i,Greddy-si ve s. meshhurdu,amma biz VAZ-larin on hissesini qaldirib,surmede tehluke yaradan bir sheyi nese yeni birshey kimi sayir bezi insanlar.Yaxshi ishlerle meshgul olaq ki qabaga gedek.Duzdu,deye bilersiz ki bunlar stil deyil no yenede de Saydığın atelyedir, stil deyil! Stil başqa şeydi. Hansısa atelye VIP stili, Low-Rider, Donk yığır? Yığırsa bir dənə atelye göstər mənə. Bəli, Azərbaycandan kənardakılar üçün yenidir, amma, bizim üçün yeni deyil. Sadəcə bizim stilimizin "Ara stil" adlanması səni qıcıqlandırmırsa, o sənin şəxsi problemindi. Low-Rider, Donk kimi stillər neyləyir bəs? Onlara baxanda "Uydaaa, maşının qabağı tullanır!", "Ala disklərə baaaax!" deyirsiz, biz peredok qaldıranda təhlükə yaradırıq. Neqativ olmaqdansa, pozitiv ol! Özü də o avtomobilləri 120 km/saat sürətinə kimi sürəndə təhlükəsi yoxdur! Belə də ki, istənilən avtomobili 120-dən yuxarı sürəndə idarəetmə azalır. İsveçdə boş yerə maqistral yolda maksimal sürəti 110 km/saat qoymayıblar. Onu da qeyd edim ki, İsveçdə insanların təhlükəsizliyi hər şeydən öndə gəlir. Изменено 28 октября 2010 пользователем Avtomaniya Ссылка на комментарий Поделиться на других сайтах Больше способов поделиться...
Рекомендованные сообщения
Пожалуйста, войдите для комментирования
Вы сможете оставить комментарий после входа
Войти сейчас