Лидеры
Популярный контент
Показан контент с высокой репутацией 11.10.2025 в Сообщения
-
1 балл
-
Ora getməyimin bir neçə səbəbi var İnsanların 03-dən anlayışı sıfırdır: əyri-üyrü xrom bamperli-oblisovkalı nol-alti – nol-üç deyil, başqa yüzlərlə fərqləndirən elementi var, hətta oxşar elementlərin cürbəcür fakturasi, italiya/yuqoslaviya/çexoslovakiya/polşa istehsalı olan detalların başqa materialı və keyfiyyəti, səs çıxardan elementlərin başqa səs çıxartmaqları, və s., və i. Gülməli bir şey deyəcəm - dəmir şüşəsilənin altında balaca qara plastmass olur, orijinala barmağıvı vuranda tuk-tuk eliyir, 06-ya olan bazarda satılan isə küt səs çıxardır, probka kimi ))) Bu işi tək özüm üçün etməmişəm ki, camaat da görsün ki, istək olsa, yaxşı və keyfiyyətli nəticə çıxartmaq mümkündür. Yaxınlarda bir sərgi olmuşdu, kimsə 06 gətirmişdi ora, əslində o nəvaxtsa 03 olub, dalını-qabağını kəsib dəyişdiriblər, ordan burdan tapılan rusiya-kitay zapçastları ilə yığıblar. Onu qoyaq qırağa, muzeyin özündə dayanan 03, forum iştirakçıların birinin olub, həmin maşında 03-dən bir şey qalmayıb. Və ya orda dayanan 01, qabağı 011 olan ))) Sonra Rusiyada keçirilən sərgilərə baxaq, peşəkar restavrasiya işləri... Onlara bu maşınları göstər, heç yaxın durmazlar ))) Biz onların yanında kolxozçulara, siqanlara bənzəyirik, nə gəldi basırıq maşına. Moskviç təkəri Jiquliyə? Hə e, zavod! 12 min 03 var öıkədə, fərli-başlı 10-15 maşın olar olmaz.1 балл
-
Avqustun sonunda klassik avtomobillərinin sərgisi keçirilmişdi, mən də "iştirak etdim" deyəcəkdim, amma etmədim ))) Onu deyim ki, sərgilərdə artıq neçə ildir iştirak etmirəm, bir neçə dəfə etdim, bəsdir, mozol olmaq istəmirəm. Bu restavrasiya işi bitib, yenilik yoxdur və, mənim fikrimcə, eyni avtomobillə hər il sərgiyə getmək maraqlı deyil, özümə də real gözlə baxmağa çalışıram Başqa tərəfdən isə, sərgilərdə rənglənmiş parıldayan kompotları görəndə, hirslənirəm. Avtomobillərdən anlayışı olanlar bu avtomobilləri görəndə sadəcə gülür. Ona görə bu il fikirləşdim ki, sərgiyə yenə aparım 03-ü, qoy görsünlər, Jiquli restavrasiyası necə olunmalıdır. Avqustun ortalarında zəng etdim bu sərgini keçirdən Azərbaycan Avtomobil Federasiyasına, məni də iştirakçılarının sihayısına qəbul etsinlər. Avtomobildə bəzi xırda çatışmazlıqlar var idi, onları yavaş-yavaş düzəltdirdim. Öncəki postda yazdığım kimi, fortoçkaların bağlanmasının nizamlanmasını etdik, zamokları ancaq düşmüşdü. Bu şüşələr üçün nəzədə tutulmuş həmin yapışdırıcı: İndi fortoçkalar bağlananda naqruzkaya düşmür əvvəlki kimi, məncə artıq qopmayacaq. Səliqəli olsun deyə, 5-6 dəfədən sonra alındı, bu da nəticə: Bəzi yerlərini yağladım elədim, salonda hər hansı səslər olmasın deyə. Orijinal ИЯ-170 təkərləri basdım üstünə. Və Federasiyadan mənə geri zəng etdilər ki, biz sizin avtomobilinizi seçmişik, xahiş edirik səhər 09.30-da gəlin, ordan Binə Atçılıq Mərkəzinə gedəcəyik, xahiş edirik ki, özünüzlə adam götürməyin, çünki yerlər məhduddur. Fikirləşdim, yəgin təhlükəsizlik səbəbindən bunu deyirlər. Ok. Halbuki, Binəyə getmək mənim marağımda deyildi heç, əsas istəyim avtomobili nümayiş etdirmək idi, başqa həvəskarlara tanış olmaq, hansısa məsləhətlər vermək, düzgün yolu göstərmək. Nəisə, gəldik həmin gün səhər bu sərgiyə. İsti adamı öldürür, özümlə çoxlu su gətirmişdim, bilirdim ki, belə olacaq, və kimdən eşidirdim ki, su axtarır, verirdim onları. Təəssüf ki, çox tez bitdi, və bəzilərinə çatmadı 1-2 saat keçəndən sonra görürəm ki, bəzi avtomobillərə 1 nakleyka, bəzilərinə isə 2 dənə yapışdırırlar. Soruşdum, nədir o, dedilər ki, Binəyə kim gedəcəksə, onlara 2 nakleyka yapışdırılır. Baxıram, mənim avtomobilimə 1 ədəd yapışdırılıb Zəng etdim həmin nömrəyə, haradan ki, mənə zəng edib çağırmişdılar. Telefona cavab vermir. Yaxınlaşdım təşkilatçılara, soruşuram, hanı o adam. Göstərirlər uzaqda duran adamı, avtomobillərlə selfi çəkdirir. Tənbəllik etmədən yaxınlaşdım özünə, soruşuram nə məsələdir, niyə dəvət etmisiniz, indi isə ora gedən avtomobillərin siyahısında deyiləm? Əvvəl bilmir nə desin, sonra "üzr istəyirik". Başqa adam yaxınlaşır, əlində həmin siyahı, deyirəm göstər görək, hansı maşınları seçmisiniz, başa düşüm ki, professional jüri seçib iştirakçıları. Deyir – biz federasiyasının avtomobillərini, tanışların avtomobillərini və bloqqerləri seçmişik. Federasiyanın avtomobiləri - ok, bahalı avtomobillərin çoxusu onlarındı. Tanış - ??? Bloqqer - ??? Bu cavabı utanmayan deyən adama sözüm yox idi, çönub getdim avtomobilin yanına. Əslində, Auto.az barədə də deyə bilərdim, Federasiyanın əsas idarə edən nümayəndəsini də orda görmüşdüm, yaxından-uzaqdan tanışlığım var. Amma, mən niyə bunu etməliyəm ki, niyə kiməsə ağız açmalıyam, niyə kiməsə yaltaqlanmalıyam? Ömür boyu etməmişəm, indi də edən deyiləm. Onlar avtomobillərin fərqini görmürlərsə, dedikləri kimi "tanış və bloqqerləri" seçirlərsə, mənim heç bir marağım yoxdur bu sərgidə. O bir nakleykanı da gözlərinin qabağında söküb ordan çıxdım. Yəgin, məni hər hansı qara siyahıya əlavə edəcəklər, eybi yox, etsinlər, itirən mən deyiləm.1 балл