Перейти к содержанию

Лидеры

Популярный контент

Показан контент с высокой репутацией 06.10.2025 в Сообщения

  1. Avqustun sonunda klassik avtomobillərinin sərgisi keçirilmişdi, mən də "iştirak etdim" deyəcəkdim, amma etmədim ))) Onu deyim ki, sərgilərdə artıq neçə ildir iştirak etmirəm, bir neçə dəfə etdim, bəsdir, mozol olmaq istəmirəm. Bu restavrasiya işi bitib, yenilik yoxdur və, mənim fikrimcə, eyni avtomobillə hər il sərgiyə getmək maraqlı deyil, özümə də real gözlə baxmağa çalışıram Başqa tərəfdən isə, sərgilərdə rənglənmiş parıldayan kompotları görəndə, hirslənirəm. Avtomobillərdən anlayışı olanlar bu avtomobilləri görəndə sadəcə gülür. Ona görə bu il fikirləşdim ki, sərgiyə yenə aparım 03-ü, qoy görsünlər, Jiquli restavrasiyası necə olunmalıdır. Avqustun ortalarında zəng etdim bu sərgini keçirdən Azərbaycan Avtomobil Federasiyasına, məni də iştirakçılarının sihayısına qəbul etsinlər. Avtomobildə bəzi xırda çatışmazlıqlar var idi, onları yavaş-yavaş düzəltdirdim. Öncəki postda yazdığım kimi, fortoçkaların bağlanmasının nizamlanmasını etdik, zamokları ancaq düşmüşdü. Bu şüşələr üçün nəzədə tutulmuş həmin yapışdırıcı: İndi fortoçkalar bağlananda naqruzkaya düşmür əvvəlki kimi, məncə artıq qopmayacaq. Səliqəli olsun deyə, 5-6 dəfədən sonra alındı, bu da nəticə: Bəzi yerlərini yağladım elədim, salonda hər hansı səslər olmasın deyə. Orijinal ИЯ-170 təkərləri basdım üstünə. Və Federasiyadan mənə geri zəng etdilər ki, biz sizin avtomobilinizi seçmişik, xahiş edirik səhər 09.30-da gəlin, ordan Binə Atçılıq Mərkəzinə gedəcəyik, xahiş edirik ki, özünüzlə adam götürməyin, çünki yerlər məhduddur. Fikirləşdim, yəgin təhlükəsizlik səbəbindən bunu deyirlər. Ok. Halbuki, Binəyə getmək mənim marağımda deyildi heç, əsas istəyim avtomobili nümayiş etdirmək idi, başqa həvəskarlara tanış olmaq, hansısa məsləhətlər vermək, düzgün yolu göstərmək. Nəisə, gəldik həmin gün səhər bu sərgiyə. İsti adamı öldürür, özümlə çoxlu su gətirmişdim, bilirdim ki, belə olacaq, və kimdən eşidirdim ki, su axtarır, verirdim onları. Təəssüf ki, çox tez bitdi, və bəzilərinə çatmadı 1-2 saat keçəndən sonra görürəm ki, bəzi avtomobillərə 1 nakleyka, bəzilərinə isə 2 dənə yapışdırırlar. Soruşdum, nədir o, dedilər ki, Binəyə kim gedəcəksə, onlara 2 nakleyka yapışdırılır. Baxıram, mənim avtomobilimə 1 ədəd yapışdırılıb Zəng etdim həmin nömrəyə, haradan ki, mənə zəng edib çağırmişdılar. Telefona cavab vermir. Yaxınlaşdım təşkilatçılara, soruşuram, hanı o adam. Göstərirlər uzaqda duran adamı, avtomobillərlə selfi çəkdirir. Tənbəllik etmədən yaxınlaşdım özünə, soruşuram nə məsələdir, niyə dəvət etmisiniz, indi isə ora gedən avtomobillərin siyahısında deyiləm? Əvvəl bilmir nə desin, sonra "üzr istəyirik". Başqa adam yaxınlaşır, əlində həmin siyahı, deyirəm göstər görək, hansı maşınları seçmisiniz, başa düşüm ki, professional jüri seçib iştirakçıları. Deyir – biz federasiyasının avtomobillərini, tanışların avtomobillərini və bloqqerləri seçmişik. Federasiyanın avtomobiləri - ok, bahalı avtomobillərin çoxusu onlarındı. Tanış - ??? Bloqqer - ??? Bu cavabı utanmayan deyən adama sözüm yox idi, çönub getdim avtomobilin yanına. Əslində, Auto.az barədə də deyə bilərdim, Federasiyanın əsas idarə edən nümayəndəsini də orda görmüşdüm, yaxından-uzaqdan tanışlığım var. Amma, mən niyə bunu etməliyəm ki, niyə kiməsə ağız açmalıyam, niyə kiməsə yaltaqlanmalıyam? Ömür boyu etməmişəm, indi də edən deyiləm. Onlar avtomobillərin fərqini görmürlərsə, dedikləri kimi "tanış və bloqqerləri" seçirlərsə, mənim heç bir marağım yoxdur bu sərgidə. O bir nakleykanı da gözlərinin qabağında söküb ordan çıxdım. Yəgin, məni hər hansı qara siyahıya əlavə edəcəklər, eybi yox, etsinlər, itirən mən deyiləm.
    3 балла
  2. Eksine men senin yerive olsaydım hec ora gatılmazdım,İlk növbede sergiya gelen adamlar maşını ** elleyirler •• en sevmediyim bir şeydir,hemde coxlug bir az tehlükelidir biri sürte biler itag olsun dahada böyü bir şey ola biler,Hemde melum meseledi ki,düzgün secim edmiyacekler..
    1 балл
  3. Dünən Audi-ni aparmışdım Texniki baxışa. Bu ilin yenilikləri: 1) yanğınsöndürənin sertifikatı olmalıdır 2) dərmanların siyahısına yenilər əlavə olunub: tam siyahı burdadır - https://e-qanun.az/framework/43266 əlavə olunanlar isə: 2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı 2.8. Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q İndi gəlin onları nəzərdən keçirdək. 2.5. Dioksidli sarğı apteklərdə yoxdur. Nə edirik – ayrıca dioksidi alırıq, sarğı onsuz da varımızdır. Soruşsalar, hər ikisini göstərə bilərsiniz. 2.8. Eyni problem – Koleteks, hamı onu axtarır, o isə heç yerdə yoxdur. Amma! Sonda nə yazılıb? "yaxud statin toz". Onu tapmaq çətin deyil, səhv etmirəmsə 2 manata yaxındır qiyməti. Apteçkanı yenilədik (keçən ildən qalmışdı aldığım dərmanlar, çoxusu zibil olub qarajda, amma son istifadə tarixinə hələ var))) Getdim Maştağada olan texniki baxış məntəqəsinə. Açığı, hazırlaşmışdım dava-qırğına, keçən ilin yoxlanışında dərmanların mənasız bir-bir yoxlanışı yadımdadır, + internetdə oxumuşam sürücülərə yaradılan problemlər barədə, amma nə olsa yaxşıdır? Sakit, hər hansı artıq söz olmadan 5-10 dəqiqəyə yoxlanışı keçdim, orda işləyən çox mədəniyyətli bir adamla tanış oldum Axırda soruşuram, bəs gözlədiyim zəhrimar hanı? Deyir, yoxdur )))) 31 manat özü, 20 manat utilizasiya fondu = 51 manat dərmanlara əlavə 3-4 manat Yoxlanışın nəticəsi: hər şey saz, bircə sol fara uzaqvuran işığı nəsə nasazdır dedilər, çek-apın şəklini yuxarıda əlavə etdim. İndi 03-ü gərək aparım, vaxtı bitib, heç həvəs yoxdur ora getməyə, probkalar bir yandan, ora gedən kələ-kötür yol o biri tərəfdən
    1 балл
×
×
  • Создать...