1. Şəklin keyfiyyəti: orijinal şəkildən vatsapa, ordan sosial şəbəkəyə, ordan skrinşota, zoom in-zoom out, ordan hansısa Aİ, və bunlar hamısı bir neçə dəfə = nəticədə keyfiyyətdən bir şey qalmayıb, kvadratlaşmış pikselli şəkilə oxşayan nəsə.
2. Ümumiyyətlə şəklin özü: avtomobil yarımçıq, sağı-solu yoxdur, aşağı hissə kirli moyka.
Nəyə baxaq burda?
"Peredok"u qaldırmaq 50-100 manatdır, çətin və ya qeyri-adi bir şey deyil.
Şəklin özü, ümumi "kompozisiya" maraqlı olmalıdır ki, ona baxıb 5 saniyə sonra yaddan çıxmasın. Helə deyilsə, insanlar üçün sadəcə vaxt itkisidir.
Bu şəkli heç efir.ws vaxtı, şəkillərin qıtlıq olan vaxtda, sayta qəbul etməzdim, nəyinki indi.
Bax bu nümunəyə, saytda ya forumda paylaşmamışdım:
Niyə paylaşmamışdım, halbuki göstərdiyin şəkildən daha maraqlıdır – çünki zibildir.
Keyfiyyət 0, fonda olan zibil paketləri, paylaşılmağa yararsızdır.
Mənim səninlə hər hansı düşmənçiliyim yoxdur, əksinə yaxşı edirsən ki, arxivləşdirirsən, ancaq şəkillərdə nəsə olmalıdır, ya keyfiyyət, ya maraq doğuran bir şey. Onlar yoxdursa, apar tulla.