Dost, qəliz məsələlərə toxunursan, gül kimi sakit oturmuşuq da )))
Zarafat bir yana, bilmirəm, tək məndə belədir ya yox, ətraf-mühit çox stresslidir, həm bizdə, həm dünyada.
Uşaqlıqda çox maraqlı idi, Hitleri antixrist kimi təqdim edirdilər, məni də fikir aparmışdı – bəs onun ətrafında olanlar, bəs o boyda nemes ordusu, nəyə lazım idi, o qədər adamı öldürdülər, özləri də öldü. Sonra fikir gəldi ki, o vaxt internet olsaydı, yəgin belə olmazdı...
Ümumiyyətlə, internetlə, sərhədlərin açıq olduğu vaxtda, ayfon, tesla, nəbilimnə, yox e, bugünkü gündə müharibələr mümkün deyil...
İndi də ruslara baxıram, başları qaçıb. Heç kimi heç vaxt onların işğal etdiyi torpaqları Rusiya ərazisi kimi tanımayacaq, yenə də durmurlar, zombi kimi.
Tupin vızqırdıb gedəcək, yüz il kompensasiya verəcəklər, yüz il öz tərəfindən həlak olmuş və yaralanmış insanlara pensiya verəcəklər, onillər keçməlidir ki, şirkətlər geri qayıtsın, investiyasiyalar gəlsin, ekonomik cəhətdən özləri özlərini dala salıblar, bunu anlamaq da istəmirlər...
Müharibə başlayanda (3 il əvvəl) bir dənə tanış adam (rus) nəsə yazmışdı ukraynalılar barədə, soruşdum "sən də zombiləşmisən?", belə bir dialoqumuz oldu:
– Qoy biz Ukrayna ilə işimizi bitirək, sonra mən çox istəyirəm ki, Azərbaycanı da qaytaraq.
– Hara qaytarırsınız? Səni burada gözləyən var? G.oğlu g., sən qaytaracaqsan? Evdə oturub, klaviaturanı basmağa nə var ki..
– Qayıtmasanız, raketlərlə sizi məhv edərik!
Heçnə demədim, bircə xahiş etdim ki, həmin söhbəti pozmasın, bir neçə gün sonra pozdu.
Bir tərəfdən fikirləşirsən ki, şovinistdir, ağlı qaçıb. O biri tərəfdən isə, 2016-cı il yadıma düşür, yadımdadır ki, kimsə təklif etmişdir ki, gəlin Xankəndini ermənilərlə bombalayaq, sonra təzədən tikərik. Mən də layk qoymuşdum həmin paylaşımda, heç də pis ideya kimi qəbul etməmişdim ))))
Nə şovinistəm, nə nasist. Adamın psixologiyasını çox asan manipulyasiya etmək olur.
İnternetdə (feysbuk, tiktok, ig) cürbəcür əsl gicbəsər və mənasız videoları görürəm, million layk, million şərh...
Hər dəfə təəccüblənirəm, bu qədər tupoy insan haradan çıxıb... Və hara gedir