Tam razıyam. Ətraf-mühit sıxıcı və yorucudur. Ümumiyyətlə maksimal dərəcədə çalışıram özümü sözün əsl mənasında hərşeydən uzaq saxlayım, əks halda həm fiziki həm də mental olaraq yoruluram. İnsan ölümü çox ucuzlaşıb... Əslində dərinə gedəndə deyəsən həmişə belə olub. Elə birinci dünya müharibəsində təxminən 20 milyon insan ölüb. İndi də hara baxsan kim kimə qoydudur, Kim də kimə istəsə qoyur, qoşulub ruslara. Deyir təcrübə yığmaq üçün fürsətdir, əldən vermiyim, adamlarımı göndərim iştirak etsinlər. Adam demək olarsa.
Rusların peşəsidir də özlərini belə aparmaq. Nə varsa bunlarındır. Beyinlərini elə yuyublar ki, elə bil bütün dünyanın bunlara borcu var. Mənim də rus tanışlarım var, söhbət əsnasında başa düşürəm ki, beyin gedib. TVlərində KİVlərində kütləvi şəkildə verbovka gedir, sosial şəbəkələr çox əla işləyir bu məqsədlər üçün. Baxırsan ki, oxumuş, savadlı, mıdəni insandır amma gij.....x. Ona görə də bu instaqramdı, tiktokdur nədir bağlanmalıdır bəzi ölkələrdə, birincisi elə bizdə. Bu nədi e, hər ağzı olan danışır, məsləhət verir. Hamı hıyat kouçu olub, paneldə duranlar da psixoloq. Baxırsan ki, başı çatmır, mental problemi var amma ki, psixoloqdur. Özü də klinik psixologiya sahəsində eee fəaliyyət görsədir. Özüm şəxsən maraq üçün neçəsinə yazmışam ki,qəbulunuza yazılmaq istəyirəm. Aldığım cavab olub ya 100 azn ya da 150 azn . Sual vermişəm təhsillərini, ixisaslarını dəqiqləşdirim, cavab verməyiblər. Bir söznən soxa-soxdur. Hərə bir podkast açıb səfey-səfey danışır, kütləyə məsləhətlər verir. Baxırsan manısın ya da savadsız avaranın biri oturur kütləyə din, fəlsəfə, sosial problemlər mövzusunda ağıl verir. Valideyn-övlad münasibətləri necə olmalıdır, travmaların səbəbi nədir və s. mövzüları fakt kimi qələmə verərək izah edir. Alimlər heç belə rahat çıxış etmirlər, 20 il araşdırma edib yekunda o qədər ehtiyyatla bir fikir bildirirlər, görürsən ki, mövzu hələ də açıqdır. Bizimki gedir hardasa serialdan, kinodan kiminsə sözlərini götürür, dalını qabağınl bəziyir sonra da kütləyə deyir ki, uşağa 5 yaşda bunu etmək olmaz, ya da nə bilim bu yaşda evlənmək lazımdır ya da lazım deyil, yemək yeyəndə su içmək olmaz, kofe ziyandır ..... siyahı bitir ki