Min bir əziyyət, zülm. Nəhayət ki yekunlaşdı. Çox şəkil çəkməmişəm, bir iki xırda işi qalıb. onlar da olunsun. Çəkəcəm. Deməli sayım bir bir:
1) Malyar işi daha yaxşı ola bilərdi. planlaşdırıram ki, gələn il yenə malyara verim. polirovka olunsun, daha aydın bilinəcək.
2) Bazardan yeni şüşələr almışdım. Şəffaf, ağ. Oturmadı yerinə. Zazorlar qaldı qapılarda. Getdim bazara, qapılara köhnə şüşə axtardım, bəxtimdən tapdım, özü də arxa şüşə ilə eyni seriya, bir dənə qabaq şüşə təzə oldu.
3) Şüşəsilənlər biri özünün oldu, biri deyəsən moskviçdi, peredelka eləyib qoyduq üstünə (hələlik).
4) Radiator barmaqlığı tapmadım. Daha doğrusu tapdım əyri oldu, özününkünü təmizləyib qoyduq üstünə (hələlik).
5) Qabaq bufer fikir verməmişəm 01 veriblər (səhvən), usta da qoyanda üstünə yerləşməyib, buferin altındakı dəmiri biraz yonub, sonra gedib baxıram ki, 01 buferidi. Yenidən 03 buferi almışam o da xoşuma gəlmədi, dəyişəcəm sonra.
6) Antenna özünün deyil. bazarda satılan geydirmələrdəndi(hələlik).
7) Борода - özününkü deyil, 06-nı peredelka eləmişik (hələlik)
8)salonu tikdirdim. yerin xalçasını da. bu həmişəlik olacaq. bəlkə yerin xalçasın(yaxşısını) tapsam qoyacam.
9) qapının kartalarının kantlarını axırda özün xrom üzlədim, xrom skoçla. başqa çarə tapmamışam hələ ki.
10) Disklərimi vermişdim peskostruya, əyrilərin düzəldib kraskalamağa vermişdim. balans eləyəndə gördük ki, çox əyridi. yenidən 4 disk aldım. polirovkadan sonra qoyacam üstünə
11) povorotnik povtoritel - paxlava olan düz oturmayıb yerinə, dəmirçi 1-2 sm qaçırdıb, düzəldiləcək o da.
12) povorotnik-qabaritin şüşələri yenilərdəndi, onları da tapıb qoyacam üstünə.
Xodlanmadı, yenidən qoydum evakuatora, apardım motoristə orda xodlandı...
Dinamonun işığı yandı, releni dəyişdim...
Maqnitofon qoydum bardaçoka, kolonkaların üstünü bağladıq, öz ştatnı yerinə zavod radiosunu qoyacam. Xalça işi bitib, boroda bağlanacaq.
Karbürator yuyulmalıdı, amartizatorlar dəyişilməlidi(ya da perekaçka), radiator buraxır. Qabaq nömrə bağlanmalıdı, arxa nömrə kvadrat alınmalıdı...
Bu qədər əziyyət, bu qədər vaxt. Hər bir detal üçün ayrıca diqqət. 1 il 2 aylıq müddət. Xərclənən pulu demirəm. Saysan bitməz.
Amma dəyər. Mən bu maşını eksponat kimi yox, arada çıxıb sürmək üçün yığmışam. Bu maşına münasibətim və onun mənim üçün dəyəri tamam başqadır. Bu əziyyətin iki qatını da çəkməyə hazır idim. Maraqlı idi. Maraqlı da çıxdı. Çıxıb sürmək bir ayrı kayfdı.