Salam,
Cavab qısa və sadə (hə/yox) olmadığına görə üzr istəyirəm.
Avtomobil sahibləri 2 cür olur:
1 – sevib istifadə edənlər (use with love)
2 – sadəcə istifadə edənlər (just users), onlar da 2 tipə bölünür:
2a – vaxtında qulluq edənlər (zavod tərəfindən yazılan reqlamentə uyğun)
2b – hər hansı detal xarab olanda, onu təmir edənlər və etməyənlər
Birincilər adətən elə avtomobilin birinci sahibləri olur. Sonrakılar isə çox vaxt "just users" ("maniac"-lar xaric).
Buna görə də xaricdə avtomobil alanda, əsas suallardan biri – sizdən əvvəl neçə istifadəçisi olmasıdır.
Bizdə buna o qədər də məhəl qoyulmur.
Və gəlirik verdiyiniz suala.
Alacağınız avtomobilin taleyi "user-user-...-user" olubsa, nələri görübsə, mühərriki nə qədər etibarlı olsa belə, tam əminliklə yaxşı/pis maşın olmağına heç kim dəqiq deyə bilməyəcək, işlənmiş avtomobillər həmişə bir lotereyadır.
Mütləq şəkildə avtomobili tam müayinədən keçirtmək lazımdır:
1 – kuzanın vəziyyəti, nələr vurulub, dəyişilib, ümumi qeometriyası necədir
2 – texniki tərəf, nələr nasazdır, nələri dəyişmək lazımdır (xərclərinizi planlaşdırarsız)
3 – kompüter diaqnostikası + yürüşün orijinal olmasının yoxlanışı
6500-ə 2002-nin yaxşı maşınını almayıb, sevinib (qabağa düşdüm!) 5800-ə 2004-ün alıb və sonra 6 ay ərzində 1500 manat da üstünə qoymaqla təmirin sonunu görə bilməyəndə... Bəxtinizi bir daha sınayın)))