Перейти к содержанию

Лидеры

Популярный контент

Показан контент с высокой репутацией 20.12.2021 в Сообщения

  1. 2 балла
  2. Salam, Cavab qısa və sadə (hə/yox) olmadığına görə üzr istəyirəm. Avtomobil sahibləri 2 cür olur: 1 – sevib istifadə edənlər (use with love) 2 – sadəcə istifadə edənlər (just users), onlar da 2 tipə bölünür: 2a – vaxtında qulluq edənlər (zavod tərəfindən yazılan reqlamentə uyğun) 2b – hər hansı detal xarab olanda, onu təmir edənlər və etməyənlər Birincilər adətən elə avtomobilin birinci sahibləri olur. Sonrakılar isə çox vaxt "just users" ("maniac"-lar xaric). Buna görə də xaricdə avtomobil alanda, əsas suallardan biri – sizdən əvvəl neçə istifadəçisi olmasıdır. Bizdə buna o qədər də məhəl qoyulmur. Və gəlirik verdiyiniz suala. Alacağınız avtomobilin taleyi "user-user-...-user" olubsa, nələri görübsə, mühərriki nə qədər etibarlı olsa belə, tam əminliklə yaxşı/pis maşın olmağına heç kim dəqiq deyə bilməyəcək, işlənmiş avtomobillər həmişə bir lotereyadır. Mütləq şəkildə avtomobili tam müayinədən keçirtmək lazımdır: 1 – kuzanın vəziyyəti, nələr vurulub, dəyişilib, ümumi qeometriyası necədir 2 – texniki tərəf, nələr nasazdır, nələri dəyişmək lazımdır (xərclərinizi planlaşdırarsız) 3 – kompüter diaqnostikası + yürüşün orijinal olmasının yoxlanışı 6500-ə 2002-nin yaxşı maşınını almayıb, sevinib (qabağa düşdüm!) 5800-ə 2004-ün alıb və sonra 6 ay ərzində 1500 manat da üstünə qoymaqla təmirin sonunu görə bilməyəndə... Bəxtinizi bir daha sınayın)))
    1 балл
×
×
  • Создать...