Səhər saat 6-da aeroporta getməli oldum, və:
1) Aeroporta gedən yol tam qaranlıq, heç bir işıq dirsəyi işləmirdi. Bu yol şəhərimizin ən asas yollardan biridir.
İşığı ancaq reklam bilbordları, radarlar (sürət həddini göstərən), və qarşıdan gələn avtomobillərin faraları işıqlandırıb, adamın gözünü kor eliyir.
2) Bir neçə gün öncə xəbərlərdə yazılmışdır ki, havaya görə bu yolda sürət həddi 20 km aşağı salınıb.
Beləcə, bildiyimiz 120 - 120 - 100 - 80 olmuşdu 100 - 100 - 80 - 60.
Hava düzələnnən sonra sürət həddini geri qaytarıblar, amma bəzi yerlərdə yadlarından çıxıb, ona görə də bəzi "radarlarda" bu gecə 120 - 120 - 80 - 80 idi, halbuki çoxusunda 120 - 120 - 100- 80.
Yani, mən üçüncü zolaqnan gedirdim (aşağıda yazacam niyə), və sürətim 100 km idi təxmini. Və bəzi "radarlara" çatanda görürdüm ki, 80 yazılıb. Bilmirəm, cərimələyəcəklər indi ya yox, bu onların səhvidir.
3) Neçə ildir xəbərlərdə eşidirik ki, aeroport yolunda yolu təmizləyən qadınları maşınlar vurub öldürürlər.
Sizi inandırım ki, həmin xəbərlərdə hadisələrin heç yarısı da çıxmır, ölənlərin sayı qat-qat çoxdur.
Və nə görsəm yaxşıdır?
Yol boyu yenə qadınlar, və yalnız 10 nəfərin birinin əynində sarı jilet, qalanlar hamısı qara geyimdə.
120 ilə gedən maşın yalnız çata-çatda onları görə bilir.
ÇOX-ÇOX təhlükəli.
İmkan olsa, yaxın günlərdə həmin vaxtda bu yolu videoya çəkəcəm.
Bu çox biabırçı haldır. Belə şeyləri görəndə heç bir inkişafdan söz də gedə bilməz.