Mübahisə etmək istəmirəm. Amma bütün günü avara avara gəzən adamın başqa məşğuliyyəti olmazsa bütün maşın nömrələrini yadında saxlamağı şəxsən məndə təəccüb yaratmır. Bizdə Şüvəlanda da hamı bir birini maşını ilə tanıyırdı və mən özüm çox piyada gəzdiyimdən əksər maşınların nömrəsini əzbər bilirdim.
Əksər telefon nömrələri də əzbərə yadımdadır. Beyin kompüter kimidir. Bütün gördüyün, eşitdiyin yadında qalır. Amma operativ yaddaşında olmur. Maraqlıdır ki, bilmədiyin bir şeyi səndən soruşanda fikirləşmədən verdiyin cavab əksər vaxt düz çıxır, əgər bunu nə vaxtsa eşitmisənsə. Yəni şüuraltı sənə beynində yatan düzgün məlumatı çəxarır. Zamanla məşğuliyyətdən asılı olaraq beyində məlumat çoxaldığından operativ yaddaş kobud desək beyini oxumaqda zəifləyir. Bu adamın elə nəyi var operativ yaddaşındadır ??