Salam,
Avtomobilin xarici görünüşünə aldanmayın, hər hansı alacağınız avtomobili yoxlatdırıb alın – tam kompleksli diaqnostika, həm kompüter diaqnostikası, həm ümumi texniki baxış, mühərrikdən başlayaraq, alt hissəsi, və rənglənmiş detallarına kimi. Loru dilində, motorist, xodovoy ustası və malyar.
Çalışın avtomobilin yürüşünü də yoxlatdırasız, tabloda olan rəqəmlərə inanmayın, Bakının yarısınnan çoxunda yürüşü geriyə çəkiblər. Bu isə, o deməkdir ki, istehsalçının reqlamentdə olan dəyişiklər (60 mində bir, 100 mində, 160 mində, və s.) vaxtı vaxtında olunmayıb.
Orta hesabla, hər avtomobil ildə 20 min kilometr sürülür (gündəlik 50 kilometrə yaxın). Yəni 18 ilin avtomobilin yürüşü təxmini 350-400 mindir. Bu rəqəmdən azdırsa, 90% əminliklə "qara işlər" görülüb.
Satıcı bu yoxlamaları siz tərəfdən ödənilməli olduğunu deyəcək. Əvvəlcədən, yoxlamadan öncə onunla razılaşın ki, avtomobil barədə dediyi sözlərdən və vəziyyətdən nəsə artıq çıxsa, bunu özü ödəsin. Çıxmasa, əlbəttə ki, siz ödəməlisiz. Nəyə lazımdır – "yalanlar" filan çıxsa, onun sözləri ilə uyğun olmasa, bunlar sizlik olmasın.
Markadan asıllı olmayaraq, əsas yürüş və avtomobilin buraxılış ili yox, əsas bu vaxta kimi avtomobilə göstərilən qayğıdır.
Az yürüşlü və başqalarına baxanda ili daha təzə olan avtomobilin problemi daha çox ola bilər, nəyin ki hər şeyi vaxtı vaxtında olunan köhnə avtomobilin.
Demək istədiyim odur ki, Audi, BMW və ya Volkswagen olsun, əsas konkret avtomobilin konkret vəziyyətidir. Eyni ilin BMWsi, birində bir tonn problem ola bilər, biri isə tam saz vəziyyətdə ola bilər.