Ona da ilişirlər 3,5 motordan yuxarı və ya 50 mindən bahalı olsa nəsə bir əmma tapacaqlar. Və yaxud leş 4,8, s600 filan gətir keçir. Məqsəd odur ki, babat qabaq düşməyəsən. Guya ki, bu güzəştdən sui istifadənin qabağını almaq istəyirlər. Deməli 40 minlik maşını alverçi mənim adıma gətirə bilər, mən öz puluma 100 minlik gətirə bilmərəm.
Bir hadisə olmuşdu. Dostum İspaniyada işləyəndə dalondan x6 almışdı. Deməli 500 avro verib bron edib, sonra pulun qalanını hesaba köçürüb. Sulutəpədə Bəxtiyar (yəqin qabağına oğraş yazsam hamı dəstəkləyər) ilişmişdi ki, 500 avronun köçürmə sənədi hanı get onu tao gətir. Axır məcbur pul aldılar ondan. Qaqaş öz pulu ilə almışdı, Madriddə, bütün təsdiqedici sənədləri var idi.