Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

M&J Enterprises-dən Ford Focus ST

Bu ilki “SEMA” sərgisində təqdim olunacaq “Ford Focus ST” avtomobili üçün 5 yenilik proqramından çox güman ki, ban atelyesi “M&J Enterprises”-in işi ən təəssüratlı olacaq.

Başlanğıc üçün atelyeninn ustaları estetik ban paketi hazırlamaqla avtomobilin xarici görünüşü üzərində işlədilər. Bu paketə yeni ventilyasiyaya malik kapot, böyük arxa palçıq qoruyucusu, kömürplastik liflərindən ibarət çoxlu sayda elementlər və “Cosworth”-dan yeni disk komplektləri daxildir. Bununla yanaşı “Focus ST”-ni yeni “Ford Racing” asması ilə təchiz etdilər və banı müxtəlif tərz qrafikilə rənglədilər.

“Cosworth CS 330” adlandırılan bu proqramı yuxarıda qeyd edilən atelyeyə aid edirlər. Onun ustaları avtomobilin daxilini yeniləmək üçün məsuliyyət daşıyırdılar. Onların işi sayəsində ikilitrlik “EcoBoost” mühərrikinin gücü 250 a.g.-dən 330 a.g.-nə və 430 Nm fırlanma anına qədər artdı.

AUTO.AZ



Şərhlər


AD