Перейти к публикации

Qan izləri ilə ABŞ-dan avtomobil


Farid
 Рассказать
Подписчики 0

Qan izləri ilə ABŞ-dan avtomobil  

4 пользователя проголосовало

У вас нет прав на голосование в этом опросе, или на просмотр результатов опроса. Пожалуйста, войдите или зарегистрируйтесь для голосования в опросе.

Рекомендованные сообщения

Maraqlı əhvalat:

 

ABŞ-dan avtomobil alınır, hərrac, yünqül zədələr, bamperdə əziklər...

"Carfax"-ı yoxlayırlar, əvvəl yol nəqliyyat hadisəsində iştirak etməyib.

Hər şey əla. Yiyəsi sevinir ki, az xərc çəkib maşını yeni kimi edəcək.

 

Avtomobil gəlir.

 

Birinci problem – avtomobil ynh-sinə düşmüşdü, sadəcə carfax təmizdir.

Niyə – çünki avtomobilin sığortası yox idi, ona görə də sığorta şirkəti bunu qeydə almayıb, və carfax-da məlumat yoxdur.

Yəni, yiyəsi nəyisə vurub, və özü avtomobili düzəltdirib. Basməmməd stilində, çox pis – lonjerona kimi əzilmişdi, kapot dəyişilib, Çin istehsalı.

Mən elə bilirdim ki, Carfax-a hər şey düşür, sən demə helə deyil, bu hadisə də birinci dəfə deyil.

 

İkinci məsələnin yanında heçnədi.

Avtomobilin qapılarında yapışqanların izləri qalıb. Polisin yapışqanı.

Şüşəsində "Biohazard" yapışqanın izi.

 

Radiasiya filan kimi başa düşmək olar, amma yox, avtomobildə kifayət qədər qan izləri var. Ya kimsə yaralanıb, ya da öldürüblər.

Biohazard – bioloji təhlükə deməkdir.

 

Nə birincisi, nə ikincisi şəkillərdə görsənmirdi.

Geri qaytarmaq, əlbəttə ki, olmaz.

 

Başa düşdüyümə görə, hansısa cinayətə görə polis avtomobili tutub dayanacaqda saxlamışdı.

Ordan avtomobil hərracda satılmışdı.

 

Ok, avtomobilin zədələrini düzəltdirdilər.

Qan izləri olan yerləri dəyişdirdilər (çünki kimyəvi yuma kömək etmədi).

 

Sual: bu avtomobili nə edəsən?

Sürə bilərdinizmi onu? Ya başıvızdan edib tez satardınız?

Ссылка на сообщение
Поделиться на других сайтах

Yeni sirf olum ve ya qan lekelerine, elece de biohazard ve s. meselelere gore bu mashini surmemek menim fikrimce menasiz dushuncedir. Amma aldigi zedelere gore ve yaxshi berpa olunmadigina gore mence mashini satmaq daha meslehetlidi.

Ссылка на сообщение
Поделиться на других сайтах
12 минут назад, Sheikh сказал:

Yeni sirf olum ve ya qan lekelerine, elece de biohazard ve s. meselelere gore bu mashini surmemek menim fikrimce menasiz dushuncedir.

 

Sürücü yerində kimsə öıüb, və N-qədər vaxt orda qalıb.

Nəsə xoş gəlmir həmin sükanın arxasında olmaq. :dntknw:

 

15 минут назад, Sheikh сказал:

Amma aldigi zedelere gore ve yaxshi berpa olunmadigina gore mence mashini satmaq daha meslehetlidi.

 

ABŞ-dan gələn avtomobillərin çoxusunda ciddi zədəsi olanlardı.

Yürüməyinə fikir verməyin, onları elə orda ruslar-ukraynalılar bu vəziyyətə gətirirlər ki, xaricə göndərə bilsinlər, yoxsa heç yeriməz.

 

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ABŞ-dan Azərbaycana 2020 ilin aprel ayından bu ilin aprel ayına kimi 92 million dollarlıq avtomobil gətirilib.

Çoxusu da hərraclarda alınan avtomobillərdi 😞

Ссылка на сообщение
Поделиться на других сайтах

mehkemeye vererdim onu getire  shirketi. 

Ссылка на сообщение
Поделиться на других сайтах
13 часов назад, Фарид923 сказал:

mehkemeye vererdim onu getire  shirketi. 

 

Şirkət deyil, "broker" fason adamdı.

O nə edə bilər ki? Şəkillərdə qapılarda və şüşələrdə olan bütün yapışqanların izləri var idi, sadəcə ona heç kim fikir vermədi. Verə də bilməzdi, yazılar ancaq diqqətlə və yaxından baxanda bilinir. Yapışqanların özü yox, yerləri qalmışdı.

Təsəvvür edin, təmiz şüşə, və hansısa ləkələr. Kimdi onlara baxan, nədir o. Haradan bilsinlər ki, polisin nakleykaların yerləridi..

Qana da fikir verməmişdilər, kölqəyə bənziyirdi. Həm də Carfax təmiz idi deyə, bunları fikirləşən olmamışdı.

 

------

 

2013-ün söhbətini danışım sizə.

Dostum Amerikadan X5 gətizdirmək istəyir. Bir nəfəri tapır, ofis zad, deyirlər ki gətirə bilərik. Hansı qiymətə gətirmək istəyirsən, hansı mühərrik filan.

Deyir 3.0 istəyirəm, qiyməti də səhv etmirəmsə 30 minə kimi.

Ok, əla.

 

Hansısa müddət keçir. Buna avtomobili göstərirlər ki, bu gün hərracda olacaq. Ağ rəng, 3.0 motor.

Hərracda maşını udurlar.

Avtomobil 2-3 aydan sonra gəlir Potiyə. Dostum gedir Potiyə maşının dalınca.

Və...

 

Və sürpriz. Motor 4.8 ))))

Bunun rastamojkası da 3.0 mühərrikdən təxmini 15-20 min dollar bahadır, dəqiq yadımda qalmayıb.

Gəlir Bakıya, maşını qoyur DGK-nin dayanacağında.

Maşını hərracdan alan adama deyir ki, mən onun rastamojkasına o qədər pulu verən deyiləm, günah səndədir.

Alan adam səhvi atır hərracın üstünə, çünki orda 3.0 kimi göstərilmişdi. Amma geri qaytarmaq olmaz, burdan ora kimdi göndərən.

Maşını da rastamojka elətdirmək lazımdı, çünki dayanacaq pulsuz deyil, pul yazılır orda.

Nə isə, razılaşırlar ki, maşını başqa adama satarlar, dostuma isə pulu qaytaracaq.

Bir ay, iki ay... Heçnə çıxmır, maşın atılıb qalıb.

Axırda dostum məcbur rastamojka elətdirib maşını götürdü. Hətta min manatdan çox dayanacağa pul verməli oldu.

Halbuki həmin X5-i daha az yürüşnən Bakıda ala bilərdi, servis maşınını ))))

Ссылка на сообщение
Поделиться на других сайтах

burda mence nese emmasi var, herrac ozu yazdiqlarinin arxasinda durmur? mence mehkemeye vermek olar onlari. duzdu amerika bizim mehkeme gerarina findiq qoymayacaq.

Ссылка на сообщение
Поделиться на других сайтах
8 минут назад, Фарид923 сказал:

burda mence nese emmasi var, herrac ozu yazdiqlarinin arxasinda durmur? mence mehkemeye vermek olar onlari. duzdu amerika bizim mehkeme gerarina findiq qoymayacaq.

 

Hərraca qarşı nəsə edə bilməzdilər, həm də buna heç kim pul vermək istəmirdi 😞

Qonşu mövzuda Camry barədə yazılıb, rəngi qara qeyd olunmuşdu, maşın isə tünd göy rəngdə gəldi )))

Gün ərzində hərracda minlərlə avtomobil satılır, belə şeylərə onlar fikir vermirlər.

Ссылка на сообщение
Поделиться на других сайтах

в сша без страховки на бутылку сажают, биряз neseryoznu sohbet.

даже если так как ты говоришь,покупать машину где даже нет записей о сервисе немного странно )

 

про Biohazard

стояла одна камри до того как я купил свою в одном известном салоне,не битая. Пришел посмотрел вроде все ок, пробил вин в ней умер человек и разложился ))

 

Ссылка на сообщение
Поделиться на других сайтах
51 минуту назад, Кекс сказал:

в сша без страховки на бутылку сажают, биряз neseryoznu sohbet.

даже если так как ты говоришь,покупать машину где даже нет записей о сервисе немного странно )

 

хз, может страховка какая-то простая дешевая и была, но записей в карфаксе по дтп точно не было, carfax clean

 

53 минуты назад, Кекс сказал:

про Biohazard

стояла одна камри до того как я купил свою в одном известном салоне,не битая. Пришел посмотрел вроде все ок, пробил вин в ней умер человек и разложился ))

 

а где ты увидел эти подробности? карфакс?

 

вчера пробивал несколько автомобилей, которые популярны у нас, и которые укладываются в цену, по которым их тут продают.

смотрел мустанги, приусы, ...

там или серьезное дтп, или в салоне насрали, или пробег несусветный.

 

писал год назад про Дискавери, когда владелец рассказывал, что у машины всего одна царапина была

пробил вин, оказались подушки, заднее колесо внутри, битые дверь с крылом, ...

не понимаю, на что рассчитывают продавцы, когда говорят одно, а очевидно выходит другое, если даже в гугле вбить этот вин...

нипанятна

Ссылка на сообщение
Поделиться на других сайтах

Присоединяйтесь к обсуждению

Вы можете опубликовать сообщение сейчас, а зарегистрироваться позже. Если у вас есть аккаунт, войдите в него для написания от своего имени.

Гость
Ответить в тему...

×   Вставлено в виде отформатированного текста.   Восстановить форматирование

  Разрешено не более 75 эмодзи.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Ваш предыдущий контент был восстановлен.   Очистить редактор

×   Вы не можете вставить изображения напрямую. Загрузите или вставьте изображения по ссылке.

 Рассказать
  • Сейчас на странице   0 пользователей

    Нет пользователей, просматривающих эту страницу.

×
×
  • Создать...