Перейти к содержанию

Müqəddəs Ramazan bayramınız mübarək!


Кямал

Рекомендуемые сообщения

Опубликовано:

“Ey iman edənlər! Oruc, sizdən əvvəlkilərə də fərz qılındığı kimi sizə də fərz qılındı ki, Allaha qarşı məsuliyyətinizi dərk edəsiniz” [bəqərə 183]

“Ramazanınız mübarək olsun!” deyəcəyəm amma Ramazan zatən mübarəkdir.

“Xoş gəldin ey Ramazan ayı!” deyəcəyəm amma Ramazan həmişə xoş gəlir.

İnsanın borcu da Ramazanın bərəkətindən maksimum istifadə etməkdir. Onu xoş qarşılamaq, onu xoş etmək və xoş yola salmaqdır.

İbadətlərin məqsəd deyil, vasitə olduğu həqiqətini tez-tez unuduruq. Hər ibadət daha böyük bir məqsədi həyata keçirmək üçün vasitədir. O məqsəd diqqətə alınmadan ibadətlər nə gözəl bir şəkildə icra oluna bilər, nə də ki, anlaşılar. Oruc ibadətinin məqsədi bu ibadəti fərz qılan yuxarıdakı ayədən açıq-aşkar aydın olur: Məsuliyyət şüuruna qovuşmaq...

Bu, əvvəlcə insanın özünü tanımağı ilə başlayır. İnsan özünü tanımaq üçün əvvəlcə marağını özünə yönəltməlidir. Marağını özünə yönəltməkdə məqsəd, ətinə, sümüyünə, saçına, saqqalına, boyuna-buxununa, mədəsinə, rənginə yönəltməsi deyil. Çünki bunlar insanı “insan edən” dəyərlər deyil.

Lap yaxşı, bəs nədir?

Əlbəttə, vəhyin “qəlb” dediyi daxili dünyasına, duyğusuna, düşüncəsinə, düşünən qəlbinə yönəlməsidir. Marağını daxili dünyasına yönəldən insan, özünü tanımağa başlayacaq. Özünü; yəni Allah qarşısındakı acizlik və möhtaclığını, dünya mənfəəti qarşısındakı şərəf və üstünlüyünü.

Bu nəticəni əldə edən insan, “məsuliyyətin şüuruna varan” insandır.

Bu üç ölçülü bir şüurdur: Allaha qarşı, özünə qarşı və başqalarına qarşı. İnsan, ac və susuz olan həmcinslərinə, yoxsullara, yetimlərə, kimsəsizlərə, darda qalmışlara qarşı cavabdeh olduğunu da oruc sayəsində öyrənir.

Ramazan bir imkandır; kirlənmişi təmizləmənin, uçulanı təmir etmənin, söküləni bərpa etmənin, dağılanı toplamanın, parçalanmışı bütünləşdirmənin, itəni tapmanın imkanı.

Allah bütün qılınan namazlarınızı, tutulan bütün oruclarınızı, Allaha edilən bütün dualarinızı eşitsin və qəbul etsin!

post-12810-0-48575300-1345359420_thumb.j

  • Yeri var! 8
Опубликовано:

Mende butun Azerbaycan xalqini ve AUTO.AZ istifadecilerini Ramazan Bayrami munasibetile tebrik edir hamiya ureyinde olan isteklerine catmasini arzu edirem.

Bayraminiz Mubarek!

  • Yeri var! 2
Опубликовано:

Hamını təbrik edirəm! Tutduğumuz oruc və bütün dualarımız tezliklə qəbul olunsun! Amin!

  • Yeri var! 3
Опубликовано:

ALLAH Ramazan ayinda Musalmanlarin butun ibadetlerini , tutduglari oruclarini , dualarini, zikrlerini qebul etsin, ve onlari Ramazan ayinda Bagihslananlardan etsin. Amin.

  • Yeri var! 5
Опубликовано:

Haminizin bayramini tebrik edirem! Ne4e bele illere! Allah butun dualarinizi ewitsin ve heyata ke4irsin. Amin Inwallah!

  • Yeri var! 4
Опубликовано:

Butun muselmanlari tebrik eliyirem Ramazan bayraminan,ne niyetleri arzulari var gebul olsun inshAllah.

  • Yeri var! 3
Опубликовано:

Поздравляю со священным праздником Рамазан, желаю чтобы вам сопутствовало счастье. Пусть в этот день ваши молитвы будут приняты.

  • Yeri var! 4
Опубликовано:

Haminin Bayramini Tebrik Edirem Nece Bele Muqeddes Ramazalnara Cixasiz!Size Can Sagligi Uzun Omur Arzuluyuram!ALLAH Butun Oruc Tutanlarin Orucunu Qebul Etsin!AMIN

  • Yeri var! 4
Опубликовано:

Gec də olsa hər kəsi Ramazan Bayramı münasibətilə təbrik edirəm!

  • Yeri var! 1
Гость
Эта тема закрыта для публикации ответов.
  • Последние посетители   0 пользователей онлайн

    • Ни одного зарегистрированного пользователя не просматривает данную страницу
×
×
  • Создать...