Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar kompakt sedan XE-ni göstərdi

“Jaguar” şirkətinin model sırasında “Mercedes-Benz C-Class”, “BMW 3-Series” və “Audi A4” kimi məşhur modellərin rəqibi olacaq kompakt sedan “XE” meydana gəldi.

“Yaquarın ən yüngül sedanı olan yeniliyin daxili təqdimat mərasimi Londonda keçirildi. Onun dünya debütü isə gələn ayın əvvəlində Parisdə keçiriləcək. Avtomobilin gözlənilən qiyməti 27 000 funt sterlinqdir (43 650 ABŞ dolları).

Kiçik dördqapılı avtomobil qabaq bamperdəki böyük hava çıxışlarının, torlu radiator barmaqlığının, diodlu elementləri olan ensiz fənərlərin, sürüşkən damın və diametri 20 düymə çata bilən böyük yüngül lehimli disklərin hesabına idman üslubunda görünür.

“Jaguar XE S”-in daha da güclü versiyası da idman üslubunda görünür. Buna səbəb yan ətəklər, qabaq qanadlarda ventilyasiya dəliklərinin xromlaşdırılmış qoymaları, yük yerinin spoyleri və arxa bamperin aşağı qara qoymasında səsboğanın iki dairəvi xromlaşdırılmış borularıdır.

Avtomobilin əsasında alüminium monokoku olan modul platformasıdır. Banın konstruksiyasında detalların əksəriyyəti alüminiumdan hazırlanıb. Avtomobilin qabaritləri: uzunluğu - 4672 mm, eni - 1850 mm, hündürlüyü - 1416 mm və  təkər bazasi - 2835 mm-dir.

Zərif salon müxtəlif materiallarla, dəri və ya parça ilə işlənə, ağac və ya metalla bəzənə bilər. Modifikasiyalardan bəziləri proyeksiya displeyi, Meridian akustikası və 8 düymlük sensorlu displey, naviqasiya və mobil qurğuları Bluetooth, səslə idarəetmə və Wi-Fi-la qoşmaq imkanı verən InControl multimediya sistemi əldə edəcəklər.

Həmçinin iOS və Android ilə işləyən smartfonların da qoşulması nəzərdə tutulub. Avtomobil elektrik sükan gücləndiricisi və ASPC sistemi ilə təchiz olunub. Bu sistem 30 km/saatda mühərrikin, transmissiyanın və əyləclərin işinə nəzarət edir. “Jaguar” yalnız 3,0 litr həcmli, kompressorlu V6 mühərriki ilə təchiz olunmuş ən güclü “XE S” modifikasiyasının texniki xarakteristikalarını açıqladı.

Bu mühərrik 8 pilləli “avtomat” ZF-lə birgə 340 a.g. və 450 Nm verərək sedanı ilk yüzə 5,1 saniyəyə sürətləndirir. Maksimal sürət 250 km\saatdır. “XE” versiyası üçün Ingenium ailəsinin 2.0 litrlik benzin mühərrikləri və analoji iş həcmi olan dizel mühərrikləri əlverişli olacaq.

Bu güc qurğuları mexaniki və avtomat sürət qutusu ilə cüt işləyə biləcək. Onlardan biri 163 a.g. və 380 Nm fırlanma anı verəcək. Həmçinin istehsalçı söz verir ki, dizel versiyalarından birinin yanacaq sərfi СО2 99 q/km tullantı zamanı 100 km-ə 3,7 litr təşkil edəcək.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XE 10.09.2014

Şərhlər


AD