Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot yüklənmiş  308 GT təqdim etdi

Fransa avtmobil istehsalçısı 308 modelini “qızdırılmış” GT versiyasında göstərdi. Modifikasiya həm hetçbek, həm də universal üçün benzin və dizel mühərrikləri ilə əlverişli olacaq. Avtomobil rəsmən Paris avtosalonu çərçivəsində, oktyabrın əvvəllərində debüt edəcək.

“GT” versiyalı avtomobillər qabaq hissənin bir qədər dəyişilmiş dizaynı və yenidən köklənmiş şassi ilə fərqlənir. Yol hərəkəti zolağı qabaqdan 7 mm, arxadan isə 10 mm aşağı oldu.

Bundan başqa, avtomobil daha məhsuldar əyləclər və daha dəqiq sükan idarəetməsi əldə edib. Xaricdən avtomobili Michelin  şinləri olan yeni 18 düymlük təkərlər fərqləndirir. Salonda isə alüminium qoymalar və qırmızı aksentlər meydana gəlib.

Mühərrik qamması 205 a.g. və 285 Nm fırlanma anı verən 1,6 litr həcmli benzin turbomühərrik və 180 a.g. və 400 Nm fırlanma anı verən 2 lirtlik dizeldən ibarətdir. Benzinlə işləyən versiya altıpilləli mexanika, dizellə işləyən versiya isə altıpilləli avtomatla təqdim olunur.

Daha dəqiq informasiya və dinamik xarakteristikalar Paris avtosalonunda planlaşdırılan rəsmi prezentasiya zamanı elan olunacaq. İlkin məlumata görə, “Peugeot” həmçinin “yüklənmiş” 308 R versiyasını da buraxmağı planlaşdırır. Bu versiya 270 a.g. verən mühərrik əldə edəcək. Bu avtomobilin keçən ilin sentyabrında Frankfurtda təqdim olunan eyni adlı konseptə oxşayacağı gözlənilir.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 308 10.09.2014

Şərhlər


AD