Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

JE Design atelyesindən yeni VW Touareg üçün tüninq

JE Design tüninq atelyesinin mütəxəssisləri, yeni VW Touareg üçün aerodinamik bodi-kit və performans dəsti hazırlayıblar.

Touareg üçün olan bodi-kitə, yeni radiator toru, ön spoiler, genişləndirilmiş çarx qövsləri, arxa bamperə döymə və damdakı spoiler daxildir. Bodi-kitin qiyməti 4998 avrodur. Əlavə 595 avroya, tünerlər yeni çıxış sistemi və 35 mm aşağı endirilmiş asma (əlavə olaraq 1428 avro) da təklif edirlər. Görüntünü, dəsti 5190 avro qiymətində olan 22 düyümlük alüminium çarx diskləri tamamlayır.

JE Design mühəndisləri Touareg-in 4.2 litr həcmli TDI dizel mühərrikini götürüb, ECU idarəetmə blokunun proqramını dəyişərək, 340 a.g. verən həmin mühərrikdən 410 a.g. və 800 Nm maksimal fırlan tezliyinin əvəzinə 930 Nm əldə edə biliblər. Bu, SUV-un 0-100 km//saat sürətinə 5.4 saniyəyə çatmasına imkan yaratdı və maksimal sürəti 269 km/saat oldu.

Texniki əlavələrin qiyməti 2999 avrodur.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Touareg, JE Design 06.09.2010

Şərhlər


AD