Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Larte Design Lexus LX 570-i tamamlayıb

Möhtəşəm yolsuzluq avtomobili “Lexus LX 570” üçün rus tüner “Larte Design” tüninq proqram hazırlayıb. O, avtomobil üçün eksklüziv interyer təklif edir: yeni asma və xüsusi konstruksiyalı böyük təkərlər.

Əlavə aksessuarlar və bəzi yeniliklər böyük yapon cipinin fərdiləşdirilməsində heç də az rol oynamayıb və avtomobilə idman forması və aqressivlik qatıblar.

Avtomobil tünerlərdən tamamilə yeni qabaq bamper, çoxlu ventilyasiya kəsikləri, aşağı splitter, fərqli radiator barmaqlığı, “Larte” emblemi, diffuzoru olan arxa bamper, diodlu fənər alıb.

“Lexus LX 570”, həmçinin yeni diodlu hərəkət işıqları və 22-düymlük ikirəngli disklər alıb. Disklərin milləri qara mat rəngindədir.

383 a.g. verən 5,7-litrlik V8 mühərrikə gəldikdə isə, o “Remus” qazburaxma sistemi ilə təchiz edilib və avtomobilə idman səsi verir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LX, Larte Design 08.09.2014

Şərhlər


AD