Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo BMW-ni təqib etməyə başlayır

2016-cı il üçün italyan markası model sırasını tamamilə yeniləyəcək. Ən vacib yenilik isə idman sedanı olacaq və o, hələlik “Project 952” kod adı ilə adlandırılıb. “BMW 5”-in perspektivli rəqibi geniş mühərriklər qammasına malik olacaq. Buna 500 a.g.-lü 3,3-litrlik V6 daxildir.

Onunla eyni platformanı yeni krossover də bölüşəcək. Sedanın debütünün 2016-cı ildə, parketnikin isə bir qədər sonra keçiriləcək. “BMW 7” və “Audi A8”-ə bənzər tam ölçülü lüks sedanın aqibəti isə bazarın əsas modelə olan marağından asılıdır.

“Alfa Romeo” ümumilikdə 8 yeni model hazırlayacaq. Bunun üçün “Fiat-Chrysler” korporasiyası 5 milyardlıq sərmaye ayırıb. Bu, satışın kəskin artmasına səbəb olmalıdır və ildə 400000 ədədə çatmalıdır.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Project 952 08.09.2014

Şərhlər


AD