Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Citroen abstrakt konsept təqdim etdi

“Citroen” şirkəti təqdimatı Parisdə keçiriləcək konseptual hetçbek “Divine DS”-in sirrini açıb. Zəngin bəzəyə və müasir avadanlıqların çoxluğuna baxmayaraq, konseptin seriyalı olmaq imkanı yoxdur. Fransızlar bu barədə məlumat verməkdən çəkinməyiblər.

Bu gün üçün “Citroen Divine DS”-i premial subbrendin apofeoz inkişafı hesab etmək olmaz. Hetçbek tamamilə DS üslubunda saxlanılıb, lakin indiki “Citroen DS4”-dən bir qədər kiçik alınıb. Konseptin uzunluğu 4,21 metr, eni 1,98 metrdir.

Konseptin banında ən diqqətəlayiq hissəni istehsalçılar onun damı adlandırırlar. O, bir qədər şəffaf hazırlanıb, bir qədər isə tutqun, parlaq və şəffaf elementlər sayəsində kərtənkələ qabığını xatırladır.

Hetçbek arxa şüşədən məhrum olub: arxa görünüşü xüsusi kamera təmin edir. İnteryerdə xüsusi dəridən və çoxlu sayda “Swarovski” daşlardan istifadə edilib.

Ümumiyyətlə, fransızlar konseptdə interyerin fərdiləşdirilməsində yeni yanaşma nümayiş etdirmək istəyirlər və “Hyper-Typage” adlı yeni sistem hazırlayıblar. Bu sistemə üç salon işləməsi daxildir ki, onları növbə ilə işlətmək olar.

Hətta birini digərinə dəyişməyə cəmi 15 dəqiqə vaxt tələb olunur. Sxemlər “Male”, “Parisienne Chic” və “Fatale Punk” adı alıblar və fakturası, rəngi və keyfiyyətli materialları ilə seçilirlər.

Konsept 270 a.g. və 330 Nm fırlanma anı verən 1,6-litrlik turbomühərriklə təchiz edilib. Hetçbekin dinamik xarakteristikası barədə məlumat verilmir. Yalnız o məlumdur ki, mühərrik Avro-6 standartlarına cavab verir.

AUTO.AZ



teqlər:
Citroen, Citroen Divine DS 08.09.2014

Şərhlər


AD