Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge superkar Viper-i təkmilləşdirib

“Dodge” şirkəti superkar “Viper SRT”-ni yeniləyib. 2015-ci model ilinin kupesi daha güclü mühərrikə, təkmilləşdirilmiş mexaniki sürət qutusuna, yeni GT modifikasiyasına malik olub, o cümlədən “Time Attack” trek paketi və “GTS Ceramic Blue Edition” xüsusi versiyası alıb və o, 40 ədəd tirajla buraxılacaq.

Bu barədə “Motor Authority” nəşriyyatı məlumat verib. Yenilənmiş “Viper” 8,4-litrlik atmosferli V10 mühərriki ilə təchiz ediləcək və onu gücü 649-dan 654-ə qədər artırılıb. Fırlanma anı əvvlki kimi 814 Nm olacaq.

Şirkətdən bildirirlər ki, şəhərkənarı hərəkət zamanı superkar təqribən 1 litr daha az yanacaq tələb edəcək. Əvvəl 100 km-ə 11,7-litr idi. Superkarın şəhərdə hərəkət zamanı dinamik xarakteristikasında və yanacaq sərfiyyatında edilmiş dəyişiklik barədə məlumat verilmir. İndiyədək superkaq 96 km/saata 3 saniyədən az vaxta sürətlənirdi.

Superkarın 6-pilləli “mexanika”sı təmilləşdirilib, belə ki, əvvəllər müştərilərin narazılığına səbəb olan 6-cı pillədən gələn səs yığışdırılıb. Yeni GT modifikasiyası top komplektasiya sayılan GTS-in sadələşdirilmiş variantıdır. Baza versiyasında o tənzimlənən ikili asma alacaq, o cümlədən interyerin bəzi detalları, - məsələn oturacaqların dəri və alkantarası, - böyük versiyadan mənimsəniləcək.

“Time Attack” paketinə gəldikdə isə, o daha aqressiv karbon asılqan və böyük arxa palçıq qoruyucu ilə təchiz ediləcək. Həmçinin mühəndislər trek variantı üçün yayları, amortizatorları, stabilizatorları və əyləc mexanizmlərini dəyişəcəklər. “GTS Ceramic Blue” variantı top GTS komplektasiyasından mavi ban rəngi ilə fərqlənəcək.

Avtomobil qara 5-milli təkər diskləri, narıncı rəngli əyləc supportları alacaq. Bu versiyada dəri və alkantara ilə təkcə oturacaqlar deyil, həm də interyerin bəzi detalları, o cümlədən dekorativ əlavələr də işlənəcək.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper 06.09.2014

Şərhlər


AD