Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda yeni MX-5 təqdim etdi

“Mazda” rodster “MX-5”-in yeni nəslini təqdim etdi. Modelin 25-illik yubileyində yeniliyin bir neçə ölkədə, o cümlədən ABŞ, İspaniya və Yaponiyada eyni zamanda təqdimatı keçirildi. Avtomobil artıq gələn ilin əvvəllərində satışa çıxarılacaq və qiyməti satışa az müddət qalmış bildirəcəklər.

Rodster “KODO” üslubunda tamamilə dəyişilmiş dizayn, yumşaq dam (sərt damlı versiya bir qədər sonra təqdim ediləcək) və yeni optika alıb. Avtomobil yeni platforma üzərində yığılıb və onun sayəsində 100 kq daha yüngül olub.

Yaponlar bildirirlər ki, yenilik modelin tarixində ən alçaq ağırlıq mərkəzinə malikdir. Avtomobilin qabaritləri də dəyişilib: uzunluq 3915 mm (əvvəlkindən 10 mm daha qısa), eni 1730 mm (10 mm enli) və hündürlüyü 1235 mm (20 mm alçaq).

Arxaötürücülü rodster iki rıçaqlı köndələn qabaq asma və arxa çoxrıçaqlı ilə təchiz edilib. Avtomobilin mühərrikləri barədə hələlik məlumat yoxdur. “Autocar” nəşriyyatının məlumatına görə, bu sıraya 140 a.g. verən 1,5-litrlik və 180 a.g. verən 2,0-litrlik mühərriklər daxil olacaq.

İki növ 6-pilləli sürət qutusu – mexaniki və avtomat – təklif ediləcək. Şirkət avtomobilin ilk rəsmi debütü zamanı onun bütün texniki xarakteristikasının sirrini açacağına söz verib. Bu debüt ya oktyabrın  əvvəllərində Paris avtosalonunda, ya da Los-Anceles motorşousunda keçiriləcək.

Avtomobilin yeni nəsli sayca dördüncü olacaq. İlk “MX-5”-in buraxılışından ötən 25 il ərzində modelin dizayn və konsepsiyası demək olar ki, dəyişilməyib. İstehsal edilmiş 947 min rodster avtomobilə ən yaxşı satılan ikiyerli sportkar kimi Ginnesin rekordlar kitabına düşməyə imkan verib.

Xatırladaq ki, indiki nəsil yalnız bir - 160 a.g. olan 2,0-litrlik - mühərriklə təklif edilir. Mexaniki sürət qutusundan başqa avtomobili avtomat ötürücü ilə də əldə etmək olar.

AUTO.AZ



teqlər:
Mazda, Mazda MX-5 06.09.2014

Şərhlər


AD