Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep Grand Cherokee SRT daha da güclü oldu

“Jeep Grand Cherokee SRT” 2015-ci il üçün yenilənib, daha güclü həmçinin sürətli olub. Bəzi dəyişikliklər avtomobilin texnikasına da təsir etdi ki, bu da hərəkəti daha rahat etdi.

Adi seriya modeli ilə yeni versiya “Red Vapor Special Edition” da satılacaq. Eksklüziv aksesuarlar və fərdi bəzək onun fərqli xüsusiyyətləridir. Yeniliyin satışlarının başlanması yaxın günlərə planlaşdırılıb, qiyməti isə yəqin ki, əvvəlki kimi qalacaq.

6,4 litrlik atmosferli HEMI V8 mühərriki faydalı iş əmsalını 5 a.g. və 6 Nm artırıb. Artıq mühərrik 475 a.g. və 637 Nm fırlanma anı verir ki, bu da sürətlənməni 100 km/saata 0,1 saniyə - 4,9 saniyəyədək azaldır.

Maksimal sürət əvvəlki kimi 257 km/saatdır. Tam ötürücü sistem və səkkizdiapazonlu sürət qutusu tamamlanma əldə etmədi.

Avtomobili akustika dinamikləri ilə fəaliyyət göstərən aktiv səs azaltma sistemi, qabaq şüşə və arxa yan pəncərələr tərəfdə isə daha keyfiyyətli səs izolyasiyası ilə təchiz ediblər.

“Jeep Grand Cherokee SRT Red Vapor Special Edition” üç ban rəngində, salonda kontrast qoymalar, 20 düymlük qara disklər və mühərrik bölməsinin xüsusi tərtibatı ilə təqdim olunacaq.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Grand Cherokee, SRT8 05.09.2014

Şərhlər


AD