Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Suhorovsky Design-dan Mercedes-Benz SL

Rodster “Mercedes-Benz SL”-in yeni nəslinin meydana gəlməsinə baxmayaraq, R230 banında əvvəlki model kifayət qədər məşhur avtomobil olaraq qaldı və onun sahiblərindən bəziləri avtomobillərini tamamlamaq fikrindədirlər.

Möhtəşəm alman rodsteri üçün təzə bodi-kit hazırlayan son tüner Polşa tüninq atelyesi “Suhorovsky Design” oldu. ATS.1 asması sayəsində sportkar “Black Series”-in “yüklənmiş” variantına oxşadı. Aqressiv eksklüziv dizayn isə onu seriya modellərindən fərqləndirir.

Tünerlər banın qabaq hissəsində ventilyasiya olunan kapot, üç böyük hava çıxışı və aşağı hissədə splitteri olan qabaq bamper quraşdırıblar.

Enli təkər yarımhalqaları yan ətəklərlə birləşdirilib və dəyişdirilmiş qabaq qanadlardakı şaquli ventilyasiya dəlikləri rodsterin idman üslubunu nəzərə çarpdırır. Arxa hissədə spoyler və dördqabırğalı diffuzor üçün yer tapılıb.

Bu avtomobildə, həmçinin qazçıxma sisteminin ikiləşmiş cilalı borusunu, oturacaqların başaltılarının arxasında  təhlükəsizlik qövsü və enli aşağıprofilli şinlərə “bürünmüş” böyük diametrli beşmilli AMG disklərini görmək olar.

AUTO.AZ



Şərhlər


AD