Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory şirkəti Range Rover-i yeniləyib

“Mansory” şirkəti möhtəşəm yolsuzluq avtomobili “Range Rover” üçün tüninq proqramını daha da dolğunlaşdırıb. Hər bir mühərrik əlavə gücə sahib olub. Əlavə gücün minimal qiyməti isə 1690 avroya əldə edilə bilər.

Tünerlər mühərriki gücləndirmək üçün sadə çip-tüninqdən istifadə ediblər, o cümlədən benzin və dizel mühərriklərinə uyğun olan bir sıra texniki yeniliklər də olunub.

Alman şirkəti “Mansory”-nin İsveçrə bölməsi 5,0-litrlik kompressor “səkkizliyin” gücünü 110 a.g. və 175 Nm artırmağı təklif edirlər ki, bundan sonra mühərrik 5800-6500 dövrədə 620 a.g., 200-5500 dövrədə isə 800 Nm verəcək.

Dizel mühərrikinin tənzimlənməsi minimum 2990 avroya başa gələcək. 3,0-litrlik dizel “TDV6” 290 a.g. və 700 Nm verəcək (sadə variantda 258 a.g., 600 Nm).

Daha güclü 3,0-litrlik “SDV6” dizel isə 330 a.g. və 700 Nm verəcək (seriyalı variantda 290 a.g., 600 Nm). Daha güclü dizel “4.4 SDV8” modifikasiyası isə əvvəlki 339 a.g., 700 Nm-in əvəzinə indi 380 a.g., 800 Nm verəcək.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Mansory 03.09.2014

Şərhlər


AD