Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald-dan Mercedes S-Class Black Bison

Yaponiyanın məşhur “Wald International” atelyesi yeni nəsil sedan “Mercedes S-Class W222” üçün çoxdan gözlənilən tamamlama paketini – “Black Bison”-u təqdim etdi.

Rəsmi sinfə məxsus alman sedanı aqressiv ban asması, aşağı salınmış asılqan və böyük ölçülü təkər diskləri dəsti alıb. Müxtəlif aksessuarlar və diodlu işıqlandırma möhtəşəm limuzinin idman görünüşünü tamamlayıb.

Fərqli qabaq bamper, böyük havaçıxıntıları, splitter, qabaq qanadlarda qəlsəmələr, yan ətəklər, damın sonunda deflektor, baqaj qapağında kiçik spoyler, yenidən işlənmiş arxa bamper, böyük diffuzor orijinal dizayna malik avtomobilin görünüşünə aqressivlik qatıb.

Şəkildə gördüyümüz S-class, həmçinin xromlaşdırılmış çoxmilli 22-düymlük disklər, o cümlədən alçaq klirens, tündləşdirilmiş şüşələr, qabaq fənərlər, qazburaxma sistemi üçün paslanmayan bir cüt borular və “Wald International” atelyesinin vizit kartı olan lövhəciklər alıb.

AUTO.AZ



Şərhlər


AD