Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

European Auto Source tüninqində BMW M4

Amerikanın tüninq-emalatxanası “EAS” (European Auto Source), E92 banında ABŞ-da məşhur olan “BMW M3” modeli ilə yanaşı, həm də yeni M4-ün tamamlanması ilə məşğuldur.

Dəbli kupe yüngül dəyişikliklərə məruz qalıb ki, bu da onun idman xarakterini vurğulayır və ona bir qədər fərdilik qatır. Kosmetik yeniliklərin azlığı alman sportkarına orijinal üslubunu saxlamağa kömək edib.

Sarı “Austin Yellow” rənginə boyanmış və qara damı olan bu avtomobil 19-düymlük VMR diskləri və “Yokohama” şinləri alıb. “H&R” yayları ilə avtomobilin klirensi bir qədər aşağı salınıb.

Avtomobil başqa dəyişikliklərə məruz qalmayıb, o hətta xrom elementləri və mavi rəngli əyləc supportlarını da saxlayıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4 01.09.2014

Şərhlər


AD