Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen kompakt sedan təqdim etdi

“Volkswagen” konserni aprel ayında Pekin avtosalonunda təqdim edilmiş “kupeyəbənzər” konseptual sedan “New Midsize Coupe”-nin (NMC) rəsmi olaraq seriyalı versiyası göstərdi. “Lamando” adı almış yeniliyin təqdimatı Çinin Çendu şəhərində keçiriləcək motorşouda olacaq.

Dördqapı alman markasının model sırasında “Passat” və “Jetta” sedanları arasında yer tutacaq. Model “Mercedes-Benz CLA” ilə rəqabət aparacaq. MQB platformasında yığılmış “Lamando” barədə daha ətraflı məlumat verilmir. Prototipin qabarit uzunluğu 4597 mm, eni 1838 mm, hündürlüyü 1422 mm-dir.

“CarNewsChina” nəşriyyatının məlumatına görə, “Lamando”-nun mühərrik qammasına 1,4 və 2,0-litrlik benzin TSI mühərrikləri və 7-pilləli DSG sürət qutusu daxildir.

“Volkswagen” nümayəndələrinin dediklərinə əsasən, “Lamando” şirkətin gənc müştəriləri üçün nəzərdə tutulub. Bu müştərilə üçün “Passat CC” çox böyük və bahadır.

Sedan şirkətin Şanxay zavodunda yığılacaq. Noyabr ayında satışa çıxarılacaq 4-qapılının qiyməti isə 180 min yuan (29,300 dollar) olacaq. Çox güman ki, yenilik 2016-cı ilə Şimali Amerika və Avropa bazarına da çatacaq.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Lamando 01.09.2014

Şərhlər


AD