Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Suzuki Vitara modelini bərpa edəcək

“Suzuki” şirkəti yaxın günlərdə markanın model sırasına nə vaxtsa məşhur söz olan “Vitara”-nın qayıdacağını rəsmən elan etdi. Artıq oktyabrın əvvəlində yapon şirkəti istehsala hazır kompakt yolsuzluq avtomobilini nümayiş etdirəcək.

Yeni nəsil “Suzuki Vitara” ilk dəfə keçən il Frankfurt avtosalonunda göstərilən konsept “iV-4”-ün seriya nümunəsi olacaq. Seriya modeli haqqında təfərrüatlar demək olar ki, yoxdur, lakin çətin ki, “Vitara” yolsuzluq flaqmanı “Grand Vitara” kimi birləşdirilmiş çərçivəsi olan ban konstruksiyası əldə edəcək.

Yəqin ki, “Vitara” artıq satılan krossover “Suzuki S-Cross”-un daha kompakt versiyası olacaq. Bu istehsalçının seriya modelini “New SX-4”-də olduğu kimi AllGrip tam ötürücü sistemi ilə təchiz etmək niyyəti ilə qismən təsdiq olunur.

Həmçinin məlumdur ki, yenilik bir neçə qənaətli mühərrik əldə edəcək, həm benzin, həm də dizel mühərrikləri. “Suzuki” çatışmayan təfərrüatları yeniliyin təqdimat mərasimi zamanı elan etməyə söz verir.

Yeni  “Suzuki Vitara” oktyabrın əvvəlində Paris avtosalonunda debüt edəcək. Yeniliyin Avropa satışlarını gələn ilin yazında başlamaq planlaşdırılır.

AUTO.AZ



teqlər:
Suzuki, Suzuki Vitara 30.08.2014

Şərhlər


AD