Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda3 MPS tam ötürücü əldə edəcək

Yeni “Mazda3 MPS” tam ötürücü əldə edəcək. Avtomobil 300 a.g. verən 2,5 litrlik mühərriklə təqdim olunacaq. Beləliklə, yeni “Mazda3 MPS” “Subaru WRX STI” ilə rəqabət apara biləcək və bazarda istehsaldan çıxan “Mitsubishi Lancer Evolution”-nun seqmentini ala biləcək.

Yenilik 2016-cı ilin sonu 2017-ci ilin əvvəli təqdim olunacaq. Hələlik texniki təfərrüatlar məlum deyil. Avtomobildə şirkətin yeni işləmələri – Skyactiv texnologiyalarından geniş tətbiq olunacaq.

Avtomobil 455 a.g. verən yeni rotorlu mühərrik əldə edəcək. Modelin təqdimat mərasimi 2017-ci ilə planlaşdırılıb. Yeni avtomobil “RX-8”-in platformasının varisi olacaq, lakin şassi Skyactiv texnologiyalarının tətbiqi ilə modernləşdiriləcək.

Hal-hazırda şirkət rotor mühərriklərinin çoxlu yanacaq və yağ sərfi və həmçinin nisbətən kiçik fırlanma anı kimi əsas qüsurlarını aradan qaldırmaq üçün işlər görür.

AUTO.AZ



teqlər:
Mazda, Mazda3 30.08.2014

Şərhlər


AD