Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus möhtəşəm furqon təqdim etdi

“Brabus” tüninq-atelyesinin xüsusilə dövlətli iş adamları üçün yaratdığı çox möhtəşəm avtomobilləri sırasına növbəti əlavə təqdimat mərasimi Moskva avtosalonu çərçivəsində keçiriləcək tamamlanmış furqon “Mercedes Sprinter” oldu.

“Brabus Business Lounge” mikroavtobusunun sərnişin-yük bölməsində öz möhtəşəmliyi ilə valeh edən iş kabineti düzəldiblər. Burada iş görüşmələri keçirmək və müxtəlif məsələləri həll etmək olar. Alman tüneri həmçinin avtomobilin eksteryerini yenilədi və onun texniki içliyini bir qədər tamamladı.

Furqonun xaricində “Brabus” emblemli radiator barmaqlığı, şaquli diodlu hərəkət işıqları olan idman üslubunda hazırlanmış qabaq bamper və 18 düymlük Monoblock diskləri görürük. “Sprinterin” asılqanını aşağı saldılar və salona daxil olmanı yüngülləşdirən pillə quraşdırdılar.

Örtülmüş pərdələrin arxasında bahalı işləmələri və zəngin təchizatı olan salon gizlənib. Salon sürücü kabinasından böyük LCD-ekranı olan arakəsmə ilə ayrılıb. Divarları və damın unikal işıqlandırma sistemi olan bir hissəsini qəhvəyi rəngdə alkantara ilə tikiblər.

Dörd oturacağı Maybach limuzinləri üslubunda bahalı dəri ilə işləyiblər. Bu oturacaqlar tamamilə elektrik tənzimləyiciyə və ayaqaltıya malikdir. Onların üçünün qabağında isə kiçik qatlanan stol yerləşir.

Arxa hissədə dəri ilə işlənmiş daha iki əlavə oturacaq quraşdırılıb. Döşəmədə qara agac, yanlarda diodlu atmosferli işıqlandırma və bəzi yerlərdə metal qoymalar görmək olar.

Qoltuqaltılara Android əməliyyat sistemi ilə idarə olunan planşet kompyuterlər quraşdırılıb. Bəzi avadanlıqları idarəetmə düymələri də buradadır. Enli yan qoltuqaltılarının altında oturacaqların vəziyyətini idarə edən sensorlu panel, stəkanaltı və mobil telefon yükləmək üçün altlıq yerləşir.

Bir tərəfdə mini-bar, o biri tərəfdə kağız üçün qutu görürük. Bundan başqa, içəridə şampan şərabı üçün soyuducu, güclü akustika sistemi və Espresso kofe-maşını var.

AUTO.AZ



Şərhlər


AD