Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru idman sedanı təqdim etdi

Yaponiyanın daxili bazarında sedan “Subaru WRX”-in yeni modifikasiyası – versiya “S4” debüt etdi. Bu variantın adi “WRX”-dən əsas fərqi avtomobili daha da idman dinamikası ilə təmin edən güclü mühərrik və yaxşılaşdırılmış idarəetmədir.

Bəzi yeniliklər idman sedanının banı və salonunun işlənməsinə də aid olacaq. Öz Vətənində yenilik 3 348 000 yenə (32 200 ABŞ dolları) satılacaq. “Subaru WRX S4”-ün başqa ölkələrin bazarlarında satılma ehtimalı barədə hələlik heç nə məlum deyil.

Seriyalı “WRX” və STI-nin “yüklənmiş” variantının arasında aralıq yeri modifikasiyanın kapotunun altında faydalı iş əmsalını 268-dən 300 a.g.-ə və 350-dən 400 Nm-dək artıran 2,0 litr həcmli dördsilindrli oppozitli turbolaşdırılmış mühərrik yerləşir.

Avtomobilin sürət xüsusiyyətləri barədə heç nə məlum deyil, lakin, istənilən halda o 100 km/saata 6,3 saniyəyə sürətlənən və maksimum sürəti 240 km/saat olan adi modeldən sürətli olmalıdır. “WRX S4” yalnız tamamlanmış asılqan, optimallaşdırılmş sükan idarəetməsi və yenidən köklənmiş elektron kömək sistemləri ilə sürücüyə avtomobilə çox yaxşı nəzarəti təmin edən səkkizpilləli Sport Lineartronic variatoru ilə təchiz olunur.

Avtomobilin hazırlanmasında əsas diqqət məhz avtomobilin idarəetməsinə yönəlib. S4 adı  isə dörd əsas prinsipdən ibarətdir: sports performance (idman məhsuldarlığı), sophisticated feel (zərif hiss), safety performance (təhlükəsizlik) və smart driving (ağıllı idarəetmə). Aerodinamik asmanın başqa detalları və 18 düymlük yüngülləşdirilmiş disklər sedanın xarici fərqli cəhətləri oldu.

Avtomobilin xaricində həmçinin gümüş aksentlərə və karbon elementlərə rast gəlmək olar. Müştərilərə seçim kimi qabaq bamperə diodlu hərəkət işıqları və başqa təkər diskləri təqdim olunacaq. Salona daha çox alüminium və karbon əlavə ediblər, oturacaqları isə contrast qırmızı sapla tikiblər. İdman sedanının zəngin avadanlığı arasında xüsusilə yeni EyeSight təhlükəsizlik sistemi seçilir. Bu sistem hərəkət zolağını izləməyi, stop-siqnallarını tanımağı və toqquşmanın qarşısını almağı bacarır.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Impreza, Subaru WRX 29.08.2014

Şərhlər


AD